Görmə məhdudiyyətli şəxslər üçün yeni peşə kursuna başlanıb
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən görmə məhdudiyyətli şəxslərin məşğulluğuna dəstək məqsədilə növbəti peşə hazırlığı kursuna başlanıb.
Bu barədə "Ölkə.az"a agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib.
Kurs Agentliyin Bərdədə yerləşən Qarabağ Peşə Hazırlığı Mərkəzində Qarabağ "DOST Evi" filialı ilə birgə İnklüziv yanaşma əsasında kompüter operatoru peşəsi üzrə təşkil olunub. Görmə məhdudiyyətli bir qrup şəxsin cəlb edildiyi kursda müdavimlərə xüsusi proqram əsasında rəqəmsal bacarıqlar öyrədilir.
Qeyd edilən şəxslərin məşğulluq imkanlarının genişləndirilməsinə və cəmiyyətə daha fəal inteqrasiyasına xidmət edən peşə kursunun müddəti bir aydır. Tədris prosesini uğurla başa vuran müdavimlərə sertifikatlar veriləcək və onların müvafiq sahə üzrə işlə təmin olunmalarına dəstək göstəriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 04 Yanvar 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















