Icma.az
close
up
RU
Статья не опубликована
Gözəllik QURBAN tələb edir...

Gözəllik QURBAN tələb edir...

Aznews.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Son zamanlar ictimaiyyətdə narahatlıq doğuran məsələlərdən biri də estetik əməliyyat zamanı ölüm hallarının çoxalmasıdır. Təəssüf ki, bəzən lazım oldu-olmadı, əksər qadınlar bu əməliyyatlara girirlər. Elə çoxu da uğursuz olur”.

“Estetik əməliyyatların kütləvi şəkildə artması təkcə gözəllik ehtirası ilə izah edilə bilməz. Burada dərin psixoloji və sosial mexanizmlər işləyir. Əgər bir insan öz bədənindən narazıdırsa və bunu dəyişmək istəyirsə, bu, hansısa fərdi kompleksin nəticəsi ola bilər. Lakin cəmiyyətin böyük bir hissəsi bu əməliyyatlara yönəlirsə, artıq məsələ fərdi seçim olmaqdan çıxır və sosial fenomenə çevrilir. Bu gün xüsusilə qadınlar, bəzən isə kişilər, görünüşlərində hər hansı bir “qüsur” tapıb onu düzəltmək üçün cərrahi müdaxiləyə əl atırlar. Əsas sual budur: bu qüsurları kim müəyyənləşdirir? İnsanların özləri, yoxsa onlara dayanmadan təlqin olunan gözəllik standartları?”.

Bu fikirləri AzNews.az-a açıqlamasında klinik psixoloq Fuad Əsədov deyib.

Psixoloq qeyd edib ki, müasir cəmiyyətlərdə gözəllik və cazibədarlıq maddi və sosial kapital kimi qəbul olunur.

“Daha cazibədar olanın daha çox diqqət çəkdiyi, sosial və peşəkar həyatda daha çox imkan qazandığı düşünülür. Reklamlar, sosial media, məşhurlar və hətta gündəlik söhbətlərdə belə gözəllik idealı daim vurğulanır. Hətta, görünüşün təsir gücünü azaltmaq üçün bir çox Avropa ölkəsində cv-lərə şəkil qoyulmaması tələb olunur. Amma hər zaman görünüşün təsir gücü qaçınılmazdır. Bunun nəticəsində insanlar real görünüşləri ilə yaradılmış ideallar arasındakı fərqi hiss edirlər və özlərini natamam görməyə başlayırlar. Bəziləri üçün bu, sadəcə xoşagəlməz bir hissdir, digərləri üçün isə ağır psixoloji təzyiqə çevrilir. Xüsusilə sosial şəbəkələrdə süni şəkildə yaradılmış, filtr və redaktələrlə idealizə olunmuş görünüşlər real həyatı təhrif edir. İnsanlar isə bu təhrif olunmuş reallığa uyğunlaşmaq üçün bədənlərinə müdaxilə edirlər. Burada psixoloji faktorlar açıq şəkildə özünü göstərir. Bir çox hallarda estetik əməliyyata qərar verən insanlar özgüvən problemləri yaşayırlar. Bu problemlər bəzən uşaqlıqda alınan neqativ rəylərlə, bəzən sosial münasibətlərdə qarşılaşdıqları çətinliklərlə, bəzən də bədən dismorfik pozuntusu kimi ciddi psixoloji problemlərlə əlaqəli olur. Estetik cərrahiyyə bu problemlərin həlli kimi təqdim olunsa da, reallıqda belə olmur. Çünki görünüşü dəyişmək mümkündür, amma daxili narazılığı əməliyyat masasında qoyub getmək olmur. Çox vaxt bir əməliyyatdan sonra insan başqa bir "qüsur" tapır və nəticədə əməliyyatlar zəncirvari hal alır. Bəzi insanlar üçün bu, psixoloji asılılıq səviyyəsinə çatır”.

Psixoloqun sözlərinə görə, ən təhlükəlisi isə odur ki, estetik cərrahiyyə artıq bir ehtiyacdan çox normaya çevrilir.

“Bir vaxtlar yalnız xüsusi hallarda və həqiqi tibbi səbəblərlə edilən əməliyyatlar indi sosial gözləntilərə cavab vermək üçün edilir. Hətta insanlar, xüsusilə qadınlar, bu əməliyyatları etməsələr, özlərini geridə qalmış hiss edirlər. “Bunu hamı edir, mən də etməliyəm” düşüncəsi kütləvi şəkildə yayılır. Bu, təkcə fərdi qərar deyil, artıq kollektiv bir düşüncə tərzinin məhsuludur. Başqa sözlə, insanlar öz iradələri ilə gözəllik standartlarına uyğunlaşdıqlarını düşünürlər, amma əslində bu iradə manipulyasiya olunmuş seçimdir. Bütün bunların arxasında böyük bir sənaye dayanır. Kosmetik cərrahiyyə çoxmilyardlıq bir biznesdir və bu biznesin davam etməsi üçün insanların öz bədənlərindən narazı olması lazımdır. Bu səbəbdən media, moda sənayesi və reklam sektorları insanlara daim “qüsurlu” olduqlarını təlqin edir və bunun həll yolunun isə məhz onların təklif etdiyi prosedurlar olduğunu göstərir”.

“Sənaye cəmiyyətdə bir problem yaradır və sonra həmin problemi həll etmək üçün öz xidmətlərini satır. Bu tendensiyanın gələcəkdə güclənməsi ehtimalı yüksəkdir, çünki süni gözəllik standartları getdikcə daha çox yayılır və təbii görünüş dəyərini itirir. Əgər insanlar özlərini sosial media algoritmlərinin yaratdığı illüziyalarla müqayisə etməyə davam edərlərsə, bu, daha böyük psixoloji və sosial problemlərə yol aça bilər. Əsl həll insanlara özlərini olduğu kimi qəbul etməyi öyrətmək və gözəlliyin tək bir standartı olmadığını anlamaqdır. Yoxsa insanlar həqiqətən gözəlləşmək üçün deyil, sosial təzyiqlərin təsiri ilə özlərini dəyişdirməyə davam edəcəklər”.

Rəfiqə NAMAZƏLİYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 30 Yanvar 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see226

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see160

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see159

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see145

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see130

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri