Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Gözlənilən proses başladı: minlərlə insan işini itirə bilər Yeganə çıxış yolu… KONKRET

Gözlənilən proses başladı: minlərlə insan işini itirə bilər Yeganə çıxış yolu… KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Süni intellektin sürətli inkişafı dünya əmək bazarında ciddi dəyişikliklərə yol açır. Artıq bir sıra beynəlxalq şirkətlər iş proseslərini avtomatlaşdırır, bəzi vəzifələri süni intellektlə əvəz edir və bunun nəticəsində işçi ixtisarlarına gedirlər. “Netflix”in 1000 əməkdaşını işdən çıxarmaq planı da bu tendensiyanı yenidən gündəmə gətirib.

Bəs süni intellekt gələcəkdə daha hansı peşələri sıradan çıxara bilər? Gənclər hansı ixtisaslara və bacarıqlara üstünlük verməlidirlər ki, əmək bazarında rəqabət qabiliyyətlərini qorusunlar? Dünyada bu proses sürətlənsə də, Azərbaycanda vəziyyət necədir və süni intellektin yerli əmək bazarına təsiri hansı istiqamətlərdə özünü göstərə bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan təhsil eksperti Elmin Nuri bildirib ki, dünya miqyasında tanınan şirkətlər artıq süni intellektin təsiri ilə işçilərini ixtisar edirlər.

“Bu proses gözlənilən idi. Bir zamanlar internet ixtira olunanda və sürətlə yayılmağa başlayanda insanlar düşünürdülər ki, bunun nəticəsində çoxları işsiz qalacaq. Lakin sonrakı mərhələdə insanlar işlərini internetə uyğunlaşdırdılar və onsuz fəaliyyətlərini təsəvvür edə bilmədilər. İndi də əsas məsələ hər bir sahədə süni intellekti necə tətbiq edə biləcəyimizi düşünməkdir.

Əl əməyinə əsaslanan bəzi peşələri süni intellekt tam əvəz edə bilməz. Peşə təhsili müəssisələrində öyrədilən bir sıra ixtisaslarda isə süni intellekt insanı əvəz etməkdən daha çox ona dəstək ola bilər. Məsələn, dayəlik peşəsini götürək. Süni intellekt dayəyə müəyyən məsələlərdə kömək edə, uşağın qidalanması və düzgün nəzarətlə bağlı tövsiyələr verə bilər. Ancaq insanın birbaşa iştirakını tam əvəz edə bilməz. Bərbərlik də belə peşələrdəndir.

Digər tərəfdən, elə sahələr var ki, burada süni intellekt insan əməyini qismən və ya müəyyən hallarda tam əvəz edə bilər. Bununla belə, həmin sahələrdə də süni intellektin imkanlarından düzgün istifadə etməyin yollarını tapmaq lazımdır. Məsələn, media sahəsində süni intellekt materialların hazırlanması və redaktəsi prosesini sürətləndirə bilər. Bu halda bəzi işlərə ehtiyac azala bilər. Ona görə də süni intellektin hazırladığı materiallara nəzarət etməyi, düzgün tapşırıqlar verməyi və nəticələri sistemləşdirməyi bacarmaq vacibdir. Hər bir halda süni intellekt insanı tam əvəz edə bilməz. O, insanı işindən edən deyil, onun fəaliyyətini gücləndirən vasitəyə çevrilməlidir”.

Ekspertin sözlərinə görə, süni intellekti düzgün idarə etməyi və onun işinə nəzarət etməyi bacaran şəxslər rəqabətdə üstünlük qazanacaqlar:

“Bu texnologiyadan istifadə etməyənlər isə geridə qala bilərlər. Mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, data analitikası və media kimi sahələrdə süni intellektlə işləməyi bacaran, eyni zamanda onun nəticələrinə düzgün nəzarət edən şəxslər öz mövqelərini gücləndirə bilərlər. Əksinə, yeni texnologiyalara uyğunlaşmayan əməkdaşların işlərini itirmək riski arta bilər. Bu, rəqabət dünyasıdır. Biz internet dövründən süni intellekt dövrünə keçirik. İnsanların bu dəyişiklikləri gündəlik həyatın və iş prosesinin adi hissəsi kimi qəbul etməsi isə müəyyən vaxt aparacaq.

İnternet insanların işini tamamilə aradan qaldırmadığı kimi, onların onlayn fəaliyyət göstərməsinə də geniş imkanlar yaradıb. Süni intellektdən istifadə zamanı da əsas məsələ balansı qorumaq və texnologiyanı düzgün istiqamətləndirməkdir. Bu, insanın özündən asılıdır. Müxtəlif proqnozlarda 2035-ci ilədək əmək bazarında ciddi dəyişikliklərin baş verəcəyi qeyd olunur. Keçid dövründə süni intellektdən istifadə etməyi bacaran şəxslər gələcəkdə daha böyük uğurlar qazana,  bu dəyişikliklərə uyğunlaşmayanlar isə maliyyə və psixoloji çətinliklərlə üzləşə bilərlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Oktyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see325

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see324

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see319

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see310

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see306

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see304

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see297

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see294

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see289

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see265

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see264

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see263

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see259

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see255

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see251

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see249

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see246

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri