Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Güclü iqtisadi təhlükəsizlik yastığı

Güclü iqtisadi təhlükəsizlik yastığı

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Strateji valyuta ehtiyatlarımız 73,5 milyard dollara çatıb

2025-ci ilin birinci rübündə strateji valyuta aktivləri 2,5 milyard dollar artaraq 73,5 milyard dollara çatıb. Mərkəzi Bankın (MB) Statistika Departamentinin direktoru Samir Nəsirov bildirib ki, həmin dövrdə Azərbaycan neftinin 1 barelinin orta ixrac qiyməti təxminən 74 dollar, Azərbaycan təbii qazının 1000 kubmetrinin orta ixrac qiyməti isə 320 dollar təşkil edib. Bu sərfəli qiymət zənbili ümumi xalis maliyyə portfelinin formalaşmasında mühüm rol oynayıb.

Azərbaycanın xalis maliyyə aktivləri və yaxud strateji valyuta ehtiyatlarının artmasında uzaqgörən iqtisadi siyasət mühüm rol oynamaqdadır. Strateji ehtiyatların artması ölkəmizin makroiqtisadi sabitliyinin möhkəmlənməsində, dayanıqlı iqtisadi dəyər zəncirinin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan xalis maliyyə aktivlərinin ümumi daxili məhsula (ÜDM) nisbətinə görə (təxminən 71 faiz) dünyada ön sıralarda dayanır. Müqayisə üçün qeyd edək ki, inkişaf etmiş ölkələrin böyük əksəriyyətində strateji valyuta ehtiyatlarının həcmi ÜDM-nin 30-40 faizini təşkil edir.

Valyuta ehtiyatları xarici borcu 9 dəfə üstələyir

Son illərdə həm Dövlət Neft Fondunun, həm də Azərbaycan Mərkəzi Bankının ehtiyatlarında əhəmiyyətli artımlar müşahidə edilir ki, bu da ikiqütblü rezerv portfelinin böyüməsini təşviq edir. Ehtiyatların böyüməsində qiymət və hasilat faktorları təsiredici funksiya daşısa da, çevik maliyyə siyasəti, xüsusən də Neft Fondunun qlobal investor kimi aparıcı oyunçuya çevrilməsi və rezervlərin uğurlu idarəedilməsindən qazandığı daxilolmaların rolu da xüsusi rol oynamaqdadır.

Həyata keçirilən güclü maliyyə siyasəti və iqtisadi inkişaf dinamikası, eyni zamanda, ixrac potensialının yüksək artımı respublikamızın maliyyə sabitliyinin möhkəmlənməsinə dərin zəmin yaradıb və valyuta gəlirlərinin çoxalmasını təmin etməkdədir. Ötən dövr ərzində əldə edilən neft gəlirləri uğurla sosial-iqtisadi inkişafa transformasiya edilib, iqtisadiyyatın fiziki və texnoloji infrastrukturu tamamilə müasirləşdirilib. 2003-cü ildən başlayaraq son 22 ildə həyata keçirilən strategiya sayəsində milli iqtisadiyyatın real xərci 4,4 dəfə, ixrac 16 dəfə artıb. İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4,5 faiz yüksək olub. Ölkəmizin strateji valyuta ehtiyatları bu illər ərzində 47 dəfəyə yaxın artaraq 74 milyard dollara yaxınlaşıb.

İqtisadi təhlükəsizlik üçün zəmanətverici rol oynayan strateji valyuta ehtiyatları Azərbaycanda riskləri tam neytrallaşdırır. Ümumilikdə, strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və güclü makroiqtisadi bufer formalaşdıran amildir. Hazırkı mürəkkəb geoiqtisadi risklər və qlobal təhdidlərin artdığı dövrdə, habelə enerji bazarındakı dalğalanmalar fonunda Azərbaycan mövcud strateji valyuta ehtiyatlarının həcmi möhkəm iqtisadi sütuna çevrilir. 

Güclü valyuta ehtiyatları hər bir ölkənin inkişafını təmin etməklə bərabər, həm də onun xarici borcunun müdafəçisi kimi çıxış edir. Azərbaycanın hazırkı ehtiyatları xarici borcu ən azı 9 dəfə üstələməklə sabitlik və dayanıqlığı daha da möhkəmləndirir.

Nikbin proqnozlar...

Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına əsasən, Azərbaycan hazırda valyuta rezervlərinin real artımı və həcminə görə, dünyada ən yaxşı göstəriciyə malikdir. Bu, MDB regionunda ən pozitiv inkişaf indikatorunun əlamətidir. Fondun proqnozlarına görə, Azərbaycanın strateji valyuta ehtiyatlarının artımı davamlı xarakter daşımaqla qarşıdakı illərdə daha da artacaq. Fondun ehtimallarına görə, 2026-cı ildə strateji valyuta ehtiyatları 75 milyard dollara çatacaq ki, bu rezervlərin təxminən 11-12 milyard dolları Mərkəzi Bankın, 63 milyard dolları isə Dövlət Neft Fondunun payına düşəcək. 2027-ci ildə bu göstəricilər müvafiq olaraq 76 milyard, 2028-ci ildə 77 milyard dollara bərabər olacaq.

Hədəf qeyri-neft yığım mənbələrini artırmaqdır

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində hədəflənən nəticələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil olmaq qarşıya məqsəd qoyulub. Bu, o deməkdir ki, qarşıdakı illərdə ölkəmizin iqtisadi gücünün və strateji rezervlər üzrə yığım potensialının artmasında qeyri-neft mənbələri əsas drayverə çevrilməlidir. Bu siyasətə uyğun olaraq, biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalı, vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir. İqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafı sürətləndirilməlidir. Milli bank sektorunun dayanıqlığı təmin olunmalı, ona olan etimad yüksəlməli, real iqtisadiyyatın maliyyələşdirilməsində bankların payı artırılmalı və sahibkarlıq fəaliyyətinin inkişafına təkan verməlidir. Bütün bunların məcmusu iqtisadi potensialın artması və iqtisadi təhlükəsizlik yastığı portfelinin - strateji rezervlərin güclənməsinə xidmət edir. 

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 İyul 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri