Icma.az
close
up
RU
“Greek City Times”: Azərbaycanla Ermənistan arasında onilliklər boyu davam etmiş münaqişəyə son qoyuldu

“Greek City Times”: Azərbaycanla Ermənistan arasında onilliklər boyu davam etmiş münaqişəyə son qoyuldu

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Afina, 11 avqust, AZƏRTAC

Avqustun 8-də Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanan Birgə Bəyannamə Cənubi Qafqazın son onilliklərdə gördüyü ən mühüm siyasi hadisələrdən biridir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Greek City Times” nəşrində jurnalist Bill Giannopoulosun müəllifliyi ilə dərc edilmiş analitik məqalədə bildirilib.

Müəllif vurğulayıb ki, bu tarixi sənəd iki ölkə arasında diplomatik münasibətlərin bərpasını, ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, nəqliyyat və ticarət əlaqələrinin genişləndirilməsini və regionda davamlı sülhün təmin olunmasını nəzərdə tutur. Analitik yazıda razılaşmanın əsas hissəsi kimi “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) adlı strateji tranzit dəhlizinin yaradıldığı qeyd olunur. Bu dəhliz Naxçıvanla birbaşa əlaqəni təmin edəcək. Layihə çərçivəsində dəmir və avtomobil yolları, neft-qaz kəmərləri və fiber-optik rabitə infrastrukturu inşa ediləcək. TRIPP-in məqsədi Mərkəzi Asiya, Yaxın Şərq və Avropa bazarlarını birləşdirən təhlükəsiz və sürətli ticarət marşrutu yaratmaqdır.

Bill Giannopoulosun fikrincə, bu layihə yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan region üçün yeni reallıq formalaşdıracaq.

Məqalədə qeyd olunur ki, razılaşma beynəlxalq aləmdə qarışıq reaksiyalar doğurub: Rusiya təşəbbüsü alqışlayaraq, onu regional sabitlik üçün müsbət addım kimi qiymətləndirib, lakin Qafqaz problemlərinin həllində yerli mexanizmlərin üstün tutulmasının vacibliyini vurğulayıb. İran isə dəhlizin öz sərhədinə yaxınlığından narahat olduğunu bildirərək, layihəni ABŞ-ın bölgədə təsirini artıracaq addım kimi dəyərləndirib.

Müəllif vurğulayır ki, Azərbaycanda bu sülh təşəbbüsü ehtiyatlı optimizmlə qarşılanır. Ekspertlər razılaşmanın ölkənin geosiyasi mövqeyini möhkəmləndirəcəyinə, xarici sərmayəni təşviq edəcəyinə və Cənubi Qafqazın beynəlxalq ticarət şəbəkələrinə daha fəal qoşulacağına inanırlar.

Məqalədə bildirilir ki, 1980-ci illərin sonundan bəri davam edən Qarabağ münaqişəsi bölgədə davamlı gərginlik mənbəyi olub. 2020-ci il müharibəsi vəziyyəti dəyişsə də, yekun sülh sənədinə qədər proses uzanıb. Vaşinqtonda imzalanan razılaşma isə bu prosesin kulminasiyası kimi qiymətləndirilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Avqust 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see200

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see136

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see130

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see130

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see129

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see129

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see128

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see127

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see125

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see124

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see123

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see123

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see122

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see121

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see120

Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ

10 Noyabr 2025 10:15see119

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri