Icma.az
close
up
RU
Görkəmli satirik şair haqqında yaddaş saxlancı

Görkəmli satirik şair haqqında yaddaş saxlancı

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Etibar ƏHƏDOV
"Aşkarlıq" qəzetinin baş redaktoru

İllər keçsə də, tarixin yaddaşında silinməz iz qoyan, mühüm yer tutan insanlar və hadisələr əsla unudulmur...

1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin birinci kursunda oxuduğum vaxtlar idi. Bir dəfə müəllimimiz Əli Fəhmi adını ilk dəfə eşitdiyimiz şair Mirzə Əli Möcüz haqqında danışdı və poeziyasından bir sıra maraqlı nümunələr verdi. Bir neçə gün sonra adını eşitdiyim, lakin üzünü görmədiyim, M.F.Axundov adına Azərbaycan Dövlət Milli Kitabxanasında təsadüfən rastlaşdığım və tanış olduğum, respublikada çıxan müxtəlif qəzetlərin, o cümlədən 1956-1959-cu illərdə “Kirpi” jurnalının redaktoru olmuş, respublikanın Əməkdar mədəniyyət işçisi Qulam Məmmədli ilə görüş də məndə dərin təəssürat oyatdı.

Qocaman jurnalistin ilk dəfə Azərbaycan ədəbiyyatı tarixində Mirzə Əli Möcüzün şeirlərini toplayıb çap etdirdiyini eşidəndə onu sorğu-suala tutdum. Dedi ki, Mirzə Əli Möcüz əsasən satirik şeirlər yazırdı, şeirləri sadə xalq dilində idi. Yaradıcılığında vətənpərvərlik, milli azadlıq ideyalarının tərənnümü, cəhalət və mövhumatın, qadın hüquqsuzluğunun tənqidi əsas yer tuturdu.

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş direktoru, filologiya üzrə fəlsəfə doktoru Fərman Xəlilovun bu yaxınlarda “525-ci qəzet”də Mirzə Əli Möcüzün həyat və fəaliyyəti haqqında dərc etdirdiyi yazısı diqqətimi çəkdi və mən də satirik poeziyamızın görkəmli nümayəndəsi haqqında eşitdiklərimi oxucularla bölüşdürməyi özümə borc bildim.

lll

2016-cı ilin mayında Lənkəran Dövlət Universitetində birgə işlədiyimiz və hazırda Lənkəran şəhər bələdiyyəsinin sədri kimi fəaliyyət göstərən Vüsalə Qazıyeva babası Əbülfəz Əbdülhəsən oğlu Qazıyevin ustad şair Mirzə Əli Möcüzlə bağlı xatirələrindən danışdı və səliqə ilə tərtib olunmuş gündəliyini mənə təqdim etdi. Dediyinə görə, babası 1911-ci ildə İrəvanda anadan olmuş, əvvəl Gəncədə, 1923-1928-ci illərdə Bakıdakı uşaq evlərində yaşamışdı. 1932-ci ildə Azərbaycan Mərkəzi İnternasional Pedaqoji Texnikumunu bitirdikdən sonra Lerik rayonunda pedaqoji fəaliyyətinə başlamışdı. Ə.Qazıyev 1960-cı ildə Şingədulan kənd orta məktəbində işləyərkən Respublikanın Əməkdar Müəllimi fəxri adına layiq görülmüşdü.

Vüsalə xanım məlumat verdi ki, babası bədii yaradıcılıqla da məşğul olub, şeirləri müxtəlif mətbuat orqanlarında çap edilib, 1970-ci il aprelin 28-də Lerik rayonunun Şingədulan kəndində dünyadan köçüb.

Dövrünün bir çox tanınmış şəxsiyyəti ilən ünsiyyətdə olmuş Əbülfəz Qazıyevin şair Mirzə Əli Möcüzlə bağlı xatirəsi məndə böyük maraq oyatdı. Odur ki, həmin yaddaş səhifəsini qələmə alaraq “525-ci qəzet”in hörmətli oxucularına təqdim etməyi lazım bildim.

Əməkdar müəllim Əbülfəz Qazıyevin

Mirzə Əli Möcüzlə bağlı xatirəsi

“1927-1928-ci illər idi. Onda mən Bakıda, bir dərəcəli məktəbin beşinci sinfində oxuyurdum. Ata-anam olmadığından uşaq evində yaşayırdım. Uşaq evində mənim Əziz adlı bir yoldaşım vardı. O, gözəl mahnı və muğam oxuyardı. “Qarabağ şikəstəsi” oxuyanda uşaqlar onun başına toplaşardılar. Mən o vaxtlar şeir yazardım. Arabir mətbuatda şeirlərim çıxardı. Bir gün Əziz mənə dedi:

- Xalamın əri şairdir. Sənin şeir yazmağını ona danışmışam. Şeirlərindən birini ver, ona göstərmək istəyirəm.

Mən “Sevgilim” rədifli qoşmanı və bir qəzəli ona verdim. Mənə elə gəlirdi ki, üzünü görmədiyim, şəxsən tanımadığım şair şeirimi oxuyub bəyənəcək, mənə “əhsən” deyəcək və ya şeirdəki qüsurlarımı göstərəcək. Amma düşündüyüm kimi olmadı. Aradan iki gün keçmiş, Əziz mənə dörd tərəfdən qatlanmış bir kağız verdi. Naməlum şairin cavabı məni çox həyəcanlandırdı. Xüsusən qəzəlin bir yerində yazmış olduğu:

Hər kəs özün aşiq sanıban gər verə min can,

Məşuqə yetib vasili canan ola bilməz! -

misraları mənə bərk toxundu. Cavab yazmağa bilməzdim. Necə deyərlər, təbim cuşa gəldi. Qələmi götürüb yazdım və aşağıdakı misraları Əzizə oxudum:

İstər aşiq olsun, ya ki arif, nə təfavüt?

Pərvanə kimi atəşi eşqə tutar əvvəl.

Əlbəttə, o şəxs kəsbi kəmal eyləyə bilməz,

Zəhmət çəkib məktəbdə axıtmazsa tər əvvəl.

Əzizdən qəzəli ona çatdırmağı xahiş etdim. Üç gündən sonra o, mənə aşağıdakı misralarla başlanan şeiri təqdim etdi:

Əql eyləməsə hər kəsə şahin gəzər əvvəl,

Divanə kimi dəhrdə ol kəs gəzər əvvəl!

Aşiqlik ilə ürfdə var çoxlu təfavüt

Bu elm kimi eşqə necə kam yetər əvvəl?

Yazsan mənə ürfani kağız, yazgilən daim,

Mən sevgili bilməm, cocuğum, ol xəbər əvvəl!

Doğrusu, şeiri oxuduqda yenə həyəcanlandım. “Mən sevgili bilməm, cocuğum, ol xəbər əvvəl!” misrası mənə çox toxundu. Cavab olaraq yazdım:

Yandırmasa ta qəlbini eşq atəşi, adə!

Ölməz sinədə cuşa gəlib can quşu, adə!

Eşqin dadını sevdalı kəslər bilər ancaq,

Bu zövqü duya bilməz, axı, hər kişi, adə!

Bilməm qocalıbsan, qocalıq üz verən anda,

Gəlməz kiminin sevdadan hərgiz xoşu, adə!..

Təəssüf ki, bu dəfə şeirimə cavab gəlmədi. Səbəbini soruşduqda Əziz mənə dedi:

- Şeirindəki “Adə!” sözü xoşuna gəlməyib. Əvvəl istədi səni həcv atəşinə tutsun. Lakin sonra nə düşündüsə, fikrindən daşındı.

Bir gün Əzizlə Kömürçü meydanına getmişdik. Arada biz qramafon valında oxuyan qocaman xanəndələrin muğam və mahnılarına qulaq asırdıq. Noyabr ayının axırları idi. Hava soyuq olduğundan meydanda çox qala bilmədik. Evə qayıdanda yolumuz Quba meydanından düşdü. Burada Təzəpir məscidinə səmt uzanan küçənin sağ cinahında birmərtəbəli evlər, dükanlar vardı. Əziz taxta darvazalı qapını göstərib, məni ora dəvət etdi. Biz açıq darvazadan həyətə keçdik. İçəridə burnunuza təzə bişmiş çörək və halva qoxusu dəydi. Çörək rəfinə girdə, xına kimi qırmızı, xaşxaşlı çörəklər düzülmüşdü. Əziz məni özü ilə içəri apardı. Dükanın səkisində üz-üzə iki cərgə adam oturmuşdu. Məclisin yuxarı başında, buxarının yanında qalın qaşlı, qara saqqallı bir kişi oturmuşdu. Onun iti, nüfuzedici baxışları vardı. Görünür, məclisin böyüyü idi. O, ağır-ağır danışır, məclisdəkilər sükut içində onu dinləyirdilər. Biz içəri keçəndə heç vəziyyətlərini dəyişmədilər. Amma məclisin başındakı kişinin məni iti baxışlarla süzdüyünü hiss etdim. Bizim içəridə qalmağımız çox çəkmədi. Əziz qulağıma pıçıldayaraq:

- Səninlə şeirləşən Mirzə o kişidir, - deyə məclisin başında əyləşib söhbət edən adamı mənə göstərdi.

Əzizin dediyinə görə, onun yanına gələnlər Arazın o tayından idilər. O vaxt Bakıda çörəkçi, pitiçi dükanları vardı. Bu dükanların çoxunu cənubi Azərbaycandan gələnlər işlədirdilər.

Sən demə, bu şəxs mənim tanımadığım, amma şeirləşdiyim şair Mirzə Əli Möcüz imiş. Sonralar eşitdim ki, o, 1934-cü ildə vəfat etmişdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://525.az
archiveBu xəbər 18 İyul 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri