Icma.az
close
up
RU
® Təhlükəli yoluxucu xəstəliklərin profilaktikasına dair növbəti təlim keçirilib

® Təhlükəli yoluxucu xəstəliklərin profilaktikasına dair növbəti təlim keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbirini təşkil edib.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, “Gözəl ol və sağlam qal!” devizi altında keçirilən təlim Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutub. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndəsi Tamam Məmmədova tədbirdə çıxış edərək “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin həyata keçirdiyi təlimlərin əhəmiyyətini vurğulayıb.

İctimai Birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva çıxışında Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bərbər, vizajist və manikürçü ixtisası üzrə təhsil alan tələbələrin təhlükəli infeksion xəstəliklər barədə maarifləndirilməsi üçün yaradılan şəraitə görə Peşə Təhsili üzrə Dövlət Agentliyinə və Mərkəzin rəhbərliyinə təşəkkürünü bildirib.

Ziba Nəbiyeva qeyd edib ki, uzun müddət simptomsuz keçə bilən və ağır fəsadlarla nəticələnən xroniki infeksion xəstəliklərin qarşısının alınması vacib ictimai-səhiyyə məsələsidir. Onun sözlərinə görə, belə xəstəliklərin müalicəsinə sərf olunan vəsait onların profilaktikasına nisbətən dəfələrlə çoxdur:

“Əksər hallarda xronikləşən xəstəliklər uzunmüddətli, hətta ömürlük nəzarət tələb edir. Bu baxımdan təhlükəli yoluxucu xəstəliklərlə mübarizənin ən effektiv yolu profilaktik tədbirlərin vaxtında və davamlı şəkildə həyata keçirilməsidir. Bugünkü təlimin məqsədi gözəllik xidməti göstərilən məkanlarda xroniki viral hepatitlər, İnsan İmmunçatışmazlığı Virusu (İİV/QİÇS) və vərəm kimi təhlükəli infeksion xəstəliklərin yayılması riskini azaldacaq biliklərin tələbələrə çatdırılması və sanitar-gigiyenik qaydalara ciddi riayət olunmasının təşviqidir”.

Təlim zamanı Ziba Nəbiyeva elektron təqdimat vasitəsilə xroniki virus hepatitləri və İİV/QİÇS infeksiyalarının ötürülmə yolları, qorunma üsulları, ətraf mühitə davamlılığı, müayinə və müalicə prinsipləri, eləcə də gözəllik salonlarında istifadə edilən alətlərin dezinfeksiya və sterilizasiya qaydaları barədə ətraflı məlumat verib.

Tədbirdə təqdimatla çıxış edən təlimçi həkim Mətanət Qaraxanova vərəm xəstəliyinin yaranma səbəbləri, simptomları, epidemiologiyası, yoluxma yolları və müalicə prosesi haqqında məlumat verib, yarımçıq qalan müalicənin dərmanlara davamlı vərəm formalarının yaranmasına və yayılmasına səbəb olduğunu diqqətə çatdırıb.

Təlim iştirakçılarına hava-damcı yolu ilə ötürülən infeksiyalardan qorunmaq məqsədilə müvafiq tövsiyələr təqdim olunub, qoruyucu vasitələrdən – maska və əlcəklərdən düzgün istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Məlumatların daha asan mənimsənilməsi üçün animasiya çarxları nümayiş olunub, sonda isə iştirakçılar arasında sorğu anketləri paylanaraq biliklərin qiymətləndirilməsi aparılıb.

Maarifləndirmə işinin davamlılığını təmin etmək məqsədilə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə xroniki virus hepatitlərinin yoluxma yollarını əks etdirən xüsusi dizaynlı divar stendi təqdim olunub. Təlim iştirakçılarına isə mövzu ilə bağlı buklet və məlumat kitabçaları paylanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri