Güclü külək Suraxanıda fəsadlar törətdi: Elektrik xəttində ALIŞMA BAŞ VERDİ
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Suraxanı rayonunda küçə işıqlandırmasını qidalandıran xətdə problem yaranıb.
Oxu.Az xəbər verir ki, qısaqapanma nəticəsində yolun hərəkət istiqamətində alışma baş verib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq"ASC-dən fakt təsdiqlənib.
"Hadisə ötən gün axşam saatlarında Əmircan qəsəbəsində baş verib. Güclü külək nəticəsində ağacdan qırılan budaq küçə işıqlandırmasını qidalandıran xəttin üzərinə düşüb və xətti zədələyib. Dərhal əraziyə qəza xidmətimiz cəlb olunub, problem aradan qaldırılıb. Xəttin üzərinə düşən budaq səhər saatlarında ərazidən götürülüb", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Baxış sayı:137
Bu xəbər 09 Aprel 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















