Göyçə gölünün quruma təhlükəsi artır
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünya bankının hesabatında Ermənistanın su çatışmazlığı yaşadığı qeyd olunub.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu "Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədri Amin Məmmədov "Environmental Protection First" QHT Koalisiyasının “Ermənistan ərazisində həyata keçirilən dağ- mədən sənayesi fəaliyyətlərinin ətraf mühitə təsiri” mövzusunda brifinqində deyib.
O bildirib ki, Ararat vadisində kommersiya balıqçılığı və suvarma üçün yeraltı suların çıxarılması onların illik təbii bərpası həddini aşır.
"Suvarma tələbatını ödəmək üçün Sevan gölündən axıdılmasına icazə verilən suyun həcmi tarixi təbii axın göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir. Nəticədə Göyçə gölünün quruması təhlükəsi artır, orada olan fauna müxtəlifliyinə mənfi təsir edir. Ümumiyyətlə, Azərbaycan Qafqazda aşağı axın ölkəsi olduğu üçün Ermənistanda transsərhəd çaylarının çirkləndirilməsi ən çox Azərbaycana təsir edir. Buna görə də ESPO konvensiyasına uyğun olaraq Ermənistan hökuməti bununla bağlı hesabat verməlidir”, - o vurğulayıb.
O qeyd edib ki, Ermənistanın dağ-mədən sənayesinin nəinki özünün eyni zamanda bölgənin ekologiyasına təhdidlər yaradır.
"Bu sənayenin tullantıları qrunt suları vasitəsi ilə trassərhəd çaylarına düşür. Beləliklə, digər ölkələrin ekologiyasına ziyan vurur. Alaverdi və Sünikdə olan karyerlərin xüsusən qrunt sularının çirklənməsinə təsiri qeyd olunur", - o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 05 Oktyabr 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















