Icma.az
close
up
RU
Azərbaycan yaşıl gücünü göstərir

Azərbaycan yaşıl gücünü göstərir

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı enerji həftəsi qlobal iqlim yolu cızır


"Enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün də ölkəmizin əsas prioritetləri sırasındadır. Bu istiqamətdə görülən işlər qlobal enerji bazarında Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş mövqeyini daha da gücləndirir. Tədbirin geniş miqyası və beynəlxalq əhatə dairəsi də bunu təsdiq edir". Bunu Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına ünvanladığı müraciətdə qeyd edib. Dövlət başçısı bildirib ki, “Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilib: "Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşüb. Ötən illər ərzində bu təşəbbüs enerji sahəsində qlobal meyillərə uyğun şəkildə genişlənmiş və “Bakı Enerji Həftəsi” formatını alıb. Ənənəvi enerji mənbələrindən bərpa olunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır". Ölkə rəhbəri vurğulayıb ki, eyni zamanda, bu tədbir Azərbaycanın enerji sahəsində keçdiyi uğurlu yolun, beynəlxalq nüfuzunun və uzaqgörən strateji baxışının bariz təzahürüdür. Bəyan edilib ki, dünyanın səksən ölkəsindən şirkətlərin iştirak etdiyi “Bakı Enerji Həftəsi” beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın tutduğu yerin göstəricisidir. 

Məlumat üçün bildirək ki, bu il “Baku Energy Week”in tərkib hissəsi olan “Baku Energy Forum” 30 illik yubileyini qeyd edir. Əsası qoyulduğu gündən etibarən forum beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübələr mübadiləsi və yalnız Azərbaycanın deyil, bütövlükdə regionun enerji sektorunun inkişafına təsir edən sazişlərin imzalanması üçün əsas platformaya çevrilib. Forum enerji sahəsinin liderlərini, biznes nümayəndələrini və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir. “Baku Energy Week” təşkil edildiyi illər ərzində həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən biri olub. Sərgi çərçivəsində bir sıra sessiyalar və panel müzakirələri də baş tutacaq. "Enerji sənayesində davamlılıq", "Karbon emissiyasının azaldılması istiqamətində alternativ enerji kimi nüvə enerjisinin rolu", "Təcrübə mübadiləsi: Gənc istedadları cəlb etmək və inkişaf etdirmək üçün ən yaxşı HR təcrübələri", "Enerjidə innovasiyalar: Gələcəyin sənayesinin formalaşmasında təhsilin rolu", "Enerjinin səsi" mövzularında panel müzakirələri keçiriləcək. Bakı Enerji Həftəsinin təşkilatçıları artıq uzun illərdir ki, yubiley dövrlərində xüsusi tədbirlər keçirmək ənənəsini formalaşdırıblar. Bu il də istisna olmayacaq. Bakı Enerji Həftəsinin 30 illik yubileyi çərçivəsində təşkilatçılar xüsusi proqram hazırlayıblar. Enerji sahəsi üzrə ən yüksək nəticə göstərən və universiteti uğurla bitirən tələbələrin mükafatlandırılması ənənəsi bu il də davam etdiriləcək: Bakı Ali Neft Məktəbinin iki seçilmiş məzununa sərginin təşkilatçıları tərəfindən təqaüd veriləcək. Forum çərçivəsində aparılacaq müzakirələr enerji sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı və çevik enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbir həm də Azərbaycanın enerji siyasətinin strateji prioritetlərini və Xəzər regionunun yaşıl enerji potensialını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından vacib platformadır. Forumun keçirildiyi məkan da təsadüfi seçilməyib. Tədbirin keçiriləcəyi Bakı Konqres Mərkəzi ekoloji konsepsiya əsasında inşa edilib. Mərkəzin damında quraşdırılmış günəş enerjisi panelləri vasitəsilə kifayət qədər enerji toplanması sayəsində enerji istehlakına sərf olunan xərclər azaldılır.


Millət vəkili Vüqar Bayramov deyib ki, Bakı Enerji Həftəsi dünyanın aparıcı enerji şirkətlərinin rəhbərlərinin, dövlət rəsmilərinin, beyin mərkəzlərinin əməkdaşlarının qatıldığı mühüm platformaya çevrilib: "Bu, məlumatların bölüşdürülməsi, potensialın təqdim olunması və çağırışların müzakirəsi üçün ciddi bir imkandır. 

Enerji həftəsi çərçivəsində keçirilən tədbirlər, sessiyalar qlobal eneji məsələlərinin müzakirəsinə imkanlar yaradır. Enerji sahəsində dövlət-özəl əməkdaşlığının gücləndirilməsi, yeni ideyaların müzakirəsi bu sahədə real və səmərəli addımların atılmasına gətirib çıxaracaq ki, bu, innovasiya və texnologiyaların təyinatı baxımından da vacibdir. Yaxın illərdə Azərbaycan Avropa İttifaqına yaşıl enerji ixracı həyata keçirəcək. Bu, enerji keçidi çərçivəsində ölkəmizdə həyata keçirilən fəaliyyətlərin nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycanın böyük günəş və külək enerjisi potensialı regionun enerji təhlükəsizliyinin formalaşmasına yaxından dəstək olacaq. Enerji sahəsində ən vacib məqamlardan biri innovativ dəyişikliklərdir. Bakı Enerji Həftəsi yeni texnologiyalarının şirkətlər tərəfindən təqdim edilməsi və bu sahədə dördüncü sənaye inqilabının nəticələrinin müzakirəsinə də imkan yaradır. Bu baxımdan Bakı Enerji Həftəsi regional və qlobal əhəmiyyət daşımaqla yanaşı, Azərbaycanın bu sahədəki potensial və imkanlarının təqdim olunması üçün önəmli rol oynayır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 İyun 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri