Icma.az
close
up
RU
Görünməmiş olay! 3 yaşlı qızını şkafın siyirməsində saxlayan ana həbs olundu

Görünməmiş olay! 3 yaşlı qızını şkafın siyirməsində saxlayan ana həbs olundu

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərədə ana üç yaşlı qızını siyirmədə saxlayaraq kobud etinasızlıq göstərdiyinə görə 7 il həbs cəzasına məhkum edilib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, uşaq 2023-cü ilin fevralında ananın sevgilisi tərəfindən təsadüfən tapılıb. Siyirmədə böyüyən uşaq pis qidalanır, yeriyə və danışa bilmir və heç vaxt başqa insan siması görməyib. 

Məlum olub ki, uşaq 2020-ci ilin mart ayında evdə hamam otağında doğulub, heç bir rəsmi qeydi olmayıb və doğulandan bəri siyirmədə gizlədilib. Ana yalnız arabir uşağa südlü sıyıq verib və şprislə qidalandırıb, bezini dəyişdirib. Ananın işə getdiyi və digər uşaqlarını məktəbə apardığı saatlarda uşaq tək qalıb.

Tapılan zaman uşaq yeriyə bilməyib və heç bir səs çıxara bilməyib. Əzələləri zəif, əzaları axsamış, ayaqları şişmiş vəziyyətdə olub. Onun inkişaf səviyyəsi həddindən artıq laqeydlik səbəbindən 10 aylıq körpəninkinə bərabər olub. Onun yeni baxıcısı bildirirki, uşaq hətta gülümsəməyi və yeməyi öyrənməlidir.

Hakim Steven Everett ananın davranışını "inanılmaz dərəcədə pis" adlandırıb və uşağın sevgidən, tibbi yardımdan və sosial ünsiyyətdən məhrum olduğunu bildirib. Hakim ananın hərəkətini “diri ölüm” kimi qiymətləndirib.

İndi himayədar ailənin himayəsində olan uşaq ilk dəfə yelləncəkdə əylənmək, gəzmək və danışmaq kimi bir çox şeylər yaşayır. Onun himayədar ailəsi onun ilk addımlarına və sözlərinə şahid olmağın həm kədərli, həm də gözəl olduğunu bildirib.

Prokuror Rachel Worthington, uşağın heç vaxt ad günü və ya Milad hədiyyəsi almadığını, bacı-qardaşları ilə əlaqə saxlamadığını və hətta öz adını belə tanımadığını vurğulayıb. O, ananın bu hərəkətinin səbəbinin anlaşılmaz olmasına baxmayaraq, ədalətin bərqərar olduğunu bildirib.

Nigar,

Sitat.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sitat.info
archiveBu xəbər 27 Noyabr 2024 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see210

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see205

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see169

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see148

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri