Icma.az
close
up
RU
Güc və zəriflik

Güc və zəriflik

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Beynəlxalq Qalereya və "Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Mart-Beynəlxlaq Qadınlar Gününə həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu "Güc və Zəriflik" adlı rəsm sərgisi təşkil olunub.

Sərgidə müxtəlif yaş qruplarında 100 rəssam iştirak edirdi. Sərgidə müxtəlif üslub və mövzularda hazırlanmış zəngin sənət nümunələri nümayiş olunub.

Sərgini giriş sözü ilə açan  YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir.

Çıxışının sonunda Bəxtiyar Nəbiyev qarşıdan gələn "8 Mart-Beynəlxalq Qadınlar Günü" münasibəti ilə xanımları təbrik edib.

Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova çıxışında qeyd edib ki, bu əlamətdar gündə – 8 Mart - Beynəlxalq Qadınlar Günündə  sizinlə bir araya gəlməkdən böyük qürur duyuram: - Bugünkü “Güc və Zəriflik” adlı sərgi qadınların cəmiyyətdəki roluna, onların gücünə, fədakarlığına və incəliyinə həsr olunmuşdur. 

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ölkəmizin birinci xanımı, hörmətli Mehriban Əliyevanı, şəhid analarını və bütün qadınları təbrik edir, onlara sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayıram.

Sərgidə Aflow ART Studionun rəhbəri Günay Məmmədova , İnci Akademinin rəhbəri İnci Məstəliyeva , Şahanə ART Studionun rəhbəri Şəhanə Paşayeva, FA Tədris Mərkəzinin rəhbəri Fatma Əliyeva, PANDA School və Saleh Tədris Mərkəzinin müəllimi Elmira Həsənova , Core Akademiya Kursunun  müəllimi İradə Feyziyeva, Master School  Tədris Mərkəzinin  müəllimləri Günəş  Əsgərova və  Nurəddin Məmmədov  tələbələri ilə iştirak edirdilər .

8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərginin bədii hissəsi Nemi Hotelin restoranında nahar süfrəsi arxasında davam edib. Tədbirdə  fəxri qonaq olaraq seçki  komissiyasının əməkdaşı Bahar  Bağırova ,  jurnalist Anna Mir, ADRA-nın müəllimi Zinaida Mirzəzadə , rəsssm Səadət Nərmin Hacıyeva, Nuranə Zalova , Könül İbrahimova,  UNEC-in dosenti Nailə Yusifova , Oxu Tədris Mərkəzinin müəllimi Həyat Şirvanova , XeberTime.az  saytının rəhbəri Yeganə Telmanqızı, operator Xatirə Məmmədova,  Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnustutunun Əməkdaşı Nazlı Nadirova, tibb bacısı Nəzakət Baxışova, jurnalist Cəmilə Çebotaryova İspatovna iştirak edirdilər.

Nemi  Hotelin  rəhbəri Təhminə Yusifova qonaqları ürəkdən salamlayıb, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, uğurlar arzuladı. Onları məkanlarında görməkdən çox şad olduğunu bildirib.

Sonda sərgi iştirakçılarına diplom və hədiyyələr təqdim olunub, xatirə fotoları çəkilib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Mart 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri