Icma.az
close
up
RU
“Görüşün məqsədi münaqişəyə son qoymaq üçün sülh sazişinin əldə edilməsidir” MÜNASİBƏT BİLDİRİLDİ

“Görüşün məqsədi münaqişəyə son qoymaq üçün sülh sazişinin əldə edilməsidir” MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. “The Washington Post” nəşri bu barədə iki yüksək vəzifəli Ağ Ev rəsmisinə istinadən məlumat yayıb. Bildirilir ki, görüşün məqsədi münaqişəyə son qoymaq üçün sülh sazişinin əldə edilməsidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: “Prezident İlham Əliyev və Nikol Paşinyanın Trampla ayrıca görüş keçirməsi də planlaşdırılır. Rəsmilərdən biri cümə günü keçiriləcək görüşdə tərəflər arasında sülh razılaşmasının elan olunmasının mümkünlüyünü açıqlayıb.

İlk növbədə onu qeyd edim ki, Trampın hər iki dövlət başçısı ilə ayrı-ayrılıqda görüşməsi müsbət haldır. Bu, Vaşinqtonun məsələyə həssas və tərəfsiz yanaşmaq niyyətindən irəli gəlir. Əslində, iki ölkə arasında sülh sazişi mətni artıq hazırdır və onun imzalanmasının qarşısında ciddi bir maneə yoxdur. Lakin təbii ki, Bakını narahat edən məsələlər qalmaqdadır. Xüsusilə də Ermənistan Konstitusiyası və Müstəqillik Bəyannaməsində ərazi iddialarını əks etdirən müddəaların qalması, eləcə də Zəngəzur dəhlizinə dair açıq suallar Azərbaycanın sülhə ehtiyatla yanaşmasına səbəb olur.

Ermənistanın da problemləri mövcuddur. Məsələn, Bakının sülh müqaviləsinə dair əlavə şərtləri Paşinyanı daxili auditoriya və müxalifət qarşısında çətin vəziyyətə salır. Buna baxmayaraq, tərəflərin ötən ay Birləşmiş Ərəb Əmirliklərində sülh danışıqları aparması və bu prosesin müsbət atmosferdə keçməsi Vaşinqtonda baş tutacaq görüşə ümidləri artırır.

Tramp yaxşı anlayır ki, Ermənistan–Azərbaycan münaqişəsi həlli mümkün olan ən asan beynəlxalq münaqişələrdən biridir. Çünki rəsmi Bakı münaqişənin ən mürəkkəb mərhələsi olan Qarabağ məsələsini artıq həll edib. Azərbaycanın, xüsusilə də xarici təsirlər nəticəsində şərti dövlət sərhədində baş verən təxribat cəhdlərinə təmkinlə yanaşması və gərginliyi artırmamaq mövqeyi onun sülhdə maraqlı olduğunu göstərir. Bu isə Vaşinqton üçün əlavə stimul yaradır.

ABŞ Ermənistanın, xüsusilə baş nazir Nikol Paşinyanın Qərbə inteqrasiya meyillərindən xəbərdardır. Bundan başqa, regionun enerji potensialı, eləcə də Azərbaycanın Qərbə enerji nəqlini artırmaq səyləri Vaşinqtonu razı salır. Təbii ki, bir də Trampın Nobel Sülh Mükafatı almaq niyyəti məsələsi var. Bütün bu faktorlar Vaşinqtonda keçiriləcək görüşün nəticə ilə yekunlaşması ehtimalını artırır. Lakin əsas sual budur: söhbət necə bir nəticədən gedir? Hər nə qədər sülh sazişinin mətni hazır olsa da, onun imzalanması üçün vaxt lazımdır. İstisna deyil ki, Vaşinqtonda ən yaxşı halda sülh sazişinin imzalanma yeri və tarixi müzakirə edilə bilər. Təbii ki, bu prosesdə maraqlı olan başqa güclər də var. Xüsusilə də Rusiya faktoru düşündürücüdür. ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun bu baxımdan Rusiyaya səfəri diqqət çəkir. İstisna deyil ki, bu səfərin fərqli məqsədləri olub, lakin onlardan biri də Ermənistan–Azərbaycan sülh danışıqları ilə bağlıdır. Vaşinqton düşünür ki, İrəvan və Bakı arasında ortaq məxrəcə gəlinməsi mümkündür, lakin Kremlin bu prosesə əngəllər yaratmasından ehtiyat edir. Azərbaycanda olmasa da, Ermənistanda hələ də Rusiyanın təsir gücü, xüsusən də hərbi varlığı qalır.

ABŞ bu məsələdə Rusiya ilə ortaq məxrəcə gəlməyə çalışır. Bunun mümkün olub-olmayacağını zaman göstərəcək. Amma bir məqam dəqiqdir: Vaşinqtonda tarixi görüş baş tutacaq. Hər şey plana uyğun getsə, həm Bakı, həm İrəvan, həm də Vaşinqton öz məqsədinə çatar”.

Ayşən Vəli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Avqust 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see262

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see165

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see145

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see144

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see138

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see137

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see137

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see135

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see134

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see130

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see127

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see116

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see115

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see115

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see115

Müsəlman xilafətinin mərkəzi şəhəri: Roma, ərəb və Avropa mədəniyyətlərinin heyrətamiz qarışığı

21 Sentyabr 2025 13:13see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri