Icma.az
close
up
RU
Gözəl insanlar niyə daha xoşbəxtdir?

Gözəl insanlar niyə daha xoşbəxtdir?

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xarici görünüşü cəlbedici olan insanlar orta hesabla özlərini daha xoşbəxt hiss edirlər. Alimlər bunun əsas səbəbini gözəlliyin peşəkar həyatda yaratdığı üstünlüklərlə əlaqələndirirlər.

Bu nəticəyə Pekin Universitetinin məlumatlarını araşdıran tədqiqatçılar gəlib. Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.

Alimlər 2010–2022-ci illərdə Çində keçirilmiş genişmiqyaslı sorğuların nəticələrini təhlil edərək insanın xarici görünüşü, əmək şəraiti və ümumi həyat məmnunluğu arasındakı əlaqəni araşdırıblar.

Tədqiqatçılar müəyyən edilən təsiri əmək bazarında “gözəllik mükafatı” adlandırılan fenomenlə izah edirlər. Onların məlumatlarına görə, cəlbedici görünüşə malik əməkdaşlar daha rahat iş şəraiti, etibarlı əmək müqavilələri, daha yüksək maaş və karyera imkanları əldə etməyə daha çox meyllidirlər.

Bu üstünlüklər insanın işindən məmnunluğunu artırır. İş həyatından məmnunluq isə öz növbəsində insanın ümumi həyatını necə qiymətləndirməsinə təsir göstərir.

Araşdırma xarici görünüşün əhval-ruhiyyəyə təsirinin bütün qruplarda eyni olmadığını da ortaya qoyub. Gözəllik və xoşbəxtlik arasındakı əlaqə qadınlarda, eləcə də 40–60 yaş aralığında olan insanlarda daha güclü müşahidə edilib.

Bununla belə, ali təhsilli respondentlər arasında üz cəlbediciliyinin xoşbəxtlik səviyyəsinə təsiri demək olar ki, qeydə alınmayıb.

Müəlliflər hesab edirlər ki, təhsil xarici görünüşün yaratdığı çatışmazlığı müəyyən qədər kompensasiya edə bilər. Bununla da insanın öz rifahını subyektiv qiymətləndirməsinə xarici görünüşün mənfi təsiri azalır.

“Gözəllik mükafatı” fenomeni əvvəllər də inkişaf etmiş Qərb ölkələrində geniş şəkildə araşdırılıb. Həmin tədqiqatlar göstərib ki, cəlbedici görünüşə malik insanların iş tapması və ailə qurması daha asan ola bilər.

Yeni araşdırma isə bu mexanizmi Çin əmək bazarı nümunəsində daha ətraflı şəkildə ortaya qoyub.

Alimlər işəgötürənlərə əməkdaşları və işə namizədləri qiymətləndirərkən obyektiv meyarlardan istifadə etməyi təklif ediblər. Onların fikrincə, bu yanaşma xarici görünüşün qiymətləndirməyə təsirini və bununla bağlı ayrı-seçkilik hallarını azaltmağa kömək edə bilər.

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://azpost.info
archiveBu xəbər 08 Oktyabr 2026 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see427

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see312

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see304

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see302

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see301

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see300

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see299

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see295

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see292

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see276

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see264

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see261

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see258

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see258

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see255

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see254

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see253

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see253

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see251

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri