Icma.az
close
up
RU
Görkəmli xoreoqraf Əminə Dilbazinin 105 illik yubileyinə həsr olunmuş konsert keçirilib AZƏRTAC

Görkəmli xoreoqraf Əminə Dilbazinin 105 illik yubileyinə həsr olunmuş konsert keçirilib AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 23 dekabr, AZƏRTAC

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub saxlanılmasında və inkişafında müstəsna xidmətləri olan görkəmli xoreoqraf Əminə Dilbazinin 105 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları səsləndirilib, milli rəqslər ifa olunub.

Tədbirdə əməkdar kollektiv - Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edib. Ansamblın xoreoqrafı Azərbaycan Respublikasının Əməkdar artisti Ceyhun Qubadov, xormeysteri isə Əməkdar artist Naala Barateliya olub. Gecənin solistləri Azərbaycan Respublikasının Əməkdar artistləri Günel Şeyxova, Elnur Süleymanov, Nigar Əhmədova, Nigar Rzayeva, Almaz Orucova, Nigar Hüseynova, Orxan Əliyev, Ramin Hüseynov, Xəyal Penahov, Anastasiya Matsveyko, Vəfa Orucova, Ayşən Mehdiyeva, Rəvanə Qurbanova, eləcə də aşıqlar Mübariz Əliyev və Firdovsi Eyvazov olub.

Əminə Dilbazi 1919-cu il dekabrın 26-da dünyaya göz açıb. Onun səhnə karyerası 1935-ci ildə, ilk dəfə milli estrada rəqslərinin ifaçısı kimi çıxış etdiyi vaxt başlayıb. 1939-cu ildə Əminə xanım ilk dəfə səhnədə xalq rəqslərini təqdim edib və bu, onun vizit kartına çevrildi.

1936-1969-cu illərdə o, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının solisti vəzifəsində çalışıb və müxtəlif dövrlərdə ansamblın rəqs qrupuna rəhbərlik edib. Görkəmli fəaliyyətinə görə 1954-cü ildə Azərbaycan SSR Əməkdar artisti, 1959-cu ildə isə Azərbaycan SSR Xalq artisti fəxri adlarına layiq görülüb.

Əminə Dilbazi müəllimlik və quruluş fəaliyyəti ilə də fəal məşğul idi. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunda yaradılmış “Çinar” tələbə rəqs kollektivinə rəhbərlik edib. 1962-1965-ci illərdə Azərbaycan Mahnı və Rəqs Ansamblına, 1967-1968-ci illərdə isə “Sevinc” rəqs ansamblının rəhbəri olub.

Onun xoreoqrafik istedadı teatr və kino üçün çoxsaylı tamaşalarda əks olunub. “Dədə Qorqud”, “Azərbaycan toyu”, “Bir bağın çiçəkləri” kimi tamaşalarda baş rolları ifa edib. Onun xoreoqrafı olduğu rəqslər “Leyli və Məcnun” operasına, “Arşın mal alan” və “O olmasın, bu olsun” komediyalarına bəzək verib. “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı” və “Naz eləmə” rəqs tamaşaları xüsusi rəğbət qazanıb.

Onun repertuarında təkcə Azərbaycan deyil, həm də rus, Ukrayna, özbək və ərəb rəqsləri də yer alırdı. Əminə Dilbazi Azərbaycan Musiqili Teatrı ilə əməkdaşlıq edib, osetin və özbək ansamblları üçün rəqslərin xoreoqrafiyasını da həyata keçirib.

16 yaşında yaradıcılıq yoluna başlayan Əminə xanım Azərbaycan rəqs mədəniyyəti tarixində parlaq və silinməz iz qoyub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2024 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri