Güclü külək iki qadına xəsarət yetirdi xəstəxanaya yerləşdirildilər
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Güclü küləyin təsiri nəticəsində Bakıda iki qadın xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində müxtəlif xəsarətlər alan iki qadın Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib.
Məlumata görə, avqustun 27-də saat 20:20-də 1952-ci il təvəllüdlü qadın güclü külək səbəbindən yıxılaraq xəsarət alıb. Tibbi müayinə zamanı ona sağ pəncənin IV daraq sümüyünün sınığı diaqnozu qoyulub. Zərərçəkənə müvafiq tibbi yardım göstərilib.
Həmin gün saat 20:40-da isə 1987-ci il təvəllüdlü digər qadın güclü küləyin təsiri ilə qapının hərəkət etməsi nəticəsində əlindən xəsarət alıb. Müayinə zamanı onun sol əlinin 3–4-cü barmaqlarında kəsilmiş yara aşkarlanıb və tibbi yardım göstərilib.
Hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Onlar ambulator müalicə üçün evə buraxılıb və ev şəraitində müalicə, eləcə də tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.
Mütəxəssislər güclü küləkli hava şəraitində vətəndaşları diqqətli olmağa çağırıb. Bildirilib ki, belə hava şəraitində mümkün qədər açıq ərazilərdə, ağacların, reklam konstruksiyalarının və digər təhlükə yarada biləcək obyektlərin yaxınlığında dayanmamaq lazımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 28 Avqust 2026 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















