Göydə eyni vaxtda 7 planet görünəcək Bu ay
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Planetlərin düzülməsi özü-özlüyündə nadir hadisə sayılmır. Lakin eyni anda yeddi planetin sanki bir xətt üzərində düzülmüş kimi görünməsi çox nadir hallarda müşahidə olunur.
2026-cı ilin fevral ayında nadir planetlər paradı adlandırılan hadisə müşahidə ediləcək.
Lent.az xəbər verir ki, 28 fevral axşamı Günəş batdıqdan sonra səmanın qərb hissəsində eyni anda altı Günəş sistemi planetini görmək mümkün olacaq. Qısa müddət ərzində Merkuri, Venera, Neptun, Saturn, Uran və Yupiter üfüqdə peyda olacaq.
Bu unikal astronomik hadisəni müşahidə etmək üçün güclü durbin və ya teleskop tələb olunur. Mütəxəssislər planetləri Günəşin batmasından təxminən 30 dəqiqə sonra izləməyi tövsiyə edirlər.
Planetlərin hamısını eyni vaxtda görməyin əsas çətinliyi ondadır ki, onlardan dördü Günəşə çox yaxın mövqedə yerləşir. Bu səbəbdən onlar parlaq alaqaranlıqda yalnız qısa müddət görünəcək, bəzi hallarda isə ümumiyyətlə seçilməyə bilər.
Venera və Merkuri üfüq xəttinə daha yaxın olacaq. Onların ardınca Saturn və Neptun görünəcək, Uran və Yupiter isə səmanın daha yüksək hissəsində yerləşəcək. Praktikada eyni anda üçdən çox planeti görmək kifayət qədər çətin olacaq.
Planetlərin düzülməsi özü-özlüyündə nadir hadisə sayılmır. Lakin eyni anda yeddi planetin sanki bir xətt üzərində düzülmüş kimi görünməsi çox nadir hallarda müşahidə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 07 Fevral 2026 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















