Icma.az
close
up
RU
® “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihə çərçivəsində təlim keçirilib

® “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihə çərçivəsində təlim keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 1 sentyabr, AZƏRTAC

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihə çərçivəsində növbəti təlimini keçirib.

AZƏRTAC xəbər verir ki, “Gözəl ol və sağlam qal!” devizi altında təşkil olunan təlim Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində reallaşıb.

Bakı Peşə Hazırlığı Mərkəzinin nümayəndəsi Bəxtiyar Rzazadə çıxışında “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin həyata keçirdiyi maarifləndirici təşəbbüslərin əhəmiyyətini diqqətə çatdırıb.

İctimai Birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva çıxış edərək Bakı Peşə Hazırlığı Mərkəzində bərbər-vizajist-manikürçü ixtisası üzrə təhsil alan müdavimlərə təlimin keçirilməsi üçün göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, təlimin əsas məqsədinin gözəllik xidməti göstərilən məkanlarda xroniki virus hepatitləri, İnsan İmmunçatışmazlığı Virusu (İİV) və vərəm kimi təhlükəli infeksion xəstəliklərin yayılması riskini yaradan səbəblər barədə aidiyyəti peşə sahiblərini maarifləndirmək olduğunu bildirib. Verilən bilgilər müdavimlərə iş fəaliyyətlərində sanitar-gigiyena qaydalarına ciddi şəkildə riayət olunmasını təşviq etməklə təhlükəli infeksiyalara yeni yoluxma hallarının qarşını almağa yönəlib.

Ziba Nəbiyeva daha sonra elektron təqdimat vasitəsilə xroniki virus hepatitləri və İİV/QİÇS infeksiyaları haqqında əsas bilgiləri, ötürülmə yolları, qorunma qaydaları və profilaktik önləyici tədbirlərin əhəmiyyəti, eləcə də gözəllik salonlarında dərini zədələyə biləcək manipulyasiya alətlərinin dezinfeksiyası və sterilizasiyası barədə vacib məlumatları iştirakçılara çatdırıb.

Adı qeyd olunan xəstəliklərdən qorunma üsullarını özündə əks etdirən animasiya çarxları nümayiş olunub.

Vərəm xəstəliyinin əsas aspektləri barədə təqdimatla təlimçi, həkim Mətanət Qaraxanova çıxış edib. O, bu xəstəliyin fərqləndirici simptomlarını və zamanında aşkarlanıb müalicəyə cəlb olunmasının vacibliyini vurğulayıb. “Vərəm xəstəsinin müalicəyə sadiqliyi, yəni dərmanların vaxtında və düzgün qəbul edilməsi çox önəmli məsələdir. Müalicəni yarımçıq dayandırma vərəmin ağır formalarının yaranmasına səbəb olur”, – deyə M. Qaraxanova qeyd edib.

Hava-damcı yolu ilə ötürülən infeksiyaların profilaktikası məqsədilə gözəllik xidməti göstərilən məkanların mütəmadi havalandırılması, açıq səthlərin dezinfeksiya edilməsi və qoruyucu vasitələrdən düzgün istifadə qaydaları, eləcə də işçilərin tibbi müayinələrə cəlb edilməsinin vacibliyi barədə məlumatlar təlim iştirakçılarına çatdırılıb.

Verilən məlumatların mənimsənilmə səviyyəsini yoxlamaq üçün təlimin sonunda sorğu anketləri təlim iştirakçıları tərəfindən cavablandırılıb.

Müdavimlər aidiyyəti mövzularla bağlı maarifləndirici buklet və kitabçalar, eləcə də iştirak sertifikatı ilə təmin edilib.

Məlumatlandırmanın əhatə dairəsini genişləndirmək məqsədilə müdavimlərin təcrübə keçdiyi gözəllik salonuna xüsusi dizaynla hazırlanmış, xroniki virus hepatitlərinin yoluxma yolları əks olunan maarifləndirici divar stendi verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri