Icma.az
close
up
RU
Görkəmli alim Xəlil Yusiflinin xatirəsinə Gəncədə Beynəlxalq konfrans

Görkəmli alim Xəlil Yusiflinin xatirəsinə Gəncədə Beynəlxalq konfrans

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Mill Elmlər Akademiyası və onun Gəncə Bölməsi tərəfindən böyük ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli professor Xəlil Yusiflinin (1935 –2022) anadan olmasınım 90 illiyinə həsr edilmiş “Azərbaycan və dünyanizamişünasliğinin aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.

525.az xəbər verir ki, konfransa Azərbaycanın Bakı, Gəncə, Naxçıvan, Şirvan, Quba, Qazax və  Lənkəran şəhərlərindən, həmçinin Türkiyə, Özbəkistan, İran, Rusiya  və Pakistandan alim və tədqiqatçılar qatılıb və ya öz elmi məqalələrini göndəriblər.
Konfransdan əvvəl iştirakçılar Ümummilli lider Heydər Əliyevin AMEA-nın Gəncə Bölməsindəki büstünü ziyarət edərək, müasir dövlətçiliyimizin memarı və qurucusunun  xatirəsinə ehtiram bildirib, abidənin önünə güllər qoyublar.

AMEA-nın Gəncə Bölməsinin konfrans salonunun foyesində bu elm ocağında nəşr olunmuş, o cümlədən professor Xəlil Yusiflinin müəllifi olduğu monoqrafiyalardan, eləcə də görkəmli alimin həyatının anlarını əks etdirən fotolardan  ibarət sərgiyə baxış keçirilib.

Beynəlxalq konfransAzərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Alimin ömür yolu və elmi-pedaqoji fəaliyyəti  haqqında AMEA-nın Gəncə Bölməsi tərəfindən ərsəyə gətirilən “Nizamişünaslığımızın patriarxı. Xəlil Yusifli - 90”adlı qısametrajlı sənədli film nümayiş olunub.

Bir daha xatırladılıb ki, Xəlil Həmid oğlu Yusifli 1935-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində sadə kəndli ailəsində anadan olub. O, 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, 1961-ci ildən Nizami adına Ədəbiyyat və Dil İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlayıb, 1962-1965-ci illərdə həmin institutun Qədim və orta əsrlər ədəbiyyatı şöbəsinin aspirantı oiub, sonra institutun həmin şöbəsində əmək fəaliyyətini davam etdirib; X. Yusifli 1967-ci ildə “Nizaminin lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, elmlər namizədi elmi dərəcəsi alıb, 1969-cu ildə Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunda baş müəllim kimi fəaliyyətə başlayıb, həmin vaxtdan ömrünün sonunacan hazırda  Gəncə Dövlət Universiteti adlanan bu ali təhsil ocağında Dünya və Azərbaycan ədəbiyyatı tarixindən dərs deyib, 1987-ci ildə “Nizami Gəncəvi və Şərq İntibahı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 1989-cu ildə isə professor elmi adı alıb.
Xəlil Yusifli 2008-ci ildə Gəncə Regional Elmi Mərkəzdə (indiki AMEA Gəncə Bölməsi) dahi Nizami Gəncəvinin irsinin öyrənilməsi məqsədi ilə yaradılmış Nizamişünaslıq şöbəsinə, sonra isə Nizami Gəncəvi Mərkəzinə rəhbər təyin edilib.

X.Yusifli elmi fəaliyyətlə 1961-ci ildən məşğul olub. Ö, öz alim ömrünün böyük hissəsini Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqinə həsr edib, “Nizaminin lirikası”, “Şərqdə İntibah və Nizami Gəncəvi”, “Nizami Gəncəvi: sələflər və xələflər” və digər sanballı elmi monoqrafiyalar nəşr etdirib. Alim həmçinin Nizami Gəncəvi irsi ilə bağlı çoxsaylı elmi məqalələrin müəllifidir.

2004-cü ildə Azərbaycan Respunlikası Prezidentinin sərəncamı ilə latın qrafikalı əlifbaya keçidlə bağlı,  Nizami Gəncəvi əsərlərinin yeddi kitabda çapa hazırlanması məhz X. Yusifliyə həvalə olunub.

Professor X. Yusifli həmçinin ölkəmizdə qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından biridir. O, “Məhsəti Gəncəvi” adlı monoqrafiyanın, “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” və “Dünya ədəbiyyatı tarixi (Antik dövr)” dərsliklərinin müəllifidir. Yusifli klassik ədəbiyyatımızın bir çox nümunələrinin tərcüməsi, tədqiqi və tərtibi sahəsində də xeyli iş görüb. XIII əsrdə yaşamış Əvhədi Marağainin “Cəmşidin camı”,  XIV əsr şairi Arif Ərdəbilinin “Fərhadnamə”, Məhsətinin “Rübailər”, Nizaminin “Sirlər xəzinəsi”, “Xosrov və Şirin” və bir sıra digər nəşrlər bu qəbildəndir. O, həmçinin ilk dəfə olaraq, XV əsr şairi Həqiri Təbrizinin “Leyli və Məcnun” poemasını tərtib edərək, geniş ön sözlə nəşr etdirib. Qazi Bürhanəddinin, Vidadinin, Vaqifin, Seyid Əzim Şirvaninin, Sabirin, Zakirin, Hadinin yaradıcılığına həsr olunan kitabları da alimin elmi fəaliyyətinin genişliyindən xəbər verir. Xəlil Yusiflinin “Avey, hey” və “Hanı, o günlər, hanı?”, adlı şeirlər kitabları da var.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Xəlil Yusifli 2009-cu ildə Azərbaycan elminin  inkişafındakı xidmətlərinə görə  “Əməkdar elm xadimi” adı alıb, 2015-ci ildə isə Nizami Gəncəvi irsinin tədqiqi və tədrisində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Ölkə başçısının  2021-ci ili Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan etməsi ilə bağlı sərəncamından irəli gələn müddəalara uyğun olaraq, həmin əlamətdar il çərçivəsində səmərəli fəaliyyətinə görə  X. Yusifli Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, həmçinin AMEA-nın  Gəncə Bölməsinin Rəyasət Heyətinin, eləcə də Gəncə şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları və Azərbaycan Respublikasının Mədəniyyət nazirinin  qərarı ilə “Nizami Gəncəvi” xatirə döş nişanı ilə təltif edilib.

Beynəlxalq konfransı giriş sözü ilə açan AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev qonaqları Nizami yurdunda salamlayıb. O,  professor Xəlil Yusiflini Azərbaycan filologiya elminin, xüsusən nizamişünaslığımızın inkişafında müstəsna xidmətləri olan şəxsiyyət kimi səciyyələndirib və konfransın onun adına və nizamişünaslıq elminə verdiyi töhfələrə  uyğun səviyyədə hazırlandığına diqqət çəkərək, qeyd edib ki, Bölmənin Nizami Gəncəvi Mərkəzi bu görkəmli aliminrəhbərliyi ilə formalaşdırılmış və bu gün də Mərkəzdə aparılan işlərdə Xəlil Yusifli məktəbi huss olunmaqdadır.

Akademik Fuad Əliyev professor Xəlil Yusiflinin böyük mütəfəkkirimiz Nizami Gəncəvinin irsinin araşdırılmasında, o cümlədən onun yubileyləri ilə bağlı Gəncədə möhtəşəm  işlərin həyata keçirilməsində, muzeyinin yaradılmasında, şairin ata-və anasının sərdabəsinin bərpa olunmasında, eləcə də  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətində mühüm rol oydadığını da diqqətə çatdırıb.

O da qeyd edilib ki, konfrans ərəfəsində  Bölmənin əməkdaşları professor  Xəlil Yusiflinin doğma yurdunda - Qazağın Aslanbəyli kəndindəki məzarını da ziyarət ediblər.

Beynəlxalq konfransın iştirakçılarının diqqətinə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin göndərdiyi çıxışın mətni çatdırılıb.
Akademik İsa Həbibbəyli bu mötəbər elmi tədbirin iştirakçılarına salamlarını və uğur arzularını çatdıraraq,  Əməkdar elm xadimi, professor Xəlil Yusiflini ədəbiyyatşünaslıq elmimizin inkişafında böyük rolu olduğunu vurğulayıb,  həmçinin onu xüsusən dahi şair və mütəfəkkir Nizami Gəncəvinin irsinin köklü tədqiqatları və dünya miqyasında tanıdılması istiqamətində yorulmadan çalışmış nəhəng alim kimi xarakterizə edib.

Akademik İsa Həbibbəylinin çıxışının mətnində professor Xəlil Yusiflininnizamişünaslıq üzrə əsaslı tədqiqatlarının Şərq İntibahı mədəniyyəti konsepsiyası üzərində qurulduğu və alimin bu intibahın məhz Nizami Gəncəvi yaradıcılığı ilə bağlı olduğunu sübuta yetirdiyi vurğulanıb.
Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxışında bu mötəbər konfransı bir elm bayramı kimi xarakterizə edərək, xüsusən Nizami yurdunda böyük şairin yaraıcılığına həsr olunan tədqiqatlaradaim xüsusi fikir verildiyini, bu sahədə çalışmış alimlərimizin sırasında Xəlil Yusiflinin adının bütün dünyada böyük elmi nüfuz sahibi kimi çəkildiyini qeyd edib.

Y. Bədəlov böyük alimin 90 illik yubileyi ilə bağlı olan bu tədbir münasibətilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun  elmi ictimaiyyətə təbrik və salamlarını çatdırıb.

Y. Bədəlov ölkə başçısının dahi şaiirin 870 və 880 illiyinin qeyd olunması ilə bağlı Sərəncamlarının müddəalarının həyata keçirilməsi ilə bağlı Gəncədə aparılan miqyaslı işlərin elmi əsalarının təmin olunmasında Xəlil Yusiflinin böyük rolu olduğunu vurğulayıb.

Plenar iclasda Odlar Yurdu Universitetindən filologiya elmləri doktoru, professor Rüstəm Kamal, Azərbaycan Milli Xalça Muzeyinin kitabxasının direktoru Mahiyyə Kərimova,Bakı Dövlət Universitetindən filologiya üzrə fəlsəfədoktoru, dosent Əsmətxanım Məmmədova, filologiya elmləri doktoru, professor Yeganə İsmayılova, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan filologiya elmləri doktoru, dosent Almaz Ülvi Binnətova, filologiya elmləri doktoru, baş elmi işçi Xuraman Hümmətova ,filologiya elmləri doktoru, dosent Könül Hacıyeva,filologiya üzrə fəlsəfə doktoru, dosent Qürbət Mirzəzadə, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, AMEA-nın  Mərkəzi Elmi Kitabxanasından  filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan Rauf Şeyxzamanalı, Azərbaycan Pedaqoji Universitetinin Quba filialıından  filologiya üzrə fəlsəfə doktotu Aytən Qurbanova,Şirvan şəhər 16 nömrəli tam orta məktəbinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Məcidova,AMEA Gəncə Bölməsinin  elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov və digər alim və tədqiqatçılar çıxış ediblər.

AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, Gəncə Dövlət Universitetinin professoru Vaqif Novruzov da çıxış edərək, professor Xəlil Yusiflinin elmi-pedaqoji fəaliiyətinin prinsiplərini xarakterizə edən əsas cəhətlərdən danışıb.

Konfransın gedişində qonaqların bir qismi özlərinin müəllifi olduqları, yaxud çalışdıqları elm ocaqlarında nəşr edilmiş yeni kitabları AMEA-nın Gəncə Bölməsinə hədiyyə ediblər. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Qorxmaz Kamil də söz alaraq,  dahi Nizaminin “Xəmsə”sini talış dilinə tərcümə etdiyini bildirib və bu sıradan oln kitabı Gəncə Böməsinə hədiyyə edib.

Görkəmli alimin övladı, filologiya üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin dosenti Afaq Yusifli çıxışında atasının şəxsiyyətinə və elmi irsinə həssa münasibətə görə Azərbaycan Milli Elmlər Akademiyasına, onun prezidenti, akademik İsa Həbibbəyliyə, AMEA-nın Gəncə Bölməsinə, Gəncə şəhər icra Hakimiyyətinə, bu beynəlxalq səviyyəli elmi foruma qatılan bütün iştirakçılara, o cümlədən  Xəlil Ysifli mətəbinin davamçılarına dərin minnətdarlıq hisslərini ifadə edib.

Beynəlxalq konfrans “Nizami Gəncəvi və Türk Dünyasi”, “Nizami Gəncəvi və dünya ədəbiyyatı”, “Nizami Gəncəvi və incəsənət”, “Müasir Azərbaycan nizamişünasliğında yeni çağırışlar”, “Xəlil Yusiflinin nizamişünaslıq fəaliyyəti” və“Xəlil Yusifli və klassik Azərbaycan ədəbiyyatı”adlı altı bölmədə davam etdirilib.

Konfransa ümumən 110 elmi məruzə təqdim edilib.

Beynəlxalq konfransının materialları iki cildlik kitab şəklində nəşr olunub və iştirakçılara paylanılıb. Qonaqlara həmçinin professor Xəlil Yusiflinin biblioqrafik göstəricisini əksirən kitab və alimin “Nizami Gəncəvi: Sələflər və xələflər” monoqrafiyası da həıdiyyə olunub.

Konfransdan sonra iştirakçılar dahi şair və mütəfəkkir Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

Zakir Muradov, Gəncə
 

Görkəmli alim Xəlil Yusiflinin xatirəsinə Gəncədə Beynəlxalq konfrans 

Görkəmli alim Xəlil Yusiflinin xatirəsinə Gəncədə Beynəlxalq konfrans 

Görkəmli alim Xəlil Yusiflinin xatirəsinə Gəncədə Beynəlxalq konfrans 

Görkəmli alim Xəlil Yusiflinin xatirəsinə Gəncədə Beynəlxalq konfrans 

Görkəmli alim Xəlil Yusiflinin xatirəsinə Gəncədə Beynəlxalq konfrans 

Şəkil sayı: 5

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://525.az
archiveBu xəbər 12 İyun 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see192

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see187

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see187

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see162

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see151

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see149

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see149

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see147

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see143

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see138

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see138

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see136

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see132

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see130

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see130

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see129

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see129

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see128

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see125

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri