Icma.az
close
up
RU
Görüşün regiona verdiyi gözləntilər nədən ibarətdir? POLİTOLOQ RƏYLƏRİ

Görüşün regiona verdiyi gözləntilər nədən ibarətdir? POLİTOLOQ RƏYLƏRİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bu gün Tramp görüşü dəqiq deyil. Amerika özünü kifayət dərəcədə diskriminasiya eliyib. Lakin bu Rusiya-Ukrayna savaşı ilə bağlı Amerikanın mövqeyi artıq ciddiyə alınmır. Bir ay yarım içində bu qədər zavallı duruma düşdü. Deformatiya sahəsində Amerika gerilədi, Avropa Amerikanı üstələdi, xüsusilə Britaniyanın yerdəyişməsini gördük”. Bu sözləri politoloq Qədir Aslan SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məsələnin həllinə üzərinə götürən London oldu: “Bunlar ikisi görüşə bilərlər, bəlkə keçmiş xatirələrini yada salarlar. Lakin bu prosesin heç bir əhəmiyyətli təsiri olmayacaq. Əhəmiyyətli təsir olacaq görüşlər Londonda keçirildi, Kiyevdə, Brüsseldə toplandılar. Amma bu gün Vladimir Putin ilə Donald Trampın görüşü Azərbaycanın taleyindən asılı deyil. Diplomatiya sahəsi üzrə, iqtisadi sahə üzrə, hərbi mənada Azərbaycan öz müttəfiqlərini tapıb və onlar Avropada deyil”.

Həmçinin məsələ ilə bağlı politoloq Züriyə Qarayeva fikirlərini bildirib. Onun sözlərinə görə, Azərbaycanın uğurlu çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də Böyük Britaniya ilə münasibətlər tutur: “Böyük Britaniya-Azərbaycan arasında əlaqələr tarixi və strateji əhəmiyyətə malikdir. İki ölkənin münasibətlərinin müasir tarixi öz başlanğıcını 90-cı illərin əvvəllərindən götürür. Böyük Britaniya Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk Qərb ölkələrindən biridir. Birləşmiş Krallıq 1991-ci il dekabrın 31-də Azərbaycanın müstəqilliyini tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 1992-ci il martın 11-də qurulub. Ötən müddətdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə olunub və hazırda Azərbaycan-Böyük Britaniya münasibətləri inkişafının ən yüksək səviyyəsinə çatıb. İki ölkə arasında siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Bu ölkə 2024-cü ilin sonunadək Azərbaycan iqtisadiyyatına ümumilikdə 83 milyard dollar sərmayə qoyub. Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyevin Böyük Britaniyaya işgüzar səfəri də ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və əlaqələrimizin daha da dərinləşdirilməsi baxımından mühüm töhfə olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Mart 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see305

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see213

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see203

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see197

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see187

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see167

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see161

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see153

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see149

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see149

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see146

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see141

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see140

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see140

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see139

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see137

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see135

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see126

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see125

Kanelonun məşqçisi yetirməsinin nə vaxt Kroufordla revanş döyüşü keçirmək istədiyini deyib

14 Dekabr 2025 06:08see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri