Icma.az
close
up
RU
Göy qurşağı niyə yaranır və rəngli qövsü necə formalaşır? Elmi izah

Göy qurşağı niyə yaranır və rəngli qövsü necə formalaşır? Elmi izah

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Göy qurşağı - demək olar ki, hər kəsin şahidi olduğu, təbiətin ən gözəl hadisələrindən biridir. Lakin bir çoxları onun necə yarandığını tam anlamır. Əslində, göy qurşağının yaranması üçün xüsusi və nadir şərait tələb olunmur və istəsəniz, bu təbiət hadisəsini hətta öz həyətinizdə də süni şəkildə yarada bilərsiniz.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "National Geographic" elmi portalının izahına görə, göy qurşağı fiziki bir obyekt və ya atmosfer hadisəsi deyil, optik illüziyadır. Yəni, göy qurşağı əslində "mövcud" deyil, biz onu yalnız günəş işığının yağış damcıları ilə dolu atmosferdəki mürəkkəb oyununu müşahidə edərkən görürük.

Göy qurşağını görmək üçün düzgün mövqe tutmaq lazımdır: işıq mənbəyi (günəş və ya güclü bir lampa) arxanızda olmalı, qarşınızda isə yağış damcıları, duman və ya su axını kimi rütubətli hava olmalıdır. Bu zaman, işığın su damcılarından keçərək qırılması və əks olunması nəticəsində göy qurşağını müşahidə etmək mümkündür.

Göy qurşağı niyə yarımqövs kimi görünür?

Göy qurşağının yaranma səbəbi işıq şüalarının bir mühitdən (havadən) digərinə (su damcısına) keçərkən qırılması və dağılmasıdır. Bu proses damcıların içərisində bir neçə dəfə baş verir və hər damcı göy qurşağının özünəməxsus kiçik bir hissəsini yaradır.

Əslində, göy qurşağı tam dairə formasındadır, lakin müşahidəçinin yer səviyyəsində olması səbəbindən onun yalnız yuxarı yarısı görünür. Əgər bu hadisə yüksək nöqtədən, məsələn, təyyarədən müşahidə olunarsa, tam dairəvi göy qurşağını görmək mümkündür.

Göy qurşağı niyə rənglidir?

Məktəbdən bəri bildiyimiz kimi, ağ işıq bütün rənglərin qarışığından ibarətdir. Hər bir rəngin özünəməxsus dalğa uzunluğu var. Ağ işıq su damcısından keçərkən bu dalğa uzunluqlarına görə müxtəlif bucaqlarda qırılır. Məsələn, qırmızı işıq - görünən işıq spektrində ən uzun dalğa uzunluğuna (təxminən 650 nanometr) malikdir və göy qurşağının xarici hissəsində görünür. Bənövşəyi işıq isə ən qısa dalğa uzunluğuna (təxminən 400 nanometr) sahibdir və qövsün daxili hissəsində yerləşir.

Nəticədə, ağ işıq yağış damcılarından keçərkən ayrı-ayrı rənglərə ayrılır və biz onu rəngli qövs formasında görürük.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 May 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri