Icma.az
close
up
RU
“Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihə çərçivəsində növbəti təlim keçirilib

“Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihə çərçivəsində növbəti təlim keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 22 sentyabr, AZƏRTAC

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihə çərçivəsində növbəti təlimini keçirib.

AZƏRTAC xəbər verir ki, “Gözəl ol və sağlam qal!” devizi ilə təşkil olunan təlim Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (BDPTM) baş tutub.

Turizm və Sosial Xidmətlər üzrə BDPTM-in tərbiyə işləri üzrə direktor müavini Cəfərli Zibaxanım çıxışında “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin maarifləndirmək məqsədilə həyata keçirdiyi fəaliyyətlərin aktuallığını diqqətə çatdırıb.

İctimai Birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva çıxışında bir çox təhlükəli yoluxucu xəstəliklərin haqqında kifayət qədər məlumatlı olmağın vacibliyinə toxunub. Bildirib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri Gündəliyində (məqsəd 3.3) vərəm, İİV/QİÇS və xroniki virus hepatitləri kimi xəstəliklərin erkən müayinə və müalicəsinə nail olmaq əsas hədəf kimi qeyd olunub. Bu baxımdan önləyici profilaktik tədbirlərin keçirilməsi, müvafiq maarifləndirmənin aparılması yoluxucu xəstəliklərin qarşısını almaqda mühüm rol oynayır. “Bugünkü təlimin keçirilməsində əsas məqsədimiz gözəllik xidməti göstərilən məkanlarda adı qeyd olunan təhlükəli infeksion xəstəliklərin yayılması riskini artıran səbəblər barədə aidiyyəti peşə ixtisası üzrə təhsil alan tələbələri məlumatlandırmaq və sanitar-gigiyena qaydalarına ciddi şəkildə riayət etməyi təşviq etməkdir”, - deyə Z.Nəbiyeva bildirib.

Layihə rəhbəri Ziba Nəbiyeva daha sonra elektron təqdimat vasitəsilə xroniki virus hepatitləri və İİV/QİÇS infeksiyaları haqqında əsas bilgiləri, ötürülmə yolları, qorunma üsulları, müayinə və müalicə, eləcə də gözəllik salonlarında istifadə edilən manipulyasiya alətlərinin dezinfeksiya və sterilizasiyası qaydaları barədə iştirakçılara ətraflı məlumatlar verib.

Bu xəstəliklərdən qorunma yollarını təbliğ edən animasiya çarxları nümayiş olunub.

Vərəm xəstəliyinin əsas aspektləri barədə təqdimatla təlimçi, həkim Mətanət Qaraxanova çıxış edib. O, bu xəstəliyin tarixçəsi, simptomları, epidemiologiyası, yoluxma və xəstələnmə arasındakı fərq, ağciyərdən kənar vərəm formaları, müalicənin fasilə vermədən düzgün aparılmasının önəmliyi barədə danışıb.

Hava-damcı yolu ilə ötürülən infeksiyaların profilaktikası məqsədilə gözəllik xidməti göstərilən məkanların mütəmadi havalandırılması, açıq səthlərin dezinfeksiya edilməsi və işçilərin tibbi müayinələrə cəlb edilməsinin vacibliyi təlim iştirakçılarına çatdırılıb. Qoruyucu vasitələrdən düzgün istifadə qaydaları əyani şəkildə nümayiş olunub.

Təlimin sonunda verilən məlumatların mənimsənilmə səviyyəsini yoxlamaq üçün sorğu anketləri paylanılıb.

Məlumatlandırmanın əhatə dairəsini genişləndirmək məqsədilə Turizm və Sosial Xidmətlər üzrə BDPTM-ə xüsusi dizaynla hazırlanmış, xroniki virus hepatitlərinin yoluxma yolları əks olunan maarifləndirici divar stendi, tələbələrə isə aidiyyəti mövzularla bağlı buklet və kitabçalar verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri