Icma.az
close
up
RU
Korrupsiya, narkotik istehsalı, talama: USAID bataqlığı qurudulur

Korrupsiya, narkotik istehsalı, talama: USAID bataqlığı qurudulur

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Donald Tramp Ağ Evə qayıdışından sonra verdiyi qərarlarla gündəm yaratmaqda davam edir. Onun xarici ölkələrə yardımların 90 gün müddətinə dondurulması barədə sərəncamının ardınca, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə bağlı sərgilədiyi mövqe ciddi rezonans doğurub. Belə ki, təşkilat vasitəsilə ayrılan yardımlarla bağlı yoxlamalar aparılacaq. Söhbət 50 milyard dollara yaxın vəsaitdən gedir. Tramp USAID rəhbərliyində ifrat radikalların olduğunu bildirib.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Bu, sadəcə qurd topasıdır"

Ağ Ev rəhbərinin məlum tutumunun konturlarını Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini idarə edən İlon Maskın son açıqlamalarında görə bilərik. O bildirib ki, USAID-in ləğvi prosesi gedir, təşkilat bərpa oluna bilməz: "Bu, qurdlu alma deyil, sadəcə qurd topasıdır... Alma yoxdur, ona görə də, hər şeydən xilas olmaq lazımdır".

Mask təşkilatı bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə də ittiham edib. "Bilirsinizmi ki, USAID sizin vergi pullarınızdan istifadə edərək milyonlarla insanı öldürən COVID-19 da daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirib?", - Mask "X" sosial şəbəkəsində yazıb.

Məsələ ilə bağlı ABŞ Dövlət Departamentinin də mövqeyi birmənalıdır: "USAID proqramlarının əhəmiyyətli hissəsi ABŞ-nin əsas maraqlarına cavab vermir".

Dövlət katibi Marko Rubio bildirib ki, ABŞ yardımının yalnız 10-13%-i nəzərdə tutulan alıcıya çatır. "Qalanı isə əlavə xərclərə və bürokratiyaya gedib", - o bildirib.

Korrupsiya, narkotik istehsalı, talama

ABŞ mətbuatının məlumatına görə, agentlik korrupsiyada, yəni ehtiyacı olan ölkələrə və icmalara yardım proqramına yönəldilməli olan vəsaitlərin oğurlanmasında ittiham olunur. Milyarder Den Pena bildirib ki, kasıb ölkələrə vəd edilən pullardan onlara heç nə çatmır. Onun sözlərinə görə, bunu hamı bilir, amma heç kim danışmır.

USAID-in adı narkotik vasitələrin satışı və becərilməsində iştirakda da hallanır. Belə ki, USAID Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi verib. Mediada təşkilatın Soros Fondu tərəfindən maliyyələşən prokurorlar qrupuna 27 mln. dollar ayırdığı barədə də xəbərlər yayılıb.

Azərbaycan rəhbərliyinin uzaqgörənliyi

Qeyd edək ki, USAID uzun illər postsovet məkanı, eləcə də Cənubi Qafqazda müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışması, inqilablara sponsorluq etməsi ilə tanınıb. Təşkilatın destruktiv fəaliyyətinin nəticələri əvvəlki illərdə Azərbaycanda da hiss edilib. Lakin ölkə rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində bu təhdidlər minimallaşdırılıb və tamamilə aradan qaldırılıb. Elə bu səbəbdəndir ki, Bayden administrasiyası dönəmində Vaşinqtonla Bakı arasında münasibətlərdə narazılıqlar olub.

Bu baxımdan Azərbaycan rəhbərliyinin USAID-in taleyi ilə bağlı bir müddət əvvəl səsləndirdiyi fikirlər diqqət çəkir. Hələ keçən ilin dekabrında Prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib ki, yardım asılılıq yaratmamalıdır: "Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil. Zənnimcə, Tramp onu qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər".

Məsələ ilə bağlı xarici işlər naziri Ceyhun Bayramovun yanvarın ortalarında açıqladığı məqamlar da vurğulanmalıdır. Nazir bəyan edib ki, USAID-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil. O xatırladıb ki, 2000-ci ildən çərçivə sənədi mövcud idi: "Biz o sənədin müddəalarını və son illər ərzində icranın necə baş verdiyini təftiş etdik. Məlum oldu ki, onların fəaliyyəti Azərbaycanın istəyi və maraqları formatında deyil, ABŞ-nin Azərbaycanda gündəliyinin həyata keçirilməsinə xidmət edir".

Samanta Pauerlə Ruben Vardanyanı birləşdirən maraqlar

USAID-in anti-Azərbaycan fəaliyyəti tək ölkəmizdə daxili siyasi proseslərə müdaxilə ilə yekunlaşmır. Burada ən çox diqqəti cəlb edən məqam təşkilatın bu illər ərzində bir dəfə də olsun Ermənistanın Azərbaycana təcavüzünü pisləməməsi, bir milyondan çox qaçqının öz torpaqlarına qayıtması üçün səy göstərməməsi, hətta onlara bir manat da yardım ayırmamasıdır. USAID-in direktoru da ermənipərəst Samanta Pauerdir. O, dəfələrlə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini vaxtilə təhdid edən separatçılara dəstək verməsi ilə tanınır. Onun Qarabağda özünü "dövlət naziri" elan edən və hazırda Bakıda məhkəməsi keçirilən erməniəsilli rusiyalı milyarder Ruben Vardanyanla da sıx əlaqələri daim müzakirə mövzusu olub. Vardanyanın "Aurora" təşkilatının təsis etdiyi mükafatlardan biri məhz Samanta Pauerə verilib. Bu mükafat isə sadəcə çərçivələnmiş diplom demək deyil. Laureat bir milyon dollar məbləğində qrant alıb. Təbii ki, bu qrant Samantaya ermənipərəst mövqeyi, separatçılara dəstəyi müqabilində verilib.

Beləliklə, artıq hər bir istiqamətdə çərçivələri aşaraq hətta ABŞ-nin özünün maraqlarını təhdid halına gələn USAID ətrafında yaşananlar ciddi proseslərin xəbərçisi kimi də qiymətləndirilə bilər. Bu addımlar bədnam Bayden-Blinken cütlüyünün dünyada yaratdığı bataqlıq mənbələrinin qurudulması istiqamətində bir şans kimi görünür. Hər şey Tramp administrasiyasının qətiyyətindən və iradəsindən asılıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:263
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Fevral 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri