Icma.az
close
up
RU
Görünüşdə masum, amma təhlükəli: problemlərə yol aça bilər

Görünüşdə masum, amma təhlükəli: problemlərə yol aça bilər

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Uşaqlarda çənə quruluşundakı gerilik, həm estetik, həm də funksional baxımdan ciddi problemlərə yol aça bilər. Mütəxəssislər bildirir ki, bu problemin erkən yaşlarda – xüsusilə 10 yaşından əvvəl ortodontik müdaxilə ilə müalicə olunması çənə inkişafında həlledici rol oynayır.

News24.az bildirir ki, üst və alt çənənin uyğun gəlməməsi nəticəsində yaranan bu problem, uşaqlarda çeynəmə, danışıq və üz görünüşündə pozulma kimi narahatlıqlarla özünü göstərir. Çənə geriliyi adətən genetik faktorlar, ağızla nəfəsalma vərdişi, süd dişlərinin erkən itirilməsi, travmalar və ya yanlış əmzik istifadəsi səbəbilə ortaya çıxır.

Əgər bu vəziyyət müəyyən yaşa qədər müalicə olunmazsa, yetişkin dövrdə yalnız cərrahi müdaxilə ilə düzəldilə bilir.

Marmara Universitetinin Diş Həkimliyi Fakültəsinin Ortodontiya kafedrasının rəhbəri Doç. Dr. Murat Tozlu, məsələ ilə bağlı verdiyi açıqlamada qeyd edib ki, çənə geriliyində bəzən üst, bəzən isə alt çənə geri mövqedə olur:

“Alt çənə geriliyi daha çox genetik səbəblərlə əlaqələndirilir. Üst çənə geriliyi isə adətən ağızla nəfəsalma, yanlış əmzik və barmaq əmmə vərdişi ilə yaranır.”

Doç. Dr. Tozlu əlavə edib ki, ailələr bu problemi fərq etməyə bilər, çünki uşaq doğulduğu gündən valideynin gözünün qarşısındadır və onun üz quruluşuna artıq öyrəşmiş olurlar. Ətrafdan baxan biri və ya ortodont mütəxəssisi bu problemi daha tez müəyyən edə bilər.

Tozlu bildirib ki, ortodontlar uşaqları ən gec 8-10 yaş aralığında müayinə etmək istəyir:

“Bu yaşlarda həm diş, həm də çənə quruluşu ilə bağlı problemləri vaxtında aşkarlamaq və müalicəyə başlamaq mümkündür. Əgər bu dövr ötürülərsə və çənə fərqi çox da böyük deyilsə, dişlər üzərindən forma dəyişiklikləri ilə müalicə edilir. Ancaq vəziyyət ağırdırsa, o zaman çənə əməliyyatı qaçılmaz olur. Bunun üçün isə çənə inkişafının tamamlanması, yəni 18-19 yaşın keçməsi tələb olunur.”

Erkən yaşlarda aparılan ortodontik müalicələrlə çənə forması düzəldilə bilir. Bu məqsədlə üst çənə geridədirsə, xüsusi maska aparatları ilə öndəki mövqeyə gətirilə bilir. Alt çənə öndədirsə, onu sabit saxlamaq üçün çənəlik tətbiq olunur. Bu aparatlar yerli istehsaldır və universitet tərəfindən patentləşdirilərək hazırlanır.

Doç. Dr. Tozlu xəbərdarlıq edir:

“Əgər çənə geriliyi vaxtında müalicə olunmazsa, həm funksional, həm də estetik problemlərə yol açır. Yəni uşaq yemək yeməkdə, nəfəs almaqda, danışmaqda çətinlik çəkə bilər. Ağızla nəfəsalma bədən inkişafını da mənfi təsir edir.”

Estetik problemlər də az əhəmiyyətli deyil. Özünəinamın formalaşması, özünü ifadə etmə bacarığı, məktəb və iş həyatında uğur üçün sağlam üz və diş quruluşu vacibdir. Ona görə də müalicəyə gecikmədən, 10 yaş ətrafında başlanması məsləhət görülür. Ortodontik müalicə adətən 1-1,5 il çəkir.

Yetkin yaşa çatmış xəstələrin müalicəsi əvvəlcə ortodontik hazırlıqla başlayır. Daha sonra çənə quruluşundakı qüsurlar çənə cərrahiyyəsi tərəfindən əməliyyatla aradan qaldırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 İyun 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see376

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see319

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see317

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see306

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see273

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see246

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see240

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see236

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see236

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see234

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see232

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see216

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see214

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see207

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see207

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see205

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see205

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see203

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see201

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri