Icma.az
close
up
RU
“GTA 6” satış rekordu qırdı 3 milyard 790 milyon dollar gəlir

“GTA 6” satış rekordu qırdı 3 milyard 790 milyon dollar gəlir

Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Take-Two Interactive Software” şirkətinin yeni oyunu “Grand Theft Auto VI” (“GTA 6”) satışa çıxdığı ilk gün 3 milyard 790 milyon dollar satış gəliri təmin edib. Şirkət bu nəticəyə əsasən oyunu əyləncə sənayesi tarixinin ən uğurlu layihəsi adlandırıb.

Marja.az xəbər verir ki, oyunun ilkin satışında 32 milyon 500 min nüsxə satılıb. Standart versiyanın qiyməti 80 dollar, əlavə nəqliyyat vasitələri, silahlar, geyimlər və digər oyun elementləri olan paketin qiyməti isə 100 dollar təşkil edir. Oyunun kompüter versiyasının və onlayn rejiminin daha sonra istifadəyə verilməsi gözlənilir.

“Take-Two”nun törəmə şirkəti “Rockstar Games” oyunu səkkiz ildən artıq müddətdə hazırlayıb. Seriyanın əvvəlki əsas oyunu “GTA 5” ilə yeni buraxılış arasında 13 il keçib. Yeni oyunun hadisələri Mayami əsasında yaradılmış uydurma Vays-Siti (Vice City) şəhərində cərəyan edir. Bloomberg oyunu “şah əsər” kimi qiymətləndirib.

2013-cü ildə satışa çıxan “GTA 5” ilk 24 saatda 800 milyon dollar, ilk üç gündə isə 1 milyard dollar satış gəliri əldə etmişdi.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

İnvestorların diqqəti indi oyunun kompüter versiyasının və çoxoyunçulu onlayn rejiminin buraxılışına yönəlib. Bəzi sektor analitikləri hər iki buraxılışın 2027-ci ildə baş tutacağını gözləyirlər. “TD Cowen” analitiki Duq Krütsün fikrincə, yeni “GTA Online”ın nə vaxt istifadəyə veriləcəyi və oyunçuların orada nə qədər pul xərcləyəcəyi “Take-Two”nun səhmləri üçün oyunun neçə nüsxə satılacağından daha böyük əhəmiyyət daşıyır.

“GTA VI”nın konsol versiyası 19 noyabr 2026-cı ildə PlayStation 5, Xbox Series X və Xbox Series S üçün satışa çıxıb. İlk buraxılış təkoyunçulu hekayə rejimini əhatə edir. PC versiyası və yeni “GTA Online” rejimi daha sonra gözlənilir. Rockstar Games

ABŞ-da iki satış paketi təqdim olunub. 

- Standard Edition — 79,99 dollar. Əsas oyun.

- Ultimate Edition — 99,99 dollar. Əsas oyun və əlavə nəqliyyat vasitələri, silahlar, geyimlər və digər oyun məzmunu.

XXX

“GTA VI” böyük təntənə ilə satışa çıxarılıb, “Take-Two” satış rekordunu qırıb

“GTA VI”da cinayətkar ikili Lusiya və Ceysonun Vays-Sitidəki macəraları artıq qlobal mədəni fenomenə çevrilmiş bu hit oyunun yaradıcısı “Take-Two Interactive”ə ilk gündə 4 milyard dollara yaxın satış gəliri gətirib

Marja xəbər verir ki, GTA-nı hazırlayan “Rockstar Games”in ana şirkəti “Take-Two Interactive”, portfelində “Red Dead Redemption” franşizası və “NBA 2K” basketbol seriyası kimi böyük hitlərin olmasına baxmayaraq, geniş ictimaiyyət arasında o qədər də tanınmır.

“Rockstar Games” cümə günü bildirib ki, oyun satışa çıxmazdan əvvəl 32 milyon 500 min nüsxə satılıb, ilk günün pərakəndə satışları isə 3 milyard 790 milyon dollar təşkil edib. Bu, “GTA V”in 2013-cü ildə ilk gün əldə etdiyi təxminən 800 milyon dollarlıq satışın beş mislinə yaxındır. “GTA V” ilk 24 saatda ən çox satılan videooyun kimi geniş qəbul olunurdu.

“Sensor Tower” analitika şirkətinin hesablamasına görə, şirkət “GTA VI”nın 24 milyon 500 min nüsxəsini satıb və ön sifarişlərdən 2 milyard 360 milyon dollar gəlir əldə edib.

“Take-Two” iyunda ön sifarişlərin qəbuluna başladıqdan sonra “GTA VI”ya tələbat barədə təfərrüatları açıqlamayıb. Şirkət yalnız tələbatın “misli görünməmiş” səviyyədə olduğunu və ya “gözləntiləri xeyli üstələdiyini” bildirib.

“Oyun o qədər böyük maraqla gözlənilir ki, istehlakçılar çox, çox həyəcanlı görünürlər və indiyədək mətbuatda çıxan bütün rəylər müsbət olub, amma biz hələ qələbə elan etməyə hazır deyilik”, – “Take-Two”nun baş direktoru Strauss Zelnik bu ayın əvvəlində şirkətin maliyyə nəticələrinə dair konfrans zəngində deyib.

“Uğur qazanmamışdan əvvəl onu elan etməkdən çəkinirik”, – o bildirmişdi.

“Take-Two”nun “GTA VI”nın hazırlanmasına təxminən 1 milyard dollar və ya daha çox vəsait xərclədiyi bildirilir. Bu, oyunu əyləncə sənayesinin ən bahalı layihələrindən birinə çevirir.

“Sensor Tower”in hesablamasına görə, “GTA VI”nın “Extended Look” adlı reklam treylerinin avqustda “Netflix”də yayımlanması ön sifarişlərin altı dəfə artmasına təkan verib.

Vays-Sitinin prototipi olan Mayaminin NBA komandası oyunun buraxılışını çərşənbə günü Vays-Siti mövzusunda keçirilən basketbol qarşılaşması ilə qeyd edib.

Həftəsonu şirkət “GTA VI: The Festival” adlı musiqi şousu keçirir. Tədbirdə “Qremmi” mükafatlı reper Cardi B, hip-hop musiqi prodüseri Metro Boomin və reper Travis Scott kimi ulduzlar çıxış edəcəklər.

“Take-Two”nu bundan sonra nə gözləyir?

İnvestorlar “Take-Two”nun “GTA VI”nın kompüter versiyasını və onlayn rejimini istifadəyə vermək planlarını açıqlamasını gözləyirlər. Videooyunun çoxoyunçulu onlayn rejimi onun davamlı gəlir mənbəyinə çevrilməsində həlledici rol oynayır.

Bəzi sektor analitikləri kompüter versiyasının və onlayn rejimin 2027-ci ildə istifadəyə veriləcəyini gözləyirlər.

“TD Cowen” broker şirkəti “Take-Two”nu 2027-ci il üçün “ən yaxşı investisiya ideyaları” sırasına daxil edib. Şirkətin analitiki Duq Krüts oyunun onlayn rejimi istifadəyə verildikdən sonra “Take-Two”nun maliyyə perspektivlərini nikbin qiymətləndirir.

“İstehlakçıların uzun müddət ərzində ‘GTA VI’ya müntəzəm pul xərcləməsi üçün potensial çox yüksəkdir... Yeni ‘GTA Online’ın nə vaxt istifadəyə veriləcəyi və nə qədər böyük miqyasa çatacağı səhmlər üçün ‘GTA VI’nın neçə nüsxə satılacağından daha vacib sualdır.”

İş elanları AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://marja.az
archiveBu xəbər 21 Noyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri