Icma.az
close
up
RU
Güclərini birləşdirirlər Razılığa gəldilər

Güclərini birləşdirirlər Razılığa gəldilər

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxın Şərqdə davam edən müharibənin qlobal iqtisadiyyat və enerji bazarlarına təsirinin artması fonunda Beynəlxalq Enerji Agentliyi, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupu birgə koordinasiya mexanizmi yaratmaq barədə razılığa gəliblər.

“Qafqazinfo”nun xəbərinə görə, qurumların yaydığı birgə bəyanatda qeyd olunur ki, regiondakı müharibə insanların həyatına və dolanışığına ciddi zərbə vurmaqla yanaşı, qlobal enerji bazarında tarixdə ən böyük təchizat çatışmazlıqlarından birinə səbəb olub.

Bu təsirlərin genişmiqyaslı və qeyri-bərabər olduğu, xüsusilə enerji idxalından asılı və aşağı gəlirli ölkələrə daha ağır təsir etdiyi vurğulanır.

Bildirilib ki, böhranın nəticələri artıq neft, qaz və gübrə qiymətlərinin artımında özünü göstərir və bu, ərzaq qiymətləri ilə bağlı narahatlıqları daha da artırır. Eyni zamanda, Körfəz regionunda nəqliyyat və uçuşların pozulması helium, fosfat və alüminium kimi əsas xammalın tədarükünə, eləcə də, turizm sektoruna mənfi təsir göstərib.

Qeyd olunur ki, yaranmış vəziyyət bazarlarda dəyişkənliyi artırıb, inkişaf etməkdə olan ölkələrin valyutalarını zəiflədib və inflyasiya gözləntilərini gücləndirib. Bu isə daha sərt pul siyasəti və iqtisadi artımın zəifləməsi riskini artırır.

Yeni yaradılan koordinasiya qrupu enerji qiymətləri, ticarət axınları, maliyyə bazarları və təchizat zəncirlərindəki dəyişiklikləri izləyərək, ölkələr üzrə təsirlərin miqyasını qiymətləndirəcək. Eyni zamanda, qrup hökumətlər üçün siyasət tövsiyələri hazırlayacaq, maliyyə ehtiyaclarını müəyyənləşdirəcək və zəruri hallarda dəstək mexanizmlərini əlaqələndirəcək.

Bəyanatda vurğulanır ki, bu təşəbbüs xüsusilə yüksək borc yükü və məhdud iqtisadi imkanları olan ölkələr üçün böyük əhəmiyyət daşıyır. Qurumlar həmçinin digər beynəlxalq və regional tərəfdaşlarla əməkdaşlıq edərək, qlobal iqtisadi və maliyyə sabitliyinin qorunması, enerji təhlükəsizliyinin gücləndirilməsi və zərər görmüş ölkələrin bərpasına dəstək göstərilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Aprel 2026 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see477

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see452

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see386

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see380

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see355

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see349

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see339

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see339

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see334

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see330

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see314

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see288

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see286

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see272

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see260

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see236

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see231

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see228

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see207

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri