Icma.az
close
up
RU
“Gözləyirlər ki, dövlət insanlara traktor versin, gedin 10 nəfər yığışın alın” Deputat

“Gözləyirlər ki, dövlət insanlara traktor versin, gedin 10 nəfər yığışın alın” Deputat

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


“İnkişafımız göz qabağındadır, amma bəzi xırda-para nöqsanlar da var”.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu deputat Səyyad Salahlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinə münasibət bildirərkən deyib.
“İnkişafımız misilsiz şəkildə hamımızın gözü qarşısındadır. Hərdən Bakının televiziyada dronla görüntüsünü verirlər, adam heyran qalır ki, bizim şəhərimizdir?! Bizim burada söylədiklərimiz isə bəzi xırda-para nöqsanları gün işığına çıxartmaqdır ki, əlaqədar nazirliklər bunu görüb bir az aktiv fəaliyyət göstərsinlər, səhvlərimiz olmasın. 
Bu xırda-para məsələlərdən biri budur ki, İmişlinin 1 nömrəli məktəbində 1390 nəfər şagird təhsil alır. Məktəbin cəmi 28 otağı, amma 56 sinfi var. Yeni korpus tikilməlidir. Burda o qədər sıxlıq var ki, 6 gün ard-arda təhsil üsulu ilə işləyirlər. Bunu çoxdan bilirlər, amma əməl etmirlər. Məktəbin akt zalı sınıq, yaman günə qalmış partalarla, stol-stullarla doludur”, - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, şagirdlər Məmmədli kəndindən 7 kilometrlikdən Göbəktala və Şahverdili məktəblərinə gedir:
“Onlar asfalt yolu ilə məktəbə gəlirlər. Orada modul tipli məktəb tikmək olmazmı? Bu problem bununla da həll oluna bilər. Bunu nöqsan kimi demirəm, yada salıram. Bununla yanaşı, Uşaq Mərkəzi Kitabxanası mərkəzi binadır. Amma onun istilik sistemi yoxdur, elektrik xətləri bərbad vəziyyətdədir, binanın dam örtüyünün dəyişdirilməsinə ehtiyac var, eləcə də qapı və pəncərələrin istismar müddəti bitib. Mədəni maarif müəssisəsində sanitar qovşaq yoxdur. Binanın təmir işlərinin aparılmasına ehtiyac var.
Eyni zamanda, icra nümayəndəliklərinin əksəriyyətinin binası yoxdur. Oruclu kəndində isə tragikomik vəziyyət var. İcra nümayəndəsi sənədləri maşınında gəzdirir və kənddə deyir ki, ay camaat buradayam, kimin sənəd-sünəd işi varsa, gəlsin. Onlara bir tikinti vermək olmaz? Uşaq bağçalarında da vəziyyət yaxşı deyil. Çox təəssüf ki, rayonda uşaq bağçalarının çoxu bərbad vəziyyətdədir, bir çoxu, ümumiyyətlə, yoxdur. Məsələn, Bəhrəmtəpə kimi qəsəbədə uşaq müəssisəsi yoxdur.
Allaha şükür, camaatın vəziyyəti yaxşıdır. Gözləyirlər ki, dövlət insanlara pul, traktor versin. Gedin 10 nəfər yığışın traktor alın, heç kimə də minnət eləməyin. Əsas yeri qazmaqdır, dövlət toxumu, subsidiyanı verir. Sən tənbəlsən, indi nə edək? İzah edirik, sonra başa düşürlər. Çoxlu inkişaf etmiş fermerlər də var. Kim camaatın işi, pulu yoxdur deyirsə, yalandır”.

Sədr Sahibə Qafarova isə səslənən fikirlərə cavab verib:
“Səyyad müəllim, siz deyirsiniz ki, hamısı xırda-para məsələlərdir. Amma xırda-para məsələlər haqqında xırda-para kimi danışmaq lazımdır. Onu böyük bir qlobal problemə çevirmək lazım deyil. Bu, bir. İkincisi, hörmətli Səyyad müəllim sizin sözünüzdən mən elə başa düşdüm ki, siz elə bilirsiniz, mən burada heç kimi danışmağa qoymuram. Xeyr! Burada oturan mənim çox hörmətli həmkarlarım var.
Ən azı keçən 5 ildə çox yaxşı bilirlər ki, mən heç kimin sözünü heç vaxt kəsmirəm. Əgər kəsirəmsə, mən üzr istəyirəm. Tərbiyəm belədir. Burada suallarınıza özünüz elə cavab verdiniz. Çox zaman insanların özləri fəal olmalıdır. Bunu burada biz müzakirə edəndə hökumətin, dövlətin etdiyi işlər haqqında danışmaq lazımdır. Biz xalqı təmsil edirik. Burada isə bəziləri çıxış edəndə elə çıxış edirlər ki, guya onların seçiciləri bu gün bu ölkəyə qarşıdır. Görülən işlər haqqında danışılmır. Bu qədər işlər görülür. Əlbəttə çatışmazlıqlar var. İş olan yerdə problem də olacaq. Deputat bunu elə formada çatdırsın ki, camaata da çalxalanma salmasınlar.
Siz dünən deyirsiniz ki, bəzi hökumət üzvləri elə edir ki, elə bil qəsdən edirlər, bəzi şeyləri düzgün etmirlər. Bu kim üçün deyilir?! Hansı tərəflərin sözüdür bu? Ona görə də hər bir sözün arxasında ya faktlar durmalıdır, ya da dərin bir məntiq olmalıdır. Bunu tək sizə demirəm. Bu dəqiqə bunu hamıya deyirəm. Bu sahədə çox böyük işlər görülür. Hesabatlar var, onlara baxın. Dəfələrlə nazir gəlib burada çıxış edib, suallara cavab verib. Yenə də heyvanlardan danışırlar. Yenə də deyirlər sağlam heyvanlar verilmir. Kimsə deyir ki, kiminsə gedib soyuducusunu yoxlayırlar, qazanını yoxlayırlar. Xahiş edirəm, danışanda fikir verin. Burada hamıya danışmağa imkan verirəm. Mən 30 dəqiqəni ənənə etmişəm”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 27 Noyabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see219

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see184

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see184

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see179

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see178

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see158

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see143

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see138

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see136

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see135

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see135

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see135

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see131

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see122

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see121

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri