Icma.az
close
up
RU
Göyçay Süd ASC Laçında yeni emal zavodu tikməyi planlaşdırır

Göyçay Süd ASC Laçında yeni emal zavodu tikməyi planlaşdırır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Ağdaş, 12 iyun, AZƏRTAC

Biz də 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı çərçivəsində keçirilən müşavirəyə qatıldıq, proqramın icrasına öz töhfəmizi vermək istəyirik. Hazırda “Göyçay-Süd” Açıq Səhmdar Cəmiyyəti gündəlik 35 ton süd məhsulu emal edir. Biz 2030-cu ilə qədər bu göstəricini 35 tondan 100 tona çatdırmağı planlaşdırırıq.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi ilə bağlı Ağdaşda keçirilən regional müşavirədə iştirak edən “Göyçay-Süd” Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Soltan Mustafalı deyib.

Laçın rayonunda həyata keçirmək istədiyi layihədən danışan S.Mustafalı deyib: “Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyi ilə danışıqlar aparılır. Layihənin hazırlanması və icrası istiqamətində əməkdaşlarımız birgə fəaliyyət göstərirlər. Laçın şəhərində ilkin dəyəri 10 milyon manat olan yeni süd və süd məhsulları, həmçinin meyvə şirəsi emalı zavodunun tikintisini nəzərdə tuturuq. Bu layihə çərçivəsində ölkədə kərə yağı ilə təminat səviyyəsinin 55 faizdən 100 faizə çatdırılmasına dəstək verməyi qarşıya məqsəd qoymuşuq. Biz də öz növbəmizdə yağ istehsalını illik 400 tona qədər artırmağı planlaşdırırıq. Bundan əlavə, Azərbaycanın ixrac etdiyi süd məhsullarının, o cümlədən xama, qaymaq və digər məhsulların istehsal və emal imkanlarını genişləndirməyi nəzərdə tuturuq”.

Müxbir – Rəşad Türkoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri