Icma.az
close
up
RU
Göyçay sakini 20 ildir istifadə etdiyi torpağı sənədləşdirə bilmir RƏSMİ QURUMLARIN SAXTAKARLIĞI...

Göyçay sakini 20 ildir istifadə etdiyi torpağı sənədləşdirə bilmir RƏSMİ QURUMLARIN SAXTAKARLIĞI...

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Göyçay şəhər sakini tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Rəsmi qurumlardan şikayət edən vətəndaşın müraciətini olduğu kimi dərc edirik:

“Müraciətimi möhtərəm cənab Prezidentin məmur özbaşınalığı ilə bağlı çıxışından sitat gətirməklə başlayıram:  “Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Normal rəftar edilməlidir. Təhdid edilməməlidir. İncidilməməlidir. Belə hallar var? Var! Kim bunu edir? Dövlət məmuru. Kim incidə bilər vətəndaşı? Dövlət məmuru. Hər bir dövlət məmuru xalqına xidmət etməlidir. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar. Onları təhqir edirlər. Qudurğanlıq edirlər. Hədə-qorxu gəlirlər. Bunların qarşısı alınmalıdır. Odur ki, müraciət edin. İndi o vaxt deyil. Zaman dəyişib. Verin məlumatları, yazın məktubları”.

Cənab Prezidentin tövsiyələrinə uyğun, üzləşdiyimiz problem  barədə sizə müraciət edib, müraciətimizi işıqlandırmağınızı xahiş edirik.

Biz 2005-ci ildə torpaq alıb, onu Mülkiyyətin Qeydiyyatı İdarəsində 4093 №-li qeydiyyat vəsiqəsi və7388 inventar №-li texniki pasportla sənədləşdirmişik. O vaxt reyestr xidməti mövcud deyildi. O idarə 2006-cı ildə yaradılıb.

2024-cü il avqust ayının sonlarında sənədimizi yeniləmək üçün DƏDR-i xidmətinin Ucar 16 saylı ərazi  idarəsinə təqdim etdik. Həmin idarə Kürdəmir, Zərdab, Ucar və Göyçay rayonlarına xidmət göstərir. Mən sənədlərimi qeydiyyat şöbəsinə təqdim edəndə, bizə dedilər ki, hüquqverici sənəd təqdim etməmisiniz, torpaq mərhum qadının mülkiyyətidir. Yəni onun adında qeydiyyatdadır. Ona görə, biz torpağı yenidən vərəsələrin razılığı ilə almalı və adımıza sənədləşdirməli idik.

23.09.2024-cü ildə 16 saylı idarəyə müraciət edib, sənədlərimin arxiv, yəni hüquqverici surətini verməyi xahiş etdim. Elə həmin gün rəis Nuşiyevin imzasıyla mənə bildirildi ki, arxivdə heç bir sənəd yoxdur. Ancaq reyestr kitabında mənim sənədlərimin 2005-ci ildəki, yuxarıda qeyd etdiyim nömrələri qeydiyyat kitabında var idi. Belə çıxırki, 2005-ci ildə fərdi fəaliyyət göstərən Qeydiyyat İdarəsi bizlərə verdiyi mülkiyyt sənədlərinin hüquqverici nüxsələrini 2006-cı ildə DƏDKR-i İdarəsi yaradılandan sonra, qanundada əks olunub, mərhələli şəkildə  Ucara reyestr xidmətinin arxivinə verməli və reyestr kitabında da bizə verdikləri sənədin qeydiyyat və reyestr nömrələrini qeyd etməlidirlər. Əgər orada nömrələr varsa, deməli, arxiv sənədləri də olub.

Torpağın mərhum qadına məxsus olduğunu və arxivdə heç bir hüquqverici sənəd olmadığını onlar avqust ayının sonlarından bilirdilər. Qonşu vərəsələrin heç bir sənədi olmadığından, mən əvvəl  mərhum qadına çıxarış almalı, sonra vərərəsələrdən etibarnamə alıb, mərhumun çıxarışını vərəsələrin 4-də adına dəyişməli, sonra aldı-satqı müqaviləsi bağlayıb, adıma sənədləşdirə bilərdim. Vərəsələrdən 1-i mənimlə qonşu yaşayır. Mən sentyabr ayında Rusiyadakı vərəsədən çox çətinliklə etibarnamə aldım. Türkiyədəki vərəsələrlə də tez-tez görüntülü danışırdıq. Tezliklə onlardan razılıq etibarnaməsı alacaqdım. Biz 19 il yaşadığımız torpağı yenidən almalı idik.

18.11.2024-cü ildə Ucar Ucar 16 saylı ərazi  idarəsi Mincəçevirdə yerləşən Mərkəzi Aran elektrik idarəsinə, həmin qonşu mərhum qadının torpağının yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşüb-düşməməsi barədə münasibət bildirməsi üçün sorğu verdi. Sorğunu da Mingəçevirə  mən apardım. 32 günə gələn saxta mənfi rəyə görə, Ucar 16 saylı ərazi  idarəsi mərhum qadının işinə 20.12.2024-cü ildə imtina verdi. Bu idarənin rəisi Fikrət Nuşiyev və şöbə müdiri Məmmədiyyə Vəliyevin qanunsuz əməlləri, özbaşınalıqları, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə, qulluğa səhlənkar yanaşma, yalan məlumatlar vermə, insanların bilgisizliyindən istifadə edib, onların qanunla qorunan və qorunmasına dövlət tərəfindən təminat verilən hüquqlarını pozmaları, qürurumuza və sağlamlığımıza vurduqları ziyan, bir sözlə, hərəkətsizlikləri nəticəsində, imtinaya görə bizim vərəsələrlə işimiz alınmadığını görüb, 17.12.2024-cü ildə tanınmış əmlak üzrə ekspertə müraciət edib, onun fikrini öyrəndim. O, bu işin məhkəmə predmeti olmadığını, sənədlərimin qaydasında olduğunu, məni sadəcə bezdirib, nəyəsə nail olmaq istədiklərini dedi. Mən həmin gün Bakıda baş idarəyə gedib, etirazımı bildirdim. Məni vəzifəli bir şəxs qəbul etdi. O, Fikrət  Nuşiyevlə telefonla danışıb, mənə hər şeyin yaxşı olacağını və təcili Fikrət Nuşiyevin qəbuluna getməyimi deyib, yola saldı. Bu qeyd etdiklərim mərhum mülkiyyətçi Tağıyevaya  məxsus görmək istədiyim işin birinci hissəsidir. Onun buradakı vərəsə oğlu Tağıyev F.M oğludur.

***

İki gün sonra - 19.12.2024-cü ildə Ucara 16 saylı idarəyə getdim. Rəis məni və qeydiyyat şöbəsinin  müdirini qəbul edib, ona mərhumun qovluğunu təcili arxivə verməyi, elə həmin gün mənə məxsus sənədlərimi 2724017135№-li ərizə  ilə qəbul edib, icra olunmasını  tapşırdı. Mənim 'deyirdiz torpaq başqa şəxsə məxsusdur, bunu necə edəcəksiniz?" sualıma, o, çox hiyləgərcəsinə, əlinə bir vərəq alıb, ''elə dünən baş idarədən, vətəndaş məmnunluğunun təmin olunması barədə əmr gəlib. Ona görə də mümkündür" deyə cavab verdi. Mən sənədlərimin qəbul olunduğunu görüb, Fikrət Nuşiyevin  tövsiyəsi ilə vərəsələrlə də əlaqəni kəsdim.O nlara etibarnamə üçün göndərdiyim 100 manatı da geri aldım.

06.01.2025-ci ildə Fikrıt Nuşiyev şəxsən Mərkəzi Aran RETSİ-yə  zəng edib, mənə müsbət rəy almaq üçün xahiş etdi. Sonra  sorğunu mənə verib Mingəçevirə  göndərdi. Mən həmin gün  müsbət cavabı alıb, onlara verdim. 19.12.2024-cü ildə icra üçün qəbul  olunmuş sənədlərimin son icra müddəti 08.01-ci ay idi. Yəni 20 günə hazır sənədlər verilməli idi. Bunu Bakıda sədr müavini  27.12.2024-cü ildə mənə ünvanladığı məktubda da qeyd edib. Nəhayət, son mərhələdə memar gəlib, ölçü və sxemləri götürdü. İşimin sona çatdığı bir vaxtda, 15.01.2025-ci ildə şöbə müdiri Məmmədiyyə Vəliyev  zəng edib,  mənə imtina verildiyini bildirdi.

''Daşınmaz əmlak haqqında'' Qanunun 15.2-ci bəndində qeyd olunur ki, "hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilməlidir". Mənə isə 27 gün sonra imtina verilmişdir. Mən həmin gün 16 saylı idarəyə gedib, bir neçə saat ərzində verilmiş imtinanın səbəbini soruşanda, hiss etdim ki, rəis kiminləsə mübahisə edib. Çünki mənimlə çox qəddar, qeyri-insani, ləyaqəti alçaldan şəkildə rəftar edərək, aqressiv hada, "əvvəla, Mingəçevirdən razılıq elə-belə alınmır, sonra hüquqverici sənəd olmadığı, torpağın isə mərhum xanımın mülkiyyəti olduğu üçün imtina  vermişik" dedi. Mən ona "bu torpaq eyni zamanda vətən uğrunda canından keçmiş şəhid bacısınındır" deyəndə, o, çox təhqiramiz  şəkildə,''getməyəydi, burda şəhid müzakirə olunmur'' deyərək, söhbətə son qoydu. Onun otağında mənim səhhətim pisləşdi. Gözlərimə qaranlıq çökdü. Təzyiqim və şəkərim qalxdı. Mən müvazinətimi itirib, orada yarım saatdan çox uzanıqlı vəziyyətdə qaldım. Onlar təcili yardıma belə  zəng etmədilər. Mənim səhhətim onları maraqlandırmırdı. İnanın, onlar çalışırdı ki, məni otaqdan çıxarsınlar.

Sonra mən özümə gəlib, təqdim etdiyim 5 ədəd sənədi geri alanda, qovluqda daha 28 vərəq sənəd qaldığına təəccüb etdim. Mənə imtina veriləcəkdisə, bu 28 vərəq sənəd nəyə lazım idi? Bütün bu aylar ərzində mən şəkər xəstəliyinə tutuldum. Bunu  bu yaxınlarda müayinədən sonra bildim.

Bundan sonra biz bu özbaşınalıqlar barədə bir neçə aidiyyatı  quruma araşdırıb, tədbir görülməsi üçün elektron şikayətlər etdik. Təəssüf ki, bu şikayətlərimizə eyni məzmunlu şablon cavablar verilirdi. Mənim müraciətim bu işdə birbaşa  marağı olan sədr müavininə həvalə olunmuşdu. O da bizə bir-birinin təkrarı olan qərəzli və qeyri-obyektiv cavablar verirdi.

''Vətəndaşların müraciəti haqqında'' Qanunun 7.13-cü maddəsində qeyd olunur ki, ''Bətəndaşların müraciıtlərini aidiyyatı üzrə baxılmaq üçün, qanuna zidd hərəkətindən şikayət edilən müraciətə baxan subyektə vəya onun vəzifəli şəxslərinə göndərmək qadağandır''. Sədr müavini isə bizim  etdiyimiz bütün müraciətləri Fikrət Nuşiyevə göndərirdi. Mənim müraciətlərimə baxmayaraq etdiyim şikayətlərin heç bir  nəticə verməyəcəyini Fikrət Nuşiyev mənə demişdi və bu, onun  davranışından da  hiss olunurdu.

Mən müraciətlərimi 'Konstitusiyanın 47.50.57-ci - ''Vətəndaşların müraciəti haqqında'' qanununun bir neçə və ''DƏDKR haqqında'' qanuna  uyğun edib, kollektiv şikayətimizin araşdırılmasını, bizi təhqir edib, öz mənafeləri üçün çalışan bu məmurlar barədə müvafiq tədbirlər görülməsini  xahiş etdim.  Nəticə isə hələ yoxdur.

***

Mənim bu torpaq məsələm yenə qaldı vərəsələrlə anlaşmaya. Hazırda bu barədə çətində olsa işlər gedir. 02.04.2025-ci ildə mərhum qadına çıxarış vermək üçün 2725005144 №-li ərizəsi qeydə alınmış, Mingəçevirə təkrar mənim vasitəmlə 09.04.2025-ci ildə sorğu verilmiş, 11.04.2025-ci ildə Ucarda Energetika Nazirinin qəbuluna yazıldığım üçün tez mərhum qadına elektrik xətti ilə əlaqədar razılıq verdilər. Məndən də qəbula getməməyimi xahiş etdilər.

Biz Prezidentimizə sadiq, onun xarici və daxili siyasətini dəstəkləyən vətəndaşlarıq. Cənab Prezidentin azad olunmuş torpaqlarda aparılan, quruculuq, abadlıq və yenidənqurma  işləri  ilə bağlı Ona yox, aidiyyatı qurumlara  müraciət edirdik. Cənab Prezidentin tövsiyə və tapşırıqlarına uyğun olaraq,16 saylı Ucar ərazi idarəsinin rəisi Fikrət Nuşiyev və şöbə müdiri, orada əsas fiqur olan Məmmədiyyə Vəliyevə  mümkün olsaydı aşağıda qeyd etdiyim sualları verərdim. Mən onların gözlərinə baxmaq istərdim. Onda onların mənfur niyyətləri aşkar olardı:

1. Mənim dövlət blankında rəisin möhürü və imzası, eskiz-layihə, qeydiyyat və reyestr nömrəsi, İcra başçısının sərəncamı olduğu və biz ayrı ünvanda 20 il yaşadığımız, orada qeydiyyatda olduğumuz halda necə bilməliydik ki,  torpaq bizim mülkiyyət deyil?

2.Torpaq mərhum qonşunun mülkiyyəti və hüquqverici sənəd olmadığını aylar öncə bilə-bilə, mənə yeni qovluq açıb, sənədlərimi icraya götürməklə məni, yaşlı adamı Mingəçevirə 3 dəfə göndərməklə və 27 gün sonra qovluqda 28 vərəq sənəd qaldığı halda imtina verməkdə məqsəd nə idi?

3. Nəyə əsasən onlar elektrik idarəsinə sorğu verib, cavab alırdılar? Nazirlər Kabinetinin 16 may 2024-cü il, 261 saylı qərarı ilə təsdiq edilmiş - elektrik şəbəkələrinin  mühafizə zonalarının ölçüləri, həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər qəbul olunmuşdur. Bu tələblər ərazisindən elektrik xətti keçən, dövlət aktı ilə alınmış pay torpaqları, kənd təsərrüfatı işləri ilə məşğul olan sahibkarlar, bələdiyyələr tərəfindən icarəyə vəya istifadəyə verilmuş torpaqların istifadəçilərinə, həyətindən elektrik xətti keçən təsərrüfatla məşğul olan kənd əhalisinə və  eyni zamanda bu qərar qəbul olandan sonrakı mülkiyyətçilərə şamil edilir. Tələblərdə ''təsərrüfat işləri'' yazılıb. Rayonun  mərkəzi küçəsində, piyada yolunda təsərrüfat işləri aparılmır və bunu onlar çox yaxşı bilirlər. Ancaq insanları dövlət-dövlətçilikdən narazı salan və öz mənafeləri üçün belə qanunsuz işlərlə məşğuldurlar.

Qaydaların 1.4-cü maddəsində qeyd olunur ki, ''bu tələblər qüvvəyə minənədək, ərazisində elektrik xəttinin mühafizə zonası müəyyən edilmiş həmin torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq üzərində hüquqlardan məhrum edilmirlər. Onlar bu maddəni də əhalidən gizlədirlər. ''Mərhum qadının evi 1952-ci ildə inşa edilib. Nə üçün birinci dəfə ona əsassız imtina verilmişdir? İmtina verilməsəyd,i mən Türkiyədəki vərəsədən etibarnamə alıb, bəlkədə işimi başa çatdırmışdım. İndi o, həbsxanadadır. Mən nə etməliyəm? Mən indi Fikrət Nuşiyevin təqsirli hərəkəti səbəbindən onu 3-5 il gözləməliyəm? Aylar sonra nə baş verdi ki, mərhum qadına razılıq  verdilər?

4. Vətəndaşa əsaslandırılmış imtina 5 gün ərzində verilməli olduğu halda, mənə nə üçün 27 gün sonra imtina verilmişdir? Fikrət Nuşiyevin təqsirli davranışı səbəbindən indi mən etibarnaməni necə almalıyam? Mən hazırda 3-cü mərhələ olan mərhum qadın və vərəsələrlə məşğulam. Bütün bu problemlər bizə, özlərini bəy-xan kimi aparan Fikrət Nuşiyev və qeydiyyat şöbəsinin müdiri Məmmədiyyə Vəliyevin özbaşınalıqları səbəbindən yaranmışdır. Məmim onlardan tələbim odur ki, suallarımı cavablandırsınlar. Bu özbaşınalıq, qanunsuzluq,  saxtakarlığa son qoyulsun və onlar ciddi cəzalandırılsınlar”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 May 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə ən zəhərli ilanlardan biri görüntüləndi

28 May 2025 06:42see197

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see156

Neandertal sənətkarın əsəri: 43 min illik barmaq izinin sirri açıldı

28 May 2025 03:37see131

Koronovirus geri qayıdır? Hindistanda yenidən yayılıb…

28 May 2025 09:40see127

İlham Əliyevdən 28 Mayla bağlı paylaşım Foto

28 May 2025 00:18see126

Peter Mixalko: Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq daha da güclənməkdədir

28 May 2025 02:33see124

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see124

A Seriyasının bombardiri iki klubun hədəfində

28 May 2025 02:17see121

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see117

Fransadan sonra sıra Azərbaycandadır? Yaxın gələcəkdə...

28 May 2025 07:33see116

Röyanın keçmiş əri üçüncü dəfə evləndi FOTO

27 May 2025 22:39see116

İslam maarifçiliyinin mərkəzi olan şəhər qumların altında yox olur

27 May 2025 23:44see116

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see116

Avtomobilləri isti mövsümə necə hazırlamalı? Ekspertlərdən vacib xəbərdarlıqlar

28 May 2025 06:21see115

Budapeştdən Bakı və İrəvana təklif: Sülh sazişi üçün…

28 May 2025 01:03see115

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see114

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see112

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see111

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see111

Çaki öldü

29 May 2025 00:07see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri