Icma.az
close
up
RU
USAID in “qara” üzü LGBT, çevrilişlər, korrupsiya...

USAID in “qara” üzü LGBT, çevrilişlər, korrupsiya...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təşkilatın post-sovet məkanındakı fəaliyyəti

USAID -in layihələrinin dayandırılması ilə bağlı qərar, eləcə də hesabatların açıqlanması bir sıra məsələlərə aydınlıq gətirdi. Məlum oldu ki, Bayden hakimiyyətinin “təsir imkanları” axtarışları hər zaman fərqli istiqamətlərə, fərqli vasitələrə əsaslanıb. Xüsusilə, xarici ölkələrdə xəyanətkar siyasi qruplarla əməkdaşlıq kontekstində, vətəndaş cəmiyyəti sıralarında “müttəfiq” müəyyənləşdirilməsində, nəzarəti altındakı KİV üzərindən çirkin planların həyata keçirilməsində USAID kimi üzdə “humanitar”, alt qatda isə korrupsiya və siyasi oyunlarla məşğul olan qurumlardan istifadə olunub. “Yumşaq güc” siyasətinin əsas mərkəzi kimi çıxış edən USAID və başqa təşkilatlar xüsusilə, pots-sovet regionuna, o cümlədən Cənubi Qafqaza yönəlik planları ilə diqqət çəkib. Bu mərkəzlərin nəzarətində olan, əmrlərini yerinə yetirən feminist qruplar, internet resurslar mərkəzləşdirilmiş “qrant şəbəkəsi” tərəfindən idarə olunublar.

Təlim adı altında çevriliş hazırlıqları

Vurğulandığı kimi, USAID xüsusilə, post-sovet regionuna nəzərən “yumşaq güc” vasitəsi qismində təsir rıçaqı kimi xarakterizə olunub. Məsələn, hələ bir neçə il öncə, konkret 2023-cü ildə Gürcüstanda ortaya çıxan faktlar bu mənada örnək nümunələrdən sayılır. USAID Tbilisidə “yerli QHT-lərlə birgə” fərqli “mövzu”larda təlimlər təşkil edirdi, amma sonradan Gürcüstanın hüquq-mühafizə orqanlarının yaydıqları məlumatlarda bəlli olmuşdu ki, təlim iştirakçılarına “dövlət çevrilişi hazırlamağın metodları” öyrədilib. Hətta Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirmişdi ki, bu, Amerikanın Gürcüstana yardımı tarixində qara gündür: “ USAID Amerika xalqının pullarının niyə başqa ölkəyə iğtişaşları qızışdırmaq, iğtişaşlar planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün getdiyini izah etməlidir”.

Göründüyü kimi illərdir ki, USAID özünün hərəkət trayektoriyasını tam dəyişdirməsə də, müəyyən “korrektələr” olunub. Məsələn, XXI əsrin ilk illərində konkret siyasi partiyalara “isti münasibət” bəlli edilirdisə və həmin partiyaların vəzifəli şəxslərinə bağlı QHT-lər maliyyələşdirilirdisə, siyasi qüvvələrin stimullaşdırılması bu yolla icra olunurdusa, sonradan bəzi yerdəyişmələr aparıldı. Bu mənzərə Azərbaycana da tanış idi - ABŞ-a bağlı institutlar vaxtilə bəlli partiyalara bağlı QHT-ləri aktiv şəkildə maliyyələşdirir, milyonlarla vəsait ayırırdı.

İndiki halda isə bu “yardım”, “humanitar aksiya” kimi pərdələrlə pərdələnir. Daha çox “feminizm”, LGBT anlayışını özünün spekulyasiya vasitəsinə çevirən USAID bu yolla həm beyinləri zəhərləyir, qarşıdurmalar yaradır, cəmiyyəti milli kimliyindən uzaq salmağa çalışır, həm də özünün çirkin planlarını həyata keçirməyə niyyətlənir.

Gürcüstan təxribatları baş tutmadı

Vurğulandığı kimi, proses son illərdə daha fərqli məcralara yönəldilib. Məsələn, Gürcüstan Baş naziri İrakli Kobaxidze bildirib ki, USAID-in maliyyəsi real məqsədlər üçün, xeyriyyə məqsədləri üçün istifadə edilməyib. Onun sözlərinə görə, bu gün ABŞ administrasiyası rəsmən Gürcüstan hökumətinin dediklərini təkrarlayır. “2023-cü ilin yazından bəri bizim dediklərimizi bu gün ABŞ hökuməti rəsmi olaraq təkrarlayır. Biz deyirdik ki, USAID-in maliyyəsi real məqsədlər üçün, xeyriyyə məqsədləri üçün istifadə edilməyib. Bütün bunlar ölkələrdə, xüsusilə Gürcüstanda inqilablar təşkil etmək, narahatlıq yaratmaq, sabitliyi pozmaq və s. məqsədlər üçün istifadə edilib. Biz USAID-in fəaliyyətinin üç aylıq dayandırılmasına şadıq. Bizim üçün əsas odur ki, bu vəziyyət belə də qalsın. USAID-in bir daha heç vaxt ölkəmizdə sabitliyi pozmağa cəhd etməməsi, məsələn, səsvermə nəticələrinin saxtalaşdırılmasına çalışmaması və ya birbaşa inqilabi prosesləri dəstəkləməməsi çox vacibdir. Ümid edirik ki, təşkilatın işinin üç aylıq dayandırılması mexanizmi qüvvədə qalacaq”.

Gürcüstanda son aylarda baş verən siyasi gərginliklərin də məhz Qərb mənbələrindən gələn maliyyə vasitəsilə qızışdırılması haqda faktlar mövcud idi. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili feysbuk səhifəsində etdiyi paylaşımda bildirib ki, Gürcüstanın qeyri-hökumət təşkilatları 2024-cü ildə ölkədə parlament seçkiləri ərəfəsində USAID-dən 41 milyon dollardan çox vəsait alıb. “USAID siyasi korrupsiya vasitəsilə Gürcüstanda seçkilərə 41,7 milyon dollar xərcləyib. ABŞ və Gürcüstan əhalisinin nisbətinə görə hesabladıqda, bu, ABŞ-də seçkilərə xaricdən xərclənən 3,78 milyard dollar təşkil edərdi. Ölkələrin ÜDM-ni əsas götürsək, bu müqayisə daha təəccüblü olacaq”.

Parlamentin sədri Gürcüstanda seçkiləri müntəzəm olaraq pozmağa çalışan təşkilatlara on milyonlarla dolların necə ayrıldığına aydınlıq gətirilməsini tələb edib. “Başqa bir ölkədə seçkilərə 41,7 milyon dollar xərcləyib həmin ölkənin əhalisi qarşısında heç bir məsuliyyət hiss etməmək mümkün deyil”.

Post-sovetdə qaranlıq fəaliyyət

USAID Rusiyada 2012-ci ilin oktybar ayında bağlanıb. Bununla bağlı sosial platformada bildirən Rusiya XİN-in rəsmisi Mariya Zaxarova qeyd edib ki, Rusiyada USAID 2012-ci ilin oktyabrında “liberal səs-küy altında” bağlanıb. Zaxarova əlavə edib ki, qurumun rəhbərliyi Rusiyada “göyqurşağı gündəmi” yaratmaq üçün əhəmiyyəftli səylər göstərirdi, amma Rusiya Federasiyasında LGBT hərəkatı ekstremist qrup kimi tanınıb və qadağan edilib. Zaxarova bildirib ki, agentliyin birmənalı olaraq “LGBT-də perspektivlər - Fəaliyyətlər” adlı proqram sənədi də dərc edilib və bu sənəddə məqsədlərdən biri bu sahədə maksimum inklüzivliyə və açıqlığa nail olmaq kimi müəyyənləşib.

USAID Ermənistanda 1992-ci ildə fəaliyyətə başlayıb və 2005-ci ilə qədər yalnız humanitar yardımlar göstərib. Agentlik 2013-cü ildə dövlətlə birbaşa əməkdaşlığa keçib. Ermənistanda media və təhsil proqramlarının hazırlanması ilə məşğul olan bir çox KİV və QHT Dövlət Departamentindən layihələr üçün vəsait alıb.

USAID, həmçinin vaxtilə Azərbaycanda bəzi gənclər təşkilatlarını maliyyələşdirib, hökumət əleyhinə qeyri-qanuni aksiyalar təşkil edib. 2014-cü ildə bu qurumun Azərbaycanda “müstəqil medianın inkişafı” üçün fantastik həcmdə - 2,4 milyon dollar məbləğində qrant elan etməsi bunun bariz nümunəsidir. Həmin il ABŞ Milli Demokratiya İnstitutunun (MDİ/NDİ) Bakıdakı nümayəndəliyinin sabiq rəhbəri özünün bank hesabından təqribən iki milyon dollar vəsait çıxararaq bəzi QHT-lərə, konkret şəxslərə paylamışdı. Lakin Azərbaycan güclü dövlət kimi, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi və həmrəyliyi sayəsində bu təşkilatın ölkəmizlə bağlı planlarını iflasa uğratmışdı.

USAID -in “Maydan” sərgüzəştləri - senator Kennedi açıqladı

USAID-in fəaliyyətində son illər Ukrayna qırmızı xətlə keçir. Qurumun layihələrinin dayandırılmasından sonra Ukraynanın yüzdən çox mədəniyyət və media təşkilatı öz resurslarını itirib. “Pais” nəşrinin yazdığına görə, iki korrupsiya təhqiqat orqanı - Slidstvo və Bihus xüsusilə ağır zərbə alıb, çünki bu layihələrdə Amerikanın maliyyələşdirmə payı 80 faizdən çox olub. Onların Ukrayna hakimiyyətinin fəaliyyətinə böyük təsir göstərdiyi iddia edilir.

Yaxın vaxtlarda səhiyyə naziri postuna təsdiqlənəcəyi gözlənilən senator Robert Kennedi də USAID-in Maydanla əlaqəsi barədə danışıb. O, jurnalist Taker Karlsonla müsahibəsində deyib ki, MKİ-nin tərəfdaşı olan USAID Ukraynadakı iğtişaşların maliyyələşdirilməsinə beş milyard dollar sərmayə qoyub. “Bu iğtişaşlar Ukraynanın demokratik yolla seçilmiş hökumətinə qarşı dövlət çevrilişinə səbəb oldu”. O vurğulayıb ki, MKİ 1947-1997-ci illər arasında, təxminən 83 hökuməti devirib. Bu, yer üzündəki hökumətlərin üçdə biri deməkdir və onların əksəriyyəti demokratik idi. Demək ki, məsələ demokratiya ilə bağlı deyil.

USAID uzun müddətdir Ukraynanın fəal sponsoru olub, təkcə 2022-2024-cü illərdə humanitar yardım, inkişaf yardımı və birbaşa büdcə dəstəyinə 38 milyard dollar xərcləyib.

P.SADAYOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:370
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Fevral 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri