Icma.az
close
up
RU
Göyçayda bələdiyyə sədrinin adı keçən torpaq qalmaqalı VİDEO

Göyçayda bələdiyyə sədrinin adı keçən torpaq qalmaqalı VİDEO

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Ləkçıplaq kənd sakini Günel Rüstəmova ona məxsus torpaq sahəsinin Gülnar Mirzəliyeva tərəfindən zəbt olunduğunu deyir

Göyçay rayonu, Ləkçıplaq kənd sakini Rüstəmova Günel Qubad qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə rəsmi qurumlara müraciət edən şikayətçinin məktbunu və video-müraciətini dərc edirik:

“Mən, Rüstəmova Günel Qubad qızı, Göyçay rayonu, Ləkçıplaq kəndində tənha yaşayıram.

Aqrar İslahat Komissiyası tərəfindən 1998-ci ildə bizim ailəyə verilmiş 1,4508 ha torpaq sahəsinin üzərində meyvə ağacları əkib-becərmişəm. Həmin bağ hər il məhsul verir.

Ləkçıplaq bələdiyyəsinin sədri Gülnar Mirzəliyeva mənim uzun illərdir əkib-becərdiyim bağın 0,20 ha hissəsini, guya bələdiyyəyə məxsus olduğunu bildirərək, başqa şəxsə satmaq niyyətindədir. Hətta heç bir qanuni əsas və məhkəmə qətnaməsi olmadan, özbaşına gəlib həmin hissəni əhatəyə alaraq bağlayıb.

Mən isə bu barədə müvafiq orqanlara şikayətlər edib, obyektiv araşdırılmasını xahiş etmişəm.

Qeyd etmək istəyirəm ki, bələdiyyə sədri Gülnar Mirzəliyeva dəfələrlə barəmdə polis şöbəsinə şikayətlər etmiş, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən əraziyə baxış keçirilmişdir. Lakin aparılmış yoxlamalar zamanı heç bir qanunsuzluq aşkar edilməmişdir. Ölçü işləri düzgün aparılarsa, həmin yerdə bələdiyyəyə məxsus torpaq sahəsinin olmadığı aydın görünəcəkdir.

Həmin torpaq Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli qərarı ilə bizim ailəyə verilmişdir. Azərbaycanda bələdiyyələr isə 1999-cu ilin dekabr ayında yaradılmış, 2000-ci il tarixdə fəaliyyətə başlamışdır. Həmin torpaq bizə veriləndən sonra sərhədləri müəyyən edilərək ətrafına bərə qazılmış, bağ salınmışdır.

İndi, 26 ildən sonra belə bir adam ortaya çıxıb hegemoniya edərək özbaşına işlər görüb qanunsuzluqlara yol verir. Onun nə səlahiyyəti var ki, məhkəmə qərarı olmadan özbaşına qanuni sənədlə mənə məxsus olan torpağı əhatəyə alıb, ətrafını bağlayır?! Mənim əlimdə torpağımın qanunu sənədləri var, ancaq bələdiyyə sədri Gülnar Mirzəliyevanın əlində heç bir sənədi yoxdur, özbaşına iş görür.

Bu məsələni yerində, mənim iştirakımla Prokurorluğun, Ədliyyə Nazirliyinin və Reyestr Xidmətinin məsul vəzifəli əməkdaşları obyektiv araşdırıb, qanuni rəy verib, hegemonluq edən bələdiyyə sədrinin barəsində qanuni tədbirlər görməlidirlər.

Bir daha qeyd edirəm ki, həmin ərazinin bələdiyyəyə heç bir aidiyyəti yoxdur.

Azərbaycan Respublikasının Baş Prokurorluğundan, Ədliyyə Nazirliyindən və Əmlak Məsələləri Dövlət Komitəsindən çox-çox xahiş edirəm, mənim qanuni mülkiyyətimdə olan 1,4508 ha torpaq sahəsinin sərhədləri dövlət reyestrində dəqiqləşdirilsin və özbaşına qanunsuz iş görən Ləkçıplaq bələdiyyəsinin sədri Gülnar Mirzəliyevanın barəsində qanuni və ciddi tədbirlər görülsün”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri