Gözübüyükün idarə etdiyi oyunda Bakı təmsilçisi uduzmayıb
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda "Benfika"nı səfərdə məğlub edən (3:2) "Qarabağ" qitənin ən mötəbər klub turnirində növbəti matçını evdə oktyabrın 1-də, Tofiq Bəhramov adına Respublika stadionunda "Kopenhagen"ə qarşı keçirəcək. Oyunu Niderlanddan olan FİFA referisi Serdar Gözübüyük idarə edəcək. Bu, türk əsilli ədalət təmsilçisinin Azərbaycana ilk səfəri deyil.
Fanat.Az-ın məlumatına görə, "Qarabağ" - "Kopenhagen" duelində fit çalacaq baş hakim daha öncə UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində tarixin yaddaşına qovuşan matçda öz funksiyasını yerinə yetirmək üçün ölkəmizin paytaxtına təşrif buyurub.
O, "İnter"lə (indiki "Şamaxı") "Atletik" (Bilbao, İspaniya) arasında "Şəfa" stadionunda (indiki ASK Arena) keçirilən və 0:0 hesabı ilə bitən görüşdə tər töküb. Yekunda Bilbaodakı 1-ci matçda 2:0 hesablı qələbə qazanmış "basklar" pley-offa yüksəlsələr də, 2012-ci ildən beynəlxalq oyunlara təyinat Gözübüyük yüksək səviyyəli idarəçiliklə yadda qalıb.
Xatırladaq ki, "Qarabağ" - "Kopenhagen" oyununun start fiti 20:45-də səsləndiriləcək.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 29 Sentyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















