Icma.az
close
up
RU
Dərini gözəlləşdirir, kəpəyi azaldır

Dərini gözəlləşdirir, kəpəyi azaldır

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Alma sirkəsinin həzm problemlərindən, dəri problemlərinə, kəpəyi azaltmaqdan ürək sağlamlığına qədər bir çox faydaları var.

Moderator.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, alma sirkəsi sağlamlıq üçün faydalı birləşmələri ehtiva edir.

Tərkibindəki maqnezium, kalium və vitaminlər səbəbindən immuniteti gücləndirir və bədənin turşu balansını tənzimləyir. Şəkər xəstəliyindən əziyyət çəkənlərin qan şəkərini stabilləşdirir.

Alma sirkəsi sinir sisteminə müsbət təsir edir, eləcə də maddələr mübadiləsini sürətləndirərək arıqlama prosesini dəstəkləyə bilər.

Alma sirkəsinin tərkibində antioksidan komponentlər var. Ürək sağlamlığına müsbət təsir göstərir. Alma sirkəsi su ilə birlikdə istehlak edildikdə mədə fermentlərini tənzimləyə bilər. Tərkibində C vitamini olduğu üçün bədənin müqavimətini artırır və xəstəliklərə tutulma riskini azaldır.

Alma sirkəsi bağırsaq sisteminin də fəaliyyətini yaxşılaşdırır. Tərkibində olan petkin maddəsi kimi tanınan liflər bağırsaqlarda olan spazmları aradan qaldırmaqla, həzmi sürətləndirir, ishalı müalicə edir. 

Alma sirkəsi ağız qoxusunun və diş çürüməsinin müalicəsində istifadə edilə bilər. İlıq və ya otaq temperaturunda alma sirkəsini su ilə qarışdıraraq qarqara edə bilərsiniz. Dişləri təmizləməyə və ağartmağa kömək edə və diş çürüməsi ağrısını aradan qaldıra bilər.

Bundan əlavə, alma sirkəsi baş dərisini canlandırmağa və saçlara parlaqlıq verməyə kömək edir. Dəridəki ölü hüceyrələri təmizləyir. Üzdən artıq yağın çıxarılmasında faydalıdır. Antibakterial xüsusiyyətləri ilə sızanaqların əmələ gəlməsinin qarşısını ala bilir. Üzünüzü su ilə qarışdırılmış alma sirkəsi ilə sildiyiniz zaman dərini ölü hüceyrələrdən xilas edə bilərsiniz.

Alma sirkəsi bədəndəki zərərli bakteriyaları təmizləməyə kömək edir. Bədəni toksinlərdən təmizləyir. Bundan əlavə, alma sirkəsi təbii dezinfeksiyaedici olduğundan qida vasitəsilə əldə edilən bakteriyaları da məhv edə bilər.

Alma sirkəsi təhlükəsiz miqdarda istifadə edildikdə sağlamlığa faydalı təsir göstərir. Lakin həddindən artıq istifadəsi bəzi yan təsirlərə səbəb ola bilər. Buna görə sirkəni gündəlik tövsiyə olunan miqdarda istehlak etmək vacibdir. Alma sirkəsi istehlakı üçün gündəlik tövsiyə olunan miqdar 15-30 ml-dir.

Alma sirkəsini tək, yəni birbaşa içmək məsləhət görülmür, çünki mədədə və dişlərdə narahatlıq yarada bilər. Alma sirkəsi içmək istəyirsinizsə, 1 stəkan suya 1 və ya 2 çay qaşığı əlavə edib qarışdırın. Bəzi insanlarda bulantı və həzm pozğunluğuna səbəb ola bilər. Alma sirkəsini xüsusilə acqarına içmək məsləhət görülmür.

Həmçinin alma sirkəsi sousların və salatların hazırlanmasında geniş istifadə olunur.

Alma sirkəsi:

1. Çəki nəzarətində kömək edir.

2. Qan şəkərini tənzimləyir.

3. Antibakterialdır.

4. Qan təzyiqini tənzimləyir.

5. Həzm sistemini dəstəkləyir.

6. Antioksidant xüsusiyyətlərə malikdir.

7. İmmunitet sistemini dəstəkləyir.

8. Xolesterin səviyyələrini tənzimləyir.

9. Dəri problemlərinə faydalıdır.

10. Saçdakı kəpəyi azalda bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2024 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri