Icma.az
close
up
RU
Gəncə daha abad, gözəl olmalıdır

Gəncə daha abad, gözəl olmalıdır

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu günlərdə “Xalq qəzeti”nin ünvanına bir qrup Gəncə sakini tərəfindən məktub daxil olub. Məktubu şəhərin mərkəzində yerləşən Heydər Əliyev prospekti, 149 saylı binanın 30-dan artıq sakini imzalayıb.

Müraciətdə deyilir: “Sizi Azərbaycanın ikinci böyük və tarixi şəhəri, dahi Nizaminin yurdu Gəncədən narahat edirik. Fərəhlə qeyd edirik ki, bu gün Qarabağın fatehi, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində şəhərimizin siması tamamilə dəyişib. Şəhər müasirliklə qədimliyin vəhdətində daha mükəmməl təsir bağışlayır. MDB Oyunları ərəfəsində aparılan genişmiqyaslı tikinti-quruculuq işləri isə şəhərimizə yeni nəfəs gətirib. Qədirbilən gəncəlilər adından şəhərimizə göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin təşəkkürümüzü bildiririk. Bununla belə, Gəncədə hələ görüləcək işlər də az deyil”.

Qeyd edək ki, redaksiyaya daxil olmuş məktubu imzalayan 30-dan artıq sakini narahat edən əsas məsələ yaşadıqları Heydər Əliyev prospekti 149 saylı binanın həyətində hökm sürən baxımsızlıq, kortəbii küçə alveri, şəhərsalma və memarlıq qaydalarına zidd şəkildə tikilmiş qeyri-yaşayış obyektləridir.

Məktubda daha sonra bildirilir:

“2007–2008-ci illərdə Heydər Əliyev prospekti 149 saylı binanın həyətində mövcud olan irili-xırdalı 80-dən artıq çinar ağacının kəsilməsi və ərazinin “Gülüstan MTK” şirkətinə verilməsi o dövrün Gəncə rəhbərliyi tərəfindən şəhərsalma və memarlıq qaydalarını kobud şəkildə pozan, tamamilə yanlış qərar idi. Bu qərarın qəbulu yüzlərlə ailəni onlara məxsus yaşıllıq sahəsindən, istirahət zonasından və uşaqlar üçün yaradılmış idman meydançasından məhrum etdi.

Bu gün də şəhərin tam mərkəzində yerləşən binanın daxili fasadı, blokları və həyət hissəsi eybəcər, baxımsız vəziyyətdədir. Həyət ərazisi ətrafda fəaliyyət göstərən obyekt sahiblərinin kortəbii dayanacaq yerinə çevrilib, küçə ticarəti baş alıb gedir. Kiçikyaşlı sakinlər üçün əyləncə, ağsaqqallar və təqaüdçülər üçün isə istirahət imkanları yaradılmayıb.

Üstəlik, fövqəladə hallarda yanğınsöndürənlərin və təcili tibbi yardım maşınlarının binanın həyətinə girişi xeyli çətinləşib. Ərazi həddindən artıq yüklənib. “Gülüstan MTK” şirkətinə məxsus ticarət obyektlərinə mal daşıyan yük avtomobillərinin fasiləsiz gediş-gəlişi isə sakinlərin gündəlik həyatını dözülməz hala salıb”.

Müraciətdən göründüyü kimi, Gəncənin tam mərkəzində yerləşən bu binaya sahib çıxan, insanların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görən və müvafiq addımlar atan yerli qurumlardan hələlik səs çıxmır.

30 imza – 30 ailənin harayı deməkdir. Bu harayı diqqətsiz qoymaq, insan taleyinə laqeyd münasibət göstərmək yolverilməzdir. Gəncə Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı, dahi Nizaminin yurdu, zamanın yaddaşında yaşayan, minilliklərin sınağından çıxmış qədim şəhərdir. Eyni zamanda, mədəniyyətin, dövlətçiliyin və mənəviyyatın mühüm mərkəzidir. Müasir Gəncə bu tarixi irsi qorumaqla yanaşı, sürətlə inkişaf edən, abadlaşan, elmə və mədəniyyətə açıq bir şəhər olmalıdır.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Yanvar 2026 02:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1166

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see355

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see340

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see339

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see338

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see331

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see293

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see269

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see239

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see211

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see203

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see200

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri