Icma.az
close
up
RU
Göz gimnastikası. Görmənin yaxşılaşması üçün 7 hərəkət

Göz gimnastikası. Görmənin yaxşılaşması üçün 7 hərəkət

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Eynək və ya kontakt linzalarla artıq kimsəni təəccübləndirmək mümkün deyil.

Əksinə, 100%-lik görmə qabiliyyətinə malik insanlar demək olar ki istisna halına gəlməyə başlayır. Alimlər görmənin bərpası üzrə yeni metodlar axtarırlar. Lakin gözlər üçün gimnastika adlanan bəzi məşq hərəkətləri var ki, onların köməyilə görmənin yaxşılaşdırılmasına nail olmaq olaq. Hər ofis işçisinin bilməli olduğu bu məşqləri nəinki evdə, iş yerində də etmək mümkündür.

Beləliklə, görmə qabiliyyətinin korreksiyası və dəstəklənməsi üçün 7 effektiv məşq hərəkəti:

1-ci məşq. Kəpənək

1-2 dəqiqə ərzində yüngül və tez-tez gözlərinizi qırpın. Kirpiklərin sürətli hərəkəti kəpənəyin çırpınması, cırcıramanın və ya arının uçmasına bənzəməlidir. Bu effektiv hərəkət qan dövranını yaxşılaşdırır və göz əzələlərini rahatladır.

2-ci məşq. Şüşədə nöqtə

Plastilindən kiçik bir top düzəldin və onu şüşəyə yapışdırın. Hər hansı güc sərf etmədən topun aydın göründüyü məsafəyə çəkilin. Pəncərədən kənarda uzaq bir obyekt seçin, bir neçə saniyə uzağa baxın, sonra nəzərinizi şüşəyə yapışdırdığınız topa yönəldin. Müntəzəm olaraq bu hərəkəti etsəniz, uzaqdakı obyekt dumanlı deyil, daha aydın görünməyə başlayacaq ki, bu da görmənin yaxşılaşmasını ifadə edir.

3-cü məşq. Gözbağlama

Düz əyləşin və maksimal dərəcədə rahatlamağa çalışın (əsas olan iş yerində yuxuya getməyin). Gözlərinizi 5-10 saniyəlik möhkəm bağlayın, sonra geniş açın. Bu hərəkəti 8-10 dəfə təkrar edin. Belə məşq gözüstü (göz qapaqları) əzələləri gücləndirir, qan dövranının yaxşılaşdırır, göz əzələlərinin rahatlamasını təmin edir.

4-cü məşq. Masaj

Münasib mövqe seçin. Hər əlin üç barmağı ilə 1-2 saniyə ərzində yuxarı göz qapaqlarına yüngül təzyiq edin. Bu hərəkəti 3-5 dəfə təkrar edin. Belə masaj gözdaxili mayenin sirkulyasiyasını (dövranını)  yaxşılaşdırır.

5-ci məşq. Hidromasaj

Səhər və axşam su prosedurları üçün vaxt ayırın. Səhər gözlərinizi əvvəl çox isti su ilə (maksimal dərəcədə rahat), sonra isə soyuq su ilə yuyun. Yuxudan əvvəl presuduru əks formada edin: gözləri əvvəl soyuq, sonra isti su ilə yuyun.

6-cı məşq. Palminq

Əgər gözlərinizin yorulduğunu hiss edirsinizsə, onları bir neçə dəqiqəlik qapayın və xoş nəyisə xəyal etməyə çalışın. Həmçinin  gözlər üçün palminq də gözlərdəki gərginliyi aradan qaldırmağa kömək edir. Bunun üçün bir neçə saniyə ərzində ovuclarınızı bir-birinə sürtün və isti ovuclarınızla gözlərinizi örtün. Hər iki əlin barmaqlarının alnın ortasında çarpazlaşmasına diqqət edin. Bu məşqin effekti dərhal özünü göstərir.

7-ci məşq. Gözlərlə atəşaçma (başı düz tutun)


•             maksimal dərəcədə yuxarı baxın (tavana və ya səmaya, göyə), sonra maksimal dərəcədə yerə (ayaqlarınızın altına) baxın;

•             gözlərinizlə yavaş sürətlə saat əqrəbi istiqamətində və əksinə dairə çəkin;

•             gözlərinizlə diaqonallar çəkin (baxışlarınızı maksimal dərəcədə yanlara yönləndirməklə);

•             maksimal dərəcədə böyük amplituda ilə gözlərinizlə kvadrat çəkin;

•             qövs boyunca kvadrat çəkin (maksimal dərəcədə qabarıq və çökək);

•             baxışlarınızla böyük romb çəkin;

•             sonra maksimal dərəcədə böyük bantlar çəkin;

•             S hərfini çəkin (şaquli və üfüqi vəziyyətdə);

•             gözlərinizlə şaquli qövslər çəkin (saat əqrəbi istiqaməətində və əksinə);

•             baxışlarınızı xəyali kvadrat diaqonalları üzərində bir küncdən digərinə yönləndirin;

•             baxışlarınızı burnunuzun ucunda cəmləşdirin (bu, barmağı buruna yaxınlaşdırdıqda daha yaxşı alınır);

•             1-ci məşqdəki kimi, tez-tez göz qapaqlarınızı qırpın (açıb-yumun). Bu, etdiyiniz bu tip kiçik məşqdən sonra göz əzələlərini maksimal dərəcədə rahatlatmağa yardım edir.

Əgər kompyuter arxasında işləyirsinizsə, bu məşqlər kompleksi sizə nəinki gözlərinizdəki yorğunluğu aradan qaldırmağa, həmçinin görmə qabiliyyətini də korrektə etməyə (düzəltməyə) kömək edəcək.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:309
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri