Icma.az
close
up
RU
Görünməz divar Yeni hekayə

Görünməz divar Yeni hekayə

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Nuray Rəşidlinin "Görünməz divar" hekayəsini təqdim edir.

Mətbəxdə eşidilən qabların çaqqaçaq səsindən başqa heç nəyi eşitmək olmurdu. Əslində, fikirləri beynində o qədər səs-küy salırdı ki, sanki o səsləri susdurmaq üçün qabları bir-birinə daha bərk vururdu. Qab-qacağı yuyarkən köynəyinin dəzgaha toxunan hissəsinin islanmasını belə hiss etmirdi.

Birdən çiyninə toxunan sərt əllə diksindi. Yoldaşı əsəbi halda:

— Yüz dəfə adını çağırdım, eşitmirsən? — deyə səsini ucaltdı.

Aynaz təlaşla suyun səsini, qabların səs-küyünü bəhanə gətirməyə çalışsa da, yoldaşı artıq dinləmək həvəsində deyildi. Əlindəki saatı qoluna taxıb demək istədiyi sözdən vazkeçmiş kimi soyuq bir tərzdə:

— Çöldə işim var, — deyib cavab gözləmədən qapını arxasınca çırpıb çıxdı.

Su hələ də krandan sakitcə axırdı. Aynaz kranı bağlayıb islandığını yeni hiss etdiyi köynəyinə baxdı. Bir vaxtlar üzünü görəndə yerə-göyə sığmayan Aynaza indi onun səsi də, varlığı da yük kimi gəlirdi.

Onlar yeni tanış olanda yoldaşı dövlət işində çalışırdı. Qısa müddət ərzində tanış olub evləndikləri üçün Aynazın onun işi, gündəlik rejimi və ya xarakteri haqqında elə də dərin məlumatı yox idi. İlk gündən bu günə aralarındakı dialoqların sayı keçib gedən günlərlə eyni nisbətdə azalmağa başlayırdı. Bu sükut onların arasına hörülmüş, günbəgün ucalan görünməz bir divara çevrilirdi. Aynaz bu divarın arxasındakı insanı artıq görə bilməməyə başlamışdı. Murad isə o qədər diqqətsiz idi ki, divarın varlığından belə xəbəri yox idi, nəinki Aynazı görə bilsin…

Aynaz əlini dəsmala silib, onun axıra qədər içmədiyi çay stəkanını götürdü və suyun altında yaxalamağa başladı. Öz-özünə stəkana baxa-baxa düşündü ki, Murad nəinki çayı axıra kimi içmir, ümumiyyətlə, hər şeyi yarı-yarımçıq buraxan, heç nəyi sona çatdırmayan biridir. Nə diqqəti tam idi, nə sevgisi, nə münasibəti, nə də gördüyü işlər… Hər şey yarı-yarımçıq. Sırf bu xasiyyətinə görə idi ki, işlədiyi dövlət işindən də ayrılmışdı və neçə aydan bir fərqli-fərqli işlərə girib-çıxırdı. Aynaz nə qədər onunla söhbət etməyə, bu evliliyin və həyatın məsuliyyətini ona anlatmağa çalışsa da, faydasız idi.

Bəziləri elə düşünür ki, insanlar illər keçdikcə dəyişir. Amma bu, ən böyük yalan idi. İnsanlar doğrudan da dəyişmirdi. Sadəcə zamanla bir-birinə uyğunlaşırdılar. Murad isə nəinki dəyişmək, hətta bu evə, bu həyata uyğunlaşmaq üçün belə zərrə qədər çabalamırdı.

Aynaz stəkanı dəzgaha qoyub qonaq otağına keçəndə nəzərləri güzgüdəki əksiylə toqquşdu. Yavaş-yavaş güzgüyə yaxınlaşıb əllərini üzündə gəzdirdi. Yalnız güləndə gözlərinin kənarları qırışan Aynazın indi ifadəsiz, mimikasız simasında qırışlar çox aydın görünürdü.

Bir zamanlar gözlərinin içi gülən, həyat dolu o qadından geriyə nə qalmışdı? Ən qəribəsi də bu idi ki, o, hər şeydən çox Muradın yanında itirdiyi, onunla birgə solub gedən “özü” üçün darıxırdı…

Sözünü deməyə belə çəkinər olmuşdu. Ona görə də bu dəfə ona bir şey demək, izah etmək əvəzinə susqunluğu seçdi. Çünki anlayırdı ki, eşitmək istəməyən birinə qışqırmaq da faydasızdır, susmaq da. Nə bir dava olacaqdı artıq, nə də uzun-uzadı son söz. Nə vaxtsa bu evdən gedəcəksə belə, fırtınalar qoparmadan, səs-səmir çıxarmadan çıxıb gedəcəkdi.

Artıq bu münasibətin aqibəti nə davanı haqq edirdi, nə də “son söz”ü…

Ona görə heç nə demədən sakitcə yataq otağına keçib şkafı açdı, paltarlarına baxdı. Qərarsız qalsa da, bu cəsarəti dəyərləndirməli idi. Hər şeyinə baxa-baxa, hər xatirəsini xatırlaya-xatırlaya əşyalarını çantasına yerləşdirməyə başladı.

Evin hər bucağına, divarına, qarışına toxunurdu. Çünki bir daha buraya qayıtmayacaqdı. Evlə, ümidlərinin hopduğu divarlarla səssizcə sağollaşıb evdən çıxdı.

Taksi sifariş edəndə Muradın “Neynirsən?” mesajını görsə də, cavablamadı. Çünki bu dəfə neynədiyini yazmaq deyil, Muradın bunu öz gözləri ilə görməsini istəyirdi.

Aynaz taksiyə minib oradan uzaqlaşdıqca, içindəki narahatlığı geridə qoyurmuş kimi bir rahatlıq hiss edirdi.

Saat gecə 12-ni çoxdan keçmişdi. Murad cavabsız qalan mesajına belə fikir vermədən qapını açdı, açarı dəhlizdəki güzgülü komoda tulladı. İçəri keçib Aynazı səsləsə də, əsəbi şəkildə otaqlara baxanda evdəki o səssizlikdən narahat olmağa başladı. Aynaza aid heç nə qalmamışdı. Təlaşlanmışdı. Bilmirdi qapıya doğru getsin, yoxsa telefonu əlinə alıb zəng etsin…

Dözməyib zəng etdi, sonra ardınca mesaj yazdı:

“Yenə nəyə əsəbiləşmisən? Qab yuyanda sənə bir söz dedim deyə? Sən uşaqsan? Aç, sözüm var.”

Murad hələ də məsələnin səthi tərəfində idi. Divarın varlığını hiss etməyən adam, onun uçduğunu necə anlaya bilərdi ki?

Ona görə də gələn zəngləri və mesajları cavabsız qoyub telefonu çantasına atdı. Başını arxaya söykəyib gözlərini yumdu. İçindəki və həyatındakı o bitməyən savaşdan xilas olmuş kimi dərindən bir nəfəs aldı…

95 yaşlı aktyor və 61 yaşlı qızı xərçəngə qalib gəldilər "Yaltaqlıq bu gün ən sərfəli valyutadır" - Qorxmaz Quliyev “Sən, ey uşaqlıq” müsabiqəsinin finalçıları müəyyən edildi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 İyul 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see300

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see288

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see272

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see262

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see262

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see258

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see256

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see241

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see239

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see235

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see229

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see216

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see195

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see194

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see193

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see190

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see188

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see187

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see172

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri