Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Güclü lider, güclü xalq: İlham Əliyevin 5 ci Prezidentlik dövrü

Güclü lider, güclü xalq: İlham Əliyevin 5 ci Prezidentlik dövrü

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Bu gün İlham Əliyevin növbəti dəfə prezident seçilməsinin bir ili tamam olur.

Bakıvaxtı.az xatırladır ki, 2024-cü ilin fevral ayında keçirilən prezident seçkiləri ölkənin siyasi həyatında mühüm bir hadisə olaraq yadda qaldı. İlham Əliyevin 5-ci dəfə prezident seçilməsi onun ölkə rəhbərliyindəki mövqeyinin güclü və davamlı olduğunu bir daha təsdiq etdi.

Seçkilərin ardından keçən bu bir ildə ölkə daxilində və xaricində bir çox vacib hadisələr baş verdi. Daxili siyasətdə, xüsusilə iqtisadi islahatlar, sosial rifah və infrastruktur layihələrinin həyata keçirilməsi ön planda oldu. Eyni zamanda, əhalinin yaşam səviyyəsinin yaxşılaşdırılması istiqamətində atılan addımlar seçki öncəsi verilən vədlərin yerinə yetirilməsinin vacibliyini bir daha gündəmə gətirdi.

İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həmçinin öz xarici siyasətində, xüsusilə regional əməkdaşlıq və beynəlxalq münasibətlərdə fəal rol oynayıb, bu il ərzində bir çox mühüm diplomatik görüşlər və anlaşmalar imzalanıb. Bu bir ildə Azərbaycan Respublikasının Prezidentinin xarici siyasətdəki uğurları, həmçinin ölkə daxilindəki siyasi sabitlik və sosial inkişaf mövzularında geniş müzakirələr aparılıb. Prezident İlham Əliyevin uzunmüddətli hakimiyyəti və onun növbəti müddətdə həyata keçirəcəyi siyasətlərin cəmiyyətə və ölkə iqtisadiyyatına təsiri, xüsusilə media və ictimaiyyətin diqqətindədir.

Ali Baş Komandanın yeni siyasi hakimiyyət dövrünü necə dəyərləndirmək olar?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Hikmət Babaoğlu bildirib ki, 2024-cü ilin bu günündə keçirilən prezident seçkiləri Azərbaycan dövlətçiliyi və siyasəti tarixində mühüm bir uğurdur:

"Qalib xalqın qalib lideri" şüarı ilə seçkilərə qatılan cənab İlham Əliyev hər şeydən öncə 20 illik prezidentlik dövrünün hesabatını təqdim etmiş oldu. Bu hesabatı tarixi əhəmiyyətli hadisə adlandırmaq olar. Çünki Ali Baş Komandanın ölkəmizə rəhbərliyi dövründə xalqımızın sosial rifahı, iqtisadi dirçəlişi və ən əsası ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi onun idarəçilik sisteminin və təəssübkeşliyinin bariz sübutudur. Bu tarixi qələbə və bu qələbəyə gələn yol birbaşa İlham Əliyevin adı ilə bağlıdır. Heç bir qələbə bir günə əldə edilmir, xüsusilə, qarşımızda erməni lobbisinin olduğunu, qərb mənşəli güclərin bizə olan mövqeyini nəzərə alsaq həmin qüvvələrlə mübarizə aparmağın nə dərəcə çətin olduğunu anlamış olarıq. Hətta İkinci Qarabağ müharibəsi zamanı bəlli oldu ki, ən yaxın qonşularımız belə Azərbaycanın qələbəsini istəmir. Lakin bütün bunlara rəğmən, İlham Əliyev 20 illik fəaliyyəti dövründə formalaşdırdığı orduyla xalqımıza tarixi anlar yaşatması olduqca fövqəladə bir hadisə idi".

Hikmət Babaoğlu: İlham Əliyevin formalaşdırdığı orduyla xalqımıza tarixi anlar yaşatması fövqəladə bir hadisə idi

Deputatın fikrincə, İlham Əliyevin 20 illik fəaliyyəti dövrünə qızıl hərflərlə yazılan digər bir mərhələ Qarabağda olan separatçıların tamamilə bu ərazilərdən qovulmasıdır. Onun sözlərinə görə, bu, böyük bir nailiyyətdir:

"İlham Əliyevin yenidən Azərbaycanın lideri seçilməsində sözügedən faktorun mühüm rolu vardır. Həmçinin, o, öz seçki platformasında millətimizə yeni idarəetmə modeli, sistemlər, rifah səviyyəsinin yaxşılaşdırılması üçün mühüm addımlar təqdim edib. Bunlar yeni, güclü Azərbaycan, rifaha qovuşmuş xalq, ölkəmizin inkişafı ilə bağlı fikirlər idi. Bu üç paraqdimal istiqamət Azərbaycan Prezidentinin siyasi xəttini göstərirdir. Bəlli oldu ki, Azərbaycana yeni ideoloji mövqe lazımdır. 30 illik dövlətçilik tariximizdə bizim əsas ideyamız ərazi bütövlüyümüzün bərpa edilməsi idi. Bu məsələ tamamilə həll olunduğu üçün artıq yeni prioritetlər müəyyənləşdirmək lazım idi. Xalqımızın bu prioritetlər istiqamətində özünü səfərbər etməsi məsələsini də məhz cənab prezident diqqətə gətirib".

Hikmət Babaoğlu dövlət başçısının xalqımızın rifahı istiqamətində həyata keçirdiyi strateji addımları konkret faktlarla dilə gətirib. Siyasətçi qeyd edib ki, İlham Əliyev öz çıxışlarında bu fikirləri tarixi tezis olaraq ifadə edib:

"Ölkəmizin başçısı öz çıxışlarında dəfələrlə vurğulayıb ki, dünyanın hər bir yanında yaşayan azərbaycanlıların prezidentiyəm. Bu fikirlər çox əhəmiyyətlidir, çox önəmlidir. Sözügedən tezis böyük və mütərrəqi Azərbaycanın daha yaxşı formalaşmasına fokuslanıb. Formalaşma prosesi üçün Azərbaycan real gücə, imkanlara malikdir. Biz bunu dəfələrlə sübut etmişik - istər siyasi meydanda, istərsə də beynəlxalq arenada. Ötən 1 il hər şeyi sübut etdi. Artıq "Böyük qayıdış" təmin edilir, İlham Əliyevin müəyyənləşdirdiyi yeni dövlətçilik istiqamətləri üzrə yol xəritəsi uğurla davam etdirilir, Azərbaycan xalqına qarşı tarixi cinayətlərə yol vermiş, millətimizi etnik təmizləmə siyasətinə məruz qoymuş erməni tərəfinə təzyiqlər edilir. Azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması üçün görülən işlər çox böyükdür. Əsas xüsus ondadır ki, bizim dövlətimiz sözügedən uğurlu islahatları heç kimin yox, öz gücünün, resurslarının hesabına edir. Mən inanıram ki, bu kontekstdə atılan addımlar, aparılan islahatlar davamlı və məqsədyönlü şəkildə formalaşdırılacaq".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Fevral 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri