Icma.az
close
up
RU
Görünmımiş miqyasda korrupsiya və ya USAİD in demonokratiyası

Görünmımiş miqyasda korrupsiya və ya USAİD in demonokratiyası

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə bağlı araşdırmalar davam edir. Prezident Donald Trampın siyasi iradəsi ilə dövlət idarəçiliyində islahatlar başlayıb. Bu islahatlar çırçivəsində artıq xərclərin qarşısının alınması cəhdləri var. Bu istiqamətdə ABŞ-ın yeni administrasiyası addımlar atır. Ona görə də xarici ölkələrə yardımların, eləcə də, xaricdə həyata keçirilən dəstək proqramlarının effektiv olub-olmaması təbii olaraq gündəmə gəlib və USAİD diqqəti cəlb edib.

Əslində indiyədək belə bir fikir vardı və Trampdan əvvəlki hakimiyyətlər dövründə belə təqdim olunub ki, USAİD Birləşmiş Ştatların xarici siyasətində "yumşaq güc" rolunu oynayır. Guya bu təşkilatın yardım proqramları xarici ölkələrdə, başqa xalqlarda ABŞ-a, Amerika cəmiyyətinə rəğbət yaradır. Ancaq reallıq bunun əksini göstərir.

Məsələn, USAİD Yəmənə yardımları sel kimi axıdıb, amma bu gün Yəməndə nəinki Amerikaya sevgi var, əksinə Amerika gəmilərinə Yəməndən raket atılır. Eləcə də, Ukraynanı götürək. USAİD-in guya ən çox yardım göstərdiyi ölkədir. Amma əvvəl də dediyimiz kimi, bu "yardım"lar sayəsində ölkə parçalanıb məhv olmaq ərəfəsinə gəlib çıxıb və Ukrayna xalqı Amerikanı günahkar bilir.

Afrikadan, Asiyadan, Latın Amerikasından, hətta Şərqi və Cənubi Avropadan oxşar misallar çəkmək olar. USAİD-in "yardım" göstərdiyi ərəb ölkələrinə baxsaq, eyni mənzərəni görərik. Eləcə də, postsovet məkanında da bu cür hallar var.

USAİD ABŞ-ın, xüsusilə də, Donald Trampa çox rüsvayçı şəkildə uduzmuş Bayden administrasiyasının əlində başqa suveren dövlətlərin daxili işinə qarışmaq aləti olub. Əslində bu, başqa ölkələrin daxili işlərinə qarışmaq da deyildi, o ölkələri daxildən qarışdırmaq idi. Ən son örnəyi: Gürcüstan.

USAİD və Soros Fondunun birgə siyasi layihəsinə - Ermənistan hakimiyyətinə baxaq. Müharibədə Azərbaycana uduzdu, ordusu darmadağın edildi. Gözləmək olardı ki, Ermənistan bölgədə sülh, sabitlik və inkişaf yolu ilə gedəcək. Əksinə həmin Bayden-Blinken cütlüyünün, həmin USAİDi-in, Samanta Pauerin sifarişləri ilə rəsmi İrəvan revanşist planlar qurmaq, aktiv silahlanmaq yolunu tutdu. İndi ABŞ-da xarici yardımlar ətrafında araşdırmalar başlandıqdan, USAİD dondurulduqdan sonra Ermənistan hakimiyyəti dərhal Avropaya inteqrasiya qanununu müzakirəyə çıxardı. Məlumdur ki, Tramp administrasiyası ilə Avropa İttifaqının rəhbər strukturları arasında ixtilaflar var. Ermənistan bu ziddiyyətlərdə oynayıb, Avropa İttifaqından daha çox yardım almağa çalışır. Çünki ABŞ xarici yardımları dondurub və məlumdur ki, Ermənistanla münasibətlər Baydensayağı olmayacaq.

Səbəb nədir? :

Məlum: USAİD və Soros Fondu Ermənistanda özlərinə bağlı bir "qrant hakimiyyəti" qurublar. Bu, ABŞ-ın milli maraqlarına deyil, daha çox Bayden-Blinken cütlüyünün, Samanta Pauerin və bu tipli siyasi-kəşfiyyat dairələrinin şəxsi maraqlarına cavab verirdi. Daim Ermənistanda "demokratik hakimiyyət", "açıq hökumət", Azərbaycanda isə "avtoritar rejim", "diktatura" olduğuna dair təbliğat aparılırdı. Ermənistanda demokratiyanın "çiçəkləndiyi", Azərbaycanda isə boğulduğu haqda beynəlxalq ictimai rəy yaratmaq, o cümlədən, Amerika cəmiyyətində bu cür fikir formalaşdırmaq, İlon Maskın təbirincə desək, bu "cinayətkar" təşkilata, onun rəhbərliyinə çox lazım idi. USAİD maliyyələşdirdiyi həmin o "The New York Times", "Politico", "The Washington Post" və sair və ilaxır media platformaları vasitəsilə dünyanın beyninə yeridirdi ki, Ermənistanda demokratiya var, Azərbaycanda isə yox. Üstəlik daim qulaqları doldururdular ki, Azərbaycan neftlə zəngin olan, iqtisadi, hərbi, demoqrafik və sair baxımdan güclü dövlətdir, Ermənistan isə kiçik, əzabkeş, zəif, yoxsul xristian ölkəsidir. Ona görə Ermənistana çox yardım eləmək lazımdır və sair.

Bu ictimai rəyi formalaşdırdıqdan sonra, Amerika hökumətindən yardım büdcəsi qoparmaq, ordan Ermənistan kimi ölkələrə yardım ayırmaq, bu məbləğlərin bir hissəsini rüşvət, "otkat" formalarında qaytarıb, USAİD rəhbərlərinin ciblərinə axıtmaq mümkün idi.

Başqa sözlə, media və QHT sektorundan qrantla formalaşıb hakimiyyətə gələn Nikol Paşinyan hökuməti USAİD-in korrupsiya ortağından başqa bir şey deyil. USAİD-in işləkləri haqqında Donald Trampın söylədiyi "görünməmiş miqyasda korrupsiya" ifadəsi təkcə bu təşkilata deyil, həm də onun cinayət ortaqlarına da şamil olunur. O cümlədən, Ermənistan hakimiyyətinə. Çünki indiki Ermənistan hökuməti illərlə USAİD-in "döşündən" qrant "əmib".

USAİD özünün "görünməmiş korrupsiya" sxemində, necə deyərlər, çox çevik olub, "yerli reallıqlar" əsasında işləyib. Məsələn, Ermənistanda QHT və mediada yetişdirdiyi adamlarla, sonra onları hakimiyyətə daşıyaraq, hökumətlə işləyib. Azərbaycanda isə hakimiyyətin içərisində ziddiyyət və parçalanma yarada bilmədiyindən, Qərbypnümlü müxalifət qrupları və media subyektləri ilə, ayrı-ayrı şəxslərlə iş qurub, onları öz əməllərinə ortaq edib.

Məqsəd, təbii ki, Azərbaycanın daxili sabitliyini pozub, iğtişaş, inqilab yolu ilə öz adamlarını - ortaqlarını hakimiyyətə daşımaq olub. Ancaq bu mümkün olmadıqda, yenə də USAİD heç nə itirməyib; Azərbaycanda insan haqlarının pozulması, demokratiyanın boğulması haqda hesabatlar, rəylər onun daha çox yardım üdcəsi alıb, ölkədəki şərikləri ilə bölüşməsinə şərait yaradıb. Azərbaycandakı vəziyyət nə qədər pis olsa, daha doğrusu, nə qədər pis təqdim olunsa, bu, USAİD kimi təşkilatlar, fondlar üçün yaxşıymış. Bu zaman onlar daha çox yardım ayıra və daha çox "otkat" ala bilirdilər.

Əgər beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycanda söz azadlığının boğulduğu haqda daha kəskin bəyanatlar, hesabatlar verirsə, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və sair qurumlar daha sərt antiAzərbaycan qətnamələr verirsə, məlum "yardım mələkləri", "xilaskar missiyalar" o qədər məmnun olurdular. Çünki daha çox pul qamarlamaq imkanı yaranırdı.

Bu yerdə tarixdən məşhur Taleyran yada düşür: Napoleon Bonapart yeni torpaqlar zəbt edəndə, Taleyran sevinirdi və deyirdi: "Yaxşı pul olacaq". Çünki sonra o, xarici işlər naziri olaraq, zəbt olunmuş torpaqları, ya da ən azı bir hissəsini satıb, öz cibini doldururdu.

Burda da oxşar sxem işləyib. Dediyimiz kimi, Azərbaycanda vəziyyəti qapqara boyalarla təsvir etmək, USAİD kimi təşkilatın marağında idi. Əgər Amerika cəmiyyətini Azərbaycanda azad sözün boğulmasına, müstəqil medianın olmadığına inandıra bilirdisə, deməli, Azərbaycanda yeni media strukturları yaratmaq mümkün olurdu. Toplum TV, Meydan Tv, Abzas Media və sair və ilaxır bu cür meydana gəlirdi. Əslində media adından, vətəndaş cəmiyyəti adından çıxış edərək yardım alan Azərbaycanlıların əldə etdiyi qrantlar USAİD və başqa donor təşkilatların məsul şəxslərinin qamarladıqları sərvətlərin müqabilində elə də böyük məbləğlər olmayıb. Üstəlik həmin donorlar bu şəxslərə - Azərbaycanlılara pulları gizli formada və nağd şəkildə ötürüblər. Gizli pullar da ölkəyə gizli gətirilirsə, media qurumunu, QHT-ni, hətta dolayısı ilə siyasi partiyanı maliyyələşdirməyə sərf olunursa, bu, əlbəttə ki, hüquq-mühafizə orqanlarının diqqətini cəlb edir. Nəticədə məlum xarici fondlar - donorlar "yardım" etdiyi adamların öz dövlətinin qanunlarını pozmasına, öz dövləti ilə münaqişəyə girməsinə və cəzalanmasına yardım etmiş, səbəb olmuş olur.

İlon Mask USAİD-i boş yerə "cinayətkar təşkilat" adlandırmayıb; bu təşkilat özü cinayət törətməklə qalmayıb, 100-ə yaxın ölkədə minlərlə, on minlərlə insanı da öz qanunsuz əməllərinə şərik edib, o insanların çoxunu öz dövləti ilə permanent qarşıdurmaya cəlb eləyib. Başqa sözlə, USAİD-in törətdiyi əməllər təkcə Amerika Birləşmiş Ştatlarının qanunlarının pozulması deyil, həm də onlarla başqa ölkənin qanunlarına və hətta Konstitusion əsaslarına qarşı qəsd, mütəşəkkil cinayətkarlıq olub. Beləliklə, USAİD əslində başqa ölkələrdəki kimi, Azərbaycanda da mütəşəkkil cinayətkarlığa yardım edib, dəstək verib, bunun başqa adı yoxdur.

Bir qurum ki, "Əl Qaidə", "Hizbullah" kimi terror təşkilatlarına yardım göstərib, ondan dövlətlərin suverenliyinə, xalqların təməl haqlarına sayğı gözləmək sadəlöhvlük olardı.

Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Fevral 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri