Icma.az
close
up
RU
Göygöl rayonunda 1 İyuna həsr olunmuş möhtəşəm tədbir

Göygöl rayonunda 1 İyuna həsr olunmuş möhtəşəm tədbir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Suveren və yaşıl dünyanın gələcək innovativ qurucuları” adlı uşaq musiqili festival və innovativ sərgi  rayonda böyük maraqla qarşılanıb.

Göygöl şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında rayon icra hakimiyyətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Aqrar İnnovasiyalar Mərkəzi, Azərbaycan Dövlət Aqrar Universiteti, İnnovasiyalar Mərkəzi, Bilim Bakı mərkəzi, NORM ASC, "SİMART" Sağlam İnkişaf Platforması, 4 SİM, Milli Təhsil Texnologiyaları Mərkəi, İnkişaf Korporasiyası, Respublika Süni Mayalanma Mərkəzi, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, ATİAHİ Göygöl rayon komitəsi, AREA, İNNOBALA tərəfdaş təşkilatların dəstəyi ilə keçirilən tədbirdə  Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Aqrar İnnovasiyalar Mərkəzinin direktor müavini Toğrul Qafarbəyli, AMEA-nın Gəncə bölməsinin əməkdaşı, Prezident mükafatçısı Elnur Həsənov, 4 SİM İnsan kapitalı layihələri üzrə baş menecer Sadiq Şahbazov, “SİMART” sosial layihəsinin meneceri Zəhra Həşimova, rayon ictimaiyyəti, şəhid və qazi övladları,  rayon məktəbliləri və məktəbdənkənar müəssisələrin balaca fidanları iştirak ediblər. 

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev uşaqları bayram münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb və qeyd edib ki, bu əlamətdar gün bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Uşaqlar cəmiyyətimizin gələcəyidir və onların hüquqlarının qorunması, rifahının təmin olunması hər birimizin əsas vəzifəsidir.  Dövlətimiz tərəfindən bu istiqamətdə mühüm tədbirlər görülür və uşaqların sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyüməsi üçün geniş imkanlar yaradılır.

Tədbirdə Aqrar İnnovasiyalar Mərkəzi tərəfindən müxtəlif sahələrə aid startaplar, HETİ və Süni Mayalanma Mərkəzinin müxtəlif növ heyvanların  nümayişi, SİMART, Bakı Bilim, AREA, İNNOBALA və bir çox nəşriyyatların təqdimatında uşaqlar üçün maraqlı olan robotexnika, dron və kitabların sərgisi, “Fazzi” kitabının müəllifi Ceyhun Salmanla məktəblilərin kitabla bağlı "oxucu-müəllif" sual-cavab və imzalama saatı, rayonun ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrinin, “İrəvan İdman Klubunun” və Mədəniyyət Mərkəzinin xüsusi istedadı, bacarığı ilə seçilən uşaqların rəngarəng çıxışları və təqdimatları yer alıb.

Hamlet Qasımov,,

XQ-nin bölgə müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyun 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri