Icma.az
close
up
RU
Gül suyu saçları gücləndirir, dərini gözəlləşdirir

Gül suyu saçları gücləndirir, dərini gözəlləşdirir

Icma.az, Azpost saytına istinadən bildirir.

Gül suyu xoş qoxusu, təbii və faydalı tərkibinə görə bir çox sahədə üstünlük verilən məhsuldur.

Qida, kosmetika, tibb, tibb və əczaçılıq kimi bir çox sektorda istifadə olunur.

Soyuqdəymə və boğaz ağrılarına yaxşı təsir edir. Əsəbləri rahatlaşdıraraq yorğunluğu aradan qaldırmağa yardımçı olur. Lakin daha çox dəriyə qulluq vasitəsi kimi gül suyu geniş tətbiq edilir.

Dərinin nəm balansını qoruyur. Təbii tərkibə malik olduğu üçün nəmləndirir və bütün dəri tipləri üçün faydalıdır.

Dəri üçün əla tonik hesab olunur. Makiyajdan sonra və gecə yatmazdan əvvəl üzü gül suyu ilə təmizləyərək parlaq və canlı dəriyə sahib olmaq olar.

Göz altı şişlərinə də yaxşı təsir göstərir. Pambıq vasitəsilə yorğun və yuxulu olan gözlərin alt nahiyəsinə çəkmək faydalıdır. Bir müddət sonra şişkinliyin azaldığını görmək mümkündür.

Dərinin pH balansını qoruyaraq ləkələrin aradan qaldırılmasında mühüm rol oynayır. Hava şəraitinə görə dəridə yığılan toksinlərin çıxarılmasına kömək edir. Tıxanmış məsamələri açır və dərinin hamar bir təbəqəyə sahib olmasını təmin edir. Daimi istifadə edildikdə, mat görünüşlü canlı dəriyə sahib olmaq olar.

Bundan əlavə, tərkibindəki güclü antioksidantlar sərbəst radikallarla mübarizə aparır, dəridə kollagen istehsalını dəstəkləyir və qırışların görünüşünü azaldır. Eyni zamanda dərinin elastikliyini artıraraq daha gənc görünüş təmin edir.

Gül suyu təkcə dəriyə qulluqda deyil, saç sağlamlığında da mühüm rol oynayır. Təbii xüsusiyyətləri sayəsində baş dərisini qidalandırır, saçları gücləndirir və parlaqlıq verir. Saça gül suyunu şampuna əlavə edərək və ya sprey vasitəsilə tətbiq etmək olar.

Saç tellərini qidalandırır, onlara təbii parlaqlıq və yumşaqlıq verir.

Gül suyu hazırlamaq üçün kiçik bir qazanda su və gül ləçəklərini qarışdırın. Qaynamağa başlayanda istiliyi minimuma endirin. Gül ləçəklərinin rəngi daha açıq və şəffaf olana qədər gözləyin. Qapağı açmadan soyumağa qoyun və daha sonra istifadə edin.

Üzünüzə çəkdikdən sonra təxminən 10 dəqiqə gözləyə və dərinizi soyuq su ilə yuya bilərsiniz.(qafqazinfo)

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azpost.info
archiveBu xəbər 31 Mart 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri