Icma.az
close
up
RU
Gücünü göstər, Mahir!

Gücünü göstər, Mahir!

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2021-ci ilin yanvarından bəri legioner həyatı yaşayan Mahir Emreli, demək olar, hər yeni ili fərqli klubda qarşılayıb. 2022-yə “Legiya”da, 2023 və 2024-ə Zaqreb “Dinamo”sunda (o, 2023-cü ilin fevralından iyununa qədər icarə əsasında “Konyaspor”da forma geyib), 2025-ə “Nürnberq”də, 2026-ya “Kayzerslautern”də qədəm qoyan həmvətənimiz, heç şübhəsiz, əksər insanlar kimi növbəti illərə yeni hədəflə başlayıb, özünə daha uca zirvələri fəth etməklə bağlı söz verib.

Həmin anların canlı şahidi olmamışıq. Ancaq hamı Emrelinin emosional biri olduğunu bilir. Təsadüfi deyil ki, onu cəmi bir ildi tanıyan alman jurnalistlər, xüsusən “Bild” nəşrində çalışanlar Mahiri məhz emosional davranışı üzündən dəfələrlə tənqid edib. Deməli, onun ötən ilin son günündə ayna önünə keçib özü ilə etdiyi söhbətdə növbəti ilə bundesliqa klubunda daxil olacağı haqda söz verdiyinə inana bilərik.
İmkansız deyilsə, niyə olmasın?! Maneələr var, amma bu amal uğrunda vuruşmağa dəyər! Bəlkə də Mahir artıq iş başındadı. Düzdü, o, ötən il noyabrın 10-da “Herta”ya qarşı çempionat matçında zədələnmişdi. Bundan sonra Mahirin sosial şəbəkə hesablarını restoranlardan, idman zallarından, qarlı dağlardan olan görüntülər bəzədi. Asudə vaxtını əyləncəli keçirməyə çalışan futbolçuya onlayn şahmat oyununda da rast gəldik. Qarşı tərəfin “Mahir Emreli, bu sənsən?” sualını təsdiqləyən hücumçu həmin anları da “instaqram”da paylaşdı. Diqqətçəkən məqamlardan biri isə bu dövrdə Azərbaycana səfər etməməsi oldu. Futbolçuların paylaşımlarına əsaslansaq, o, son həftələrdə, ümumiyyətlə, Almaniyanı tərk etməyib. Hər halda. məcburən futboldan uzan düşən həmvətənimiz həyatın fərqli üzlərinin dadını çıxardı. Və nəhayət, srağagün “Kayzerslautern” Mahirin gələcəyi ilə bağlı ümid çırağı yandıran xəbəri açıqladı. Bəlli oldu ki, həm Mahir, həm də “qırmızı iblislər”in daha bir hücumçusu İvan Prtayin uzun müddətdi davam edən zədəni sağaldıb, komanda ilə məşqə çıxıb. Onlar açıq fərdi məşqdə iştirak edib. Klub rəsmi sosial şəbəkə hesabında hər iki futbolçunu yenidən məşqə başlaması münasibəti ilə təbrik də etdi.
İndi növbə yenidən baş məşqçi Tomas Liberknehtin etimadını qazanmaqda, ən əsası, start heyətində yer almağın yolunu tapmaqdadı. Təbii ki, bunun üçün məşqlərdə xarakter göstərmək, mövqe uğrunda mübarizədən qalib ayrılmaq şərtdi. Sadəcə, Mahirin işi məhz bu məsələdə düyünə düşür. Çünki “qırmızı iblislər”in heyətində nə az, nə çox - 5 mərkəz hücumçusu var. Qalanları İvan Prtayin, Daniel Hanslik, Riçmon Taçi və Dikson Abiamadı. Daha əvvəl də yazdığımız kimi, əsas rəqib Prtayindi. 11 matçda forma geyən xorvatiyalı 8 qol, 1 məhsuldar ötürmə ilə komandanın əsas “qol silahı”na çevrilib. Hanslikin performansını da qənaətbəxş saymaq olar. O da meydana çıxdığı 11 oyunda meydanı əliboş tərk etməyib: 2 qol, 4 məhsuldar ötürmə. 11 görüşdə şans qazanan Taçi 1 qola imza atıbsa, 10 qarşılaşmada tər tökən Abiama fərqlənə bilməyib. Vurğulanması vacib olan daha bir məqamı da nəzərinizə çatdıraq: Liberkneht 2025/26 mövsümünün ilk 12 turunda start heyətində iki hücumçunun xidmətindən faydalanmağa daha çox üstünlük verirdisə, son 5 oyunda yalnız 3-4-2-1 taktiki sxemindən faydalanmağa çalışıb. O başqa məsələ ki, bu seçim komanda üçün uğurlu olmayıb. Daha dəqiqi, 5 matç keçirən “qırmızı iblislər” 2 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə ilə kifayətlənib. Komandanın turnir cədvəlindəki mövqeyi ürəkaçan deyil. 17 turdan sonra 27 xal toplayan “Kayzerslautern” 7-ci sıradadı. Başqa sözlə, lider “Şalke-04”dən 10 xal (!) geridə. Hər halda, qarşıda hələ 17 tur var. Yəni düzgün addımlar atılacağı təqdirdə vəziyyəti dəyişmək azı riyazi baxımdan mümkündü.
Görünür, Mahir daha yaxşı performans sayəsində iki ciddi sığnağın öhdəsindən gələ bilər. Birincisi, təbii ki, məhz öz karyerasıyla bağlıdı. Burda vuracağı qollar, verəcəyi məhsuldar ötürmələr ön planda olacaq ki, daha iddialı klublardan təklif alsın. Heç şübhəsiz, bu sırada bundesliqa komandaları da ola bilər. Növbəti məsələ isə “qırmızı iblislər”in bundesliqaya yüksəlməsidi. Bilindiyi kimi, 2-ci bundesliqada hətta 3-cü yerdə qərarlaşan komandanın elitaya yüksəlmək şansı olur. “Kayzerslautern” hazırda 3-cü pillədəki “Darmştadt”dan 6 xal geri qalır.
Beləliklə, Mahir üçün yeni il uğurlu başlamalıdı. Onsuz da 2025-ci ildə bəd xəbərdən doyduq. İndi qollara acıq. İndi bundesliqa xəyalının gerçəkləşəcəyi anda dadacağımız zövqə acıq. Səni “Kayzerslautern”in yanvarın 18-də 18-ci tur çərçivəsində “Herta”nı qəbul edəcəyi matçda start heyətində görmək istəyirik. Gücünü göstər, Mahir!
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Yanvar 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see381

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see368

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see340

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see338

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see304

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see300

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see289

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see216

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see213

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see207

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see202

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see202

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see200

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see190

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see190

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see185

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri