Icma.az
close
up
RU
Gözaltı kölgələrdən azad olun!

Gözaltı kölgələrdən azad olun!

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Nəzərinizə çatdırmaq istəyirik ki, gözaltı kölgələr sağlamlığınızda olan ciddi problemlərdən  xəbər  verə bilər.

Əgər məzuniyyət zamanı və hətta işdən icazəli  olduğunuz halda,  adi gündən daha yaxşı görsənirsinizsə, bunun haqda çox düşünməyə dəyməz…  Bu sadəcə yorğunluq deməkdir.

Bunun üçün isə ofis masanızdan kənarlaşmadan edə biləcəyiniz göz gimnastikasını vaxt ayırın:

. Gözlərinizi bərk (sıx) yumun və açın. 5 saniyədən yenidən təkrar edin.

.Dərindən nəfəs alaraq gözlərinizi saat istiqamətində dövr edin, nəfəsinizi buraxaraq  saat istiqamətinin əksinə dövr edin.  Eyni hərəkəti  gözüyumulu təkraredin.

. Gözünüzü uzaq məsafədə olan (10 metrədən uzaq)bir əşyaya tuşlayın, sonra yaxın məsafədə olan bir əşyaya baxın.  Bu hərəkəti  gündə 5 dəqiqə ərzində edin.

. Bir neçə saniyə ərzində gözlərinizi tez- tez yumub açın, ara- sira 5 saniyəlik gözlərinizi yumulu saxlayın.

Masaj da göz və gözətrafı qanın dövr etməsinə yaxşı təsir göstərir.  Amma bilmək lazımdır ki, gözlərin yorğunluğu gözətrafı kölgələrin əmələ gəlməsinə yeganə səbəb deyil.  Buna səbəb olan bir neçə problem haqda sizə danışmaq istəyirik.

Limfotokların pozulması.

Bu gözətrafı kölgələrin əmələ gəlməsinə ən birinci səbəb ola bilər. Bu iş həyatınızda baş verən  hər hansı bir xoşagəlməs hadisə, həmçinin  tam əksi olan xoşagəlimli hadisə olan uşağın doğulmasından bu isə yuxu və rahatlığın yoxluğundan  əmələ gələ bilər. Requlyar stress və yuxu pozğunluğu dərialtı qatda piy selüllozunun  azalmasına gətirir,bunun nəticəsində o zonada olan damarlar üzdə olaraq daha aydın görsənir.

Nə etməli?

Çalışın axşamlar  tez yatın, yatmazdan əvvəl  1 stəkan isti süd və ona əlavə olunmuş bal için ( təbii yuxugətirici vasitə sayılır). Müəyyən zamanlarda  bitki  tərkibli sakitləşdirici məhlullar içə bilərsiniz (valerian və s.).  Maskalara gəldikdə isə ən rahat olan çiy kartof və birdəfəlik (paket)istifadə olunan çaylardan istifadə edə bilərsiniz. Süd verən analara isə yeganə məsləhət  boş olan hər dəqiqənizi yuxuya sərf edin.

Xroniki intoksikasiya.

Xəbəriniz olsun ki , nikotin damarları sıxır,  bu isə oksigen çatışmamazlığına gətirərək qaralmaya səbəb olur.  Bununla bərabər siqaret çəkmək orqanizmdə olan vitamin səviyyəsini aşağı salır.  Nikotin kimi spirirtli içkilər və bədəni zəhərləyən helmintlər (qurdlar) gözətrafı dəriyə pis təsir göstərir.

Nə etməli?

Siqaret və spirtli içkilərdən imtina edərək, vitamin qəbuluna başlamaq ( siqaret çəkən insanlar vitamin c çatışmamazlığından əziyyət çəkirlər)  və helmintləri yoxlamaq üçün kal analizi vermək məsləhət görülür.

Orqanzimdə yığılan artıq maye.

Hamamdan sonra bir neçə fincan çay içməyi hamımız sevirik. Amma bunun  orqanizmə necə təsir etməsini düşünmürük.  Əlavə maye həmçinin gözaltında yarana bilən şişlərə gətirib çıxarır. Damarların genişlənərək qanla dolması gözzətrafı şiş və kölgələrə səbədir.

Hipoterioz.

Hipoterioz orqanizmdə yaranan yod çatışmamazlığından əmələ gəir. Xəstəlik yavaş və hiss edilmədən inlişaf edir. Gözaltı kölgələrlə bərabər bu xəstəliyə əzginlik,  daim yatmaq istəyi,  yaddaş zəifliyi,  isti və soyuğa sərt reaksiya, saç tökülməsi, çəkinin azalması (yaxşı iştah olduğu halda) və s. kimi simptomlar aid edilir.

Nə etməli?

Qalxanvari  vəzin  hormonlarının analizlərini verib, UZİ-dən keçmək və hökmən endokrinoloqa müraciət etmək lazımdır.  Yod çatışamazlığının müalicəsi və profilaktikası üçün yod tərkibli preparatların qəbulu və yodla zəngin olan qida məhsullarına ( dəniz kələmi, ət, süd, yumurta, balıq, qoz və dəniz məhsulları) üstünlik vermək lazımdır.  Optimal çıxış yolu isə gündəlik yeməyinizə yodlu duz əlavə edin.

Böyrəyin funksiyasının pozulması, qaraciyərdə, öd kisəsində, tənəffüs orqanlarında və hətta ürək çatışmamazlığı kimi xəstəliklər zamanı da gözıtrafı kölgələr  müşahidə olunur.

Bu problemlə uşaqlıqdan tanışsınızşsa, o zaman bu genetik bir problem də ola blər.  Gözətrafı  dərinin çox nazik olması, gözətrafı dəri və dəriaıtı selüllozun arasında olan membranın çox incə olması qan damarlarının aydın görsənməsinə səbəb olur.

Bu halda özünüzü lazıml qida ilə təmin edib, stressdən uzaq olub və ən əsası orqanizminizi oksigenlə mümkün qədər çox təmin edin.  Yataq otağında açıq pəncərə ilə yatmaq (təbii ki,çox soyuq havalara aid deyil ) məsləhət görülür.

Unutmayın xarici gözəlliyimiz, sağlamlığımızdan bir başa asılıdır!

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri