Icma.az
close
up
RU
Gözaltı qırışların yaranma səbəbləri...

Gözaltı qırışların yaranma səbəbləri...

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Gözaltı qırışlar, dərinin tərkib hissəsi olan birləşdirici liflərin( kollagen və elastin) qırılması və zədələnməsi əsasında əmələ gəlir.

Bu proses hər bir qadın üçün qaçılmazdır. Lakin, bu vaxtı  düzgün və lazımi qulluqla uzatmaq mümkündür. Bunun üçün düzgün baxım qaydalarına əməl etmək lazımdır. İlk növbədə sürdüyünüz həyat tərzi önəmlidir. Düzgün qidalanma, idmanla məşğul olma və istirahət etməklə, həm əhval ruhiyyənizi təmin edib,  həmçini görünüşünüzə nə qədər təsir etdiyini müşahidə edəcəksiniz. Çoxlarının sürdüyü xaotik iş qrafiki, yuxusuzluq, ayaqüstü qidalanma kimi mənfi faktlar təbii olaraq, dəridə baş verən bu dəyişikliklərə səbəb olur.

Beləliklə sizə, hər bir qadını narahat edən gözaltı qırışların ən başlıca yaranma səbələrini təqdim edirik:

-Yanlış həyat tərzi(qidalanma, fiziki yükün yoxluğu - idman, istirahətə vaxt ayırmamaq, daimi stress, zərərli vərdişlər və s.)

- Gözətrafı sahədə demək olar ki, piy vəziləri yoxdur. Bu isə zamanla deqidratasiyaya səbəb olur. Məhz bu səbəbdən vaxtında lazımi qulluğu seçmək lazımdır.

- Bu sahədə olan xırda əzələlər insanın hər bir emosional halını əks etdirir: gülüş, kədər, təəccüb və s. Bunlar sonradan üzdə mimik qırışla kimi möhürlənirlər.

-  Kollagen və elastinin istehsalı  hər il azaldığından, dəri elastikliyini itiri və qırışların əmələ gəlməsinə başlanğıc olur.

- Həssas dəri üçün qulluq mütləqdir. Ona lazım olan qulluğu etmədikdə(krem, maska, losyon və s.) mənfi təsiri olan atmosfer hadisələri(qışın bərk soyuğu, şaxta, çox isti hava)  kimi problemlərin əmələ gəlməsinə səbə olur.

Mübarizə qaydaları:

- Qidalanma. Çalışın qida rasionunuza meyvə, tərəvəz, qoz-fındıq əlavə edin. Qızarma, yağlı yeməklər  və ən əsası fast foot kimi yeməkləri azaltmaq yaxşı olar.

Yuxu. Mükəmməl yuxu vaxtı 8 saatdır. Bunu özünüz üçün bir vərdişə çevirməyə çalışın. Çünki az yatdıqda, səhər göz ətrafında müşahidə olunan  şişkilik və qara kölgələr, qırışların qabarmasına səbəb olur.

Stress. Çalışın emosiyalarınızı kontrol edin. Lazımsız qalmaqallar heç kimə lazım olmadığından, öncə sizin emosional vəziyyətiniz üçün, sonra  isə bir başa gözəlliyiniz üçün ziyanlı olduğunu unutmayın.

Siqaret. Siqaret, hər ila azalan kollagen və elastini təmamilə məhv edir.

Günəş. Dəriyə düşən, isti və xoş hisslər bəxş edən günəş şüaları, gözaltı sahə üçün düşündüyümüzdən daha təhlükəlidir.  Bunun qarşısını almaq üçün günəşli saatlar üçün eynəklərdən mütləq istifadə edin.

Gözətrafı qırışlar üçün evdə hazırlanan maskalar:

Çörək maskası. Ağ çörəyi ilıq südlə isladıb gözətrafı sahəyə əlavə edin.

Banan maskası. 1 xörək qaşığı əzilmiş bananı + 1 xörək qaşığı əridilmiş kərə yağı ilə qatışdırıb əlavə edin.

Ərik maskası. 1 x/q  əzilmiş ərik + 1 x/q  xama.

Kartıf maskası. Kartofu sürtgəcdən keçirin + 1 ç/q qaymaq əlavə edin.

Kəsmik maskası. 1 x/q yağlı kəsmik +yarım ç/q bal + bitki yağı + 1 ç/q qaymaq + 1 x/q ilıq süd.

Gördüyünüz kimi, qocalmanın ilk əlamətlərini aradan qaldırmaq mümkündür. Bunun  üçün ən əsas   istək, səbr və gündəlik qulluqdur. Özünüzə sərf etdiyiniz güc və vaxta heyfslənməyin. Əksinə bu vaxtdan həzz almağa çalışın. Bu prosesi sanki gündəlik bir vərdişə çevirin.

Unutmayın,bu gün, sabah, və ya 1 ildən sonra necə görsənməyiniz sizdən asılıdır!

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri