Icma.az
close
up
RU
“Görsünlər ki, Azərbaycanda futbol da var, futbolçu da”

“Görsünlər ki, Azərbaycanda futbol da var, futbolçu da”

Icma.az bildirir, Qol.az portalına istinadən.

Medianın İnkişafı Agentliyinin layihəsi

Məlum olduğu kimi, Azərbaycanda hazırda III MDB Oyunları keçirilir. Ölkəmizi təmsil edən idmançılar isə yarışda müsbət nəticələr qazanmağa davam edirlər.

Uğurlu çıxışı ilə yadda qalan Azərbaycan təmsilçilərindən biri də yaşadək futbolçulardan ibarət milli komandamızdır. Belə ki, millimiz yarışda Tacikistan (1:0) və Qırğızıstan (4:0) kollektivlərini üstələyərək finala adlamağı bacarıb. Azərbaycan yığmasının bu gün keçiriləcək həlledici matçdakı rəqibi isə Rusiyadır.

Bugünkü həmsöhbətimiz də məhz U-16 millimizin baş məşqçisi Aqil Nəbiyev oldu.

O, əvvəlcə komandanın hazırlığından, Qırğızıstan və Tacikistanla görüşlərdən söz açıb: "III MDB Oyunlarına hazırlığımız turnirin startına bir neçə gün qalmış başlamışdı. Qızıl medalları qazanmaq istəyirik. Minimum hədəfimixə çatmışıq. Finalda da ən yaxşı səviyyədə mübarizə aparmaq əzmindəyik. Rəqiblərimizi təhlil etmişdik. Tacikistan millisi keyfiyyətli komandadır. Finaldakı rəqibimiz Rusiya ilə 1:1 hesablı heç-heçə etmişdilər. Topa sahib olan, basqı edən bir komandadır.

Qırğızıstanla görüşdə isə Tacikistan böyük hesabla qələbə qazandı. Amma ilk 20 dəqiqə ərzində Qazaxıstan üstün idi. Qırğızıstanla ilk oyunumuzun 1-ci hissəsi çətin keçdi. Onlar bizə təzyiq göstərirdilər. 2-ci hissədə isə dəyişikliklər etdik. Qollarımız ard-arda gəldi. Hər şey plana uyğun davam edir".

O, Rusiya ilə bugünkü final matçını belə dəyərləndirib: "Rusiya yığması Belarusla 0:0 hesablı heç-heçə edib, Özbəkistana isə 2:1 hesabı ilə qalib gəlib. Nizam-intizamlı komandadır. Onların texniki bacarıqları yüksək səviyyədədir. Boy baxımından da, biziki cəhətdən də yaxşı durumdadırlar. Rəqibi təhlil etmşik, futbolçularımıza lazımlı məlumatları vermişik. Hədəfimiz çempionluqdur. Bilirsiniz ki, futbol baxımından qələbələrə acıq. Çünki bizim ehtyacımız var. Ümid edirəm ki, istəyimizə nail olacağıq".

Mütəxəssis azakeşləri həlledici görüşə dəvət edib: "Azarkeş dəstəyinə ehtiyacımız var. Azarkeşlər bizim 12-ci oyunçumuz olmalıdırlar. Əvvəlki 2 matçımızda yağışlı hava şəraiti var idi. Tribunada azsaylı azarkeşlərimiz yer almışdılar. Buna görə də oyuna baxmaq istəyən insanların da çoxu gələ bilməmişdilər. İnanıram ki, bu gün tribunalar dolacaq".

A.Nəbiyev "Qarabağ"ın Çempionlar Liqasındakı uğurlu çıxışına da toxunub. O, Ağdam təmsilçisinin uğurlarının gənc futbolçulara motivasiya verdiyini deyib: "Çox sevindirici haldır ki, "Qarabağ" 2 oyunda 2 qələbə qazandı. Mən bunları tarixi qalibiyyətlər adlandırardım. Bütün türk dünyası "Qarabağ"la fəxr edir. Bu, bizim futbolçularımız üçün motivasiyadır. Artıq başqa ölkələrin klubları bizi ciddi rəqib kimi qarşılayacaqlar. Görsünlər ki, Azərbaycanda futbol da var, futbolçu da. Sadəcə yanaşmanı dəyişmək lazımdır. "Qarabağ" bunu sübut edir. "Qarabağ" göstərir ki, düzgün iş görüləndə nəticələr də gəlir. İnanıram ki, digər klublarımız da bu yolla gedəcəklər. Səbrlə və düzgün iş görmək lazımdır."

Məşqçi futbolçuların "Qarabağ"ın oyunları haqda müzakirələr apardığını qeyd edib: "Bilirsiniz ki, U-15, U-16, U-17 yığmalarımız bizim nəzarətimiz altındadır. Nəticələrimiz də göz önündədir. Qələbələrimiz, heç-heçələrimiz... Son illərdə bəlkə də, belə nəticə göstərən milli komanda olmamışdı. Düzgün iş görsək, bəhrəsi də olacaq. Futbolçularımızın Avropaya çıxışı da daha rahatlaşacaq. "Qarabağ" Çempionlar Liqasının qrupunda varsa, qələbələr ard-arda gəlirsə, təbii ki danışılacaq. Yalnız futbolçularımız deyil, biz özümüz də izləyirik. Oyunçular bununla bağlı müzakirələr aparırlar. U-16 millimizdə "Qarabağ"ın da futbolçuları var. Digər klublardan gələn futbolçular belə "Qarabağ"ı dəstəkləyirlər. Bu, bir motivasiyadır. Futbolçular artıq inanırlar ki, biz də böyük nəticələr qazana bilərik. Biz MDB Oyunlarında finala vəsiqə qazanmışıq, sağ olsunlar, futbol ictimaiyyəti, bütün media yanımızdadır, dəstəkləyirlər. Deməli, düzgün iş görülsə, nəticələr də yavaş-yavaş gələcək".

O, sonda U-15, U-16 və U-17 millilərimizdə gələcəyə ümid verən futbolçuların olduğunu söyləyib: "Mən bir neçə ildir ki, millidə çalışıram. İllər əvvəlki müsahibələrimdə demişdim ki, aşağı yaş qruplarından ibarət komandalarımızda U-21 və əsas millimizin heyətində oynaya biləcək futbolçular var. Hazırda isə artıq onları görürük. İndi də U-15, U-16, U-17 yığmalarımızda belə namizədlər var. Sadəcə ad çəkə bilmərəm. Ad çəkmək digər futbolçulara mənfi təsir göstərə bilər. İstedadlı futbolçularımız olmasaydı, bu gün belə qələbələr qazana bilməzdik. Qalibiyyətlərimiz də layiqli qələbələrdir. Biz gördüyümüz işin fərqindəyik. Hər 3 yaş qrupunda yaxşı kollektivimiz var. Gələcəkdə də görəcəksiniz ki, U-21 millimizdə, əsas yığmamızda, hətta Avropa klublarında adından söz etdirən futbolçular olacaq. Düzgün iş görmək lazımdır ki, oyunçular inkişaf etsinlər. Sadəcə biz milli komandayıq, iş klubların üzərinə düşür. Bizim geniş vaxtımız olmur. "Qarabağ" kimi digər klublarımız da uşaqların inkişafına dəstək verməlidirlər. Bir neçə il sonra məndən müsahibə alsanız, görəcəksiniz ki, futbolçularımız U-21 millimizdə, əsas yığmamızda, Avropadadırlar. Mən tam əminliklə deyirəm ki, bizim 3 yaş qruplarında müsbət addımlar var".

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://qol.az
archiveBu xəbər 04 Oktyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see404

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see264

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see217

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see211

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see162

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see160

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see154

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see153

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see150

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see149

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see143

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see139

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see139

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see132

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see130

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see128

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see123

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri