Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Gülcahan Güləhmədova Martınovanın xatirəsinə həsr olunmuş tədbir keçirilib

Gülcahan Güləhmədova Martınovanın xatirəsinə həsr olunmuş tədbir keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 19 iyun, Tatyana İvanayeva, AZƏRTAC

İyunun 18-də Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan SSR-in Xalq artisti, Azərbaycanın Dövlət mükafatı laureatı, Musiqi Akademiyasının professoru Gülcahan Güləhmədova-Martınovanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Gülcahan Güləhmədova-Martınovanın ailəsi tərəfindən təşkil olunub. Kurator qismində Ağdəs Bağırzadə çıxış edib.

Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Şirin Məlikova qeyd edib ki, rəhbərlik etdiyi muzeyin divarları arasında belə əlamətdar tədbirlərin keçirilməsindən məmnundur. O, Gülcahan Güləhmədova-Martınovanın ailəsinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib və qeyd edib ki, “Muzeydə musiqi” layihəsi çərçivəsində keçirilən tədbirlər xoş təəssürat yaradır. Məhz bu kontekstdə Azərbaycanın görkəmli teatr xadiminin 100 illik yubileyi burada qeyd edilir. Təşkilatçılar, öz növbəsində, Şirin xanıma Gülcahan Güləhmədova-Martınova haqqında kitab hədiyyə ediblər. Muzey direktorunun sözlərinə görə, bu kitab onun kitabxanasında layiqli yer tutacaq.

Parlaq və qeyri-adi, istedadlı və fədakar, güclü və müstəqil Gülcahan Güləhmədova-Martınova öz adını təkcə əsərləri və tələbələri ilə Azərbaycan mədəniyyəti tarixinə yazdırmayıb. O, Azərbaycan incəsənətinin görkəmli və tanınmış simaları sırasında yer alan ilk Azərbaycan qadını olaraq əbədi olaraq tarixdə qalacaq. Xalq artisti ondan əvvəl kişilərin “hegemonluq etdiyi” ölkəmizdə qadın rejissorluq tarixinin başlanğıcını qoyub. Onların arasında onun müəllimləri də var idi. Gülcahan xanım özünəməxsus yaradıcılıq “imzası” və üslubu ilə seçilirdi və bu keyfiyyətlər onun yaradıcılıq fəaliyyətini Azərbaycan paytaxtının mədəni həyatında mühüm hadisəyə çevirən, ictimaiyyətin böyük maraqla gözlədiyi bir fenomenə çevirib. Tədbirdə Gülcahan xanımla birlikdə çalışan və onu şəxsən tanıyanlar, həmçinin Xalq artistinin səhnələşdirdiyi tamaşalara baxanlar iştirak ediblər.

Tədbiri Azərbaycanın Əməkdar jurnalisti, ssenarist, publisist, Gülcahan Güləhmədova-Martınovanın həyat və yaradıcılığından bəhs edən “Nə yaxşı ki, o var” kitabının müəllifi Nadejda İsmayılova açaraq əsərinin qəhrəmanı ilə bağlı xatirələrini bölüşüb.

Həmçinin gecədə Azərbaycanın Xalq artistləri, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının truppasının aktyorları, Güləhmədova-Martınovanın rejissorluq istedadı sayəsinə aktyorluq peşəsinə bir növ vəsiqə qazanmış Lyudmila Duxovnaya və Məbud Məhərrəmov çıxış ediblər. Bu sənətə ustadının xeyir-duası ilə başlayan Məbud Məhərrəmov bu faktı ayrıca qeyd edib. Lyudmila Duxovnaya isə Azərbaycanın yüz görkəmli teatr xadimi haqqında kitabı məmnunluqla təqdim edib. Onların arasında hər şeyə rəğmən rejissor olan, Rus Dram Teatrının səhnəsində 70-dən çox tamaşa qoymuş, adı vətənin hüdudlarından kənarda da tanınan və başqaları arasında layiqli yer tutan ilk azərbaycanlı qadının da adı var.

2014-2015-ci illərdə Gülcahan Güləhmədova-Martınova ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Opera Studiyasında çalışmış pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Yuliya Kərimova onunla bağlı xatirələrini bölüşüb. O bildirib ki, Güləhmədova-Martınovanın yaradıcılıq prosesinə Sankt-Peterburq və Moskva məktəblərinə xas olan eyni yüksək tələblərlə yanaşmasının şahididir və bu, onun həmkarlarında böyük təəssürat doğurub.

Tədbirdə çıxış edənlərin hər biri görkəmli qadın rejissorun xatirəsini ehtiramla yad edib. Onlar vurğulayıblar ki, onun xatirəsi qəlblərdə yaşayır. Natiqlər qeyd ediblər ki, onun yaradıcılıq ənənələri bu gün nəinki ölkə səhnələrində çıxış edən, həm də xarici teatrların solistləri olan, öz ölkəsini layiqincə təmsil edən, yubiley gecəsinin konsert proqramında iştirak edən tələbələrinin timsalında davam edir.

Gecənin musiqili hissəsində Azərbaycanın Xalq artisti, Almaniyanın Mannheym Milli Teatrının solisti Əvəz Abdullayev, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri – Azərbaycanın Əməkdar artistləri Səbinə Əsədova, Fəridə Məmmədova, Fərid Əliyev, Afaq Abbasova, Anton Ferştandt, İlham Nəzərovun ifaları təqdim olunub. Əməkdar artist İlahə Sadıxzadə və beynəlxalq müsabiqələr laureatı Daniil Kirilov onları müşayiət ediblər.

Konsertdə C.Verdinin “Traviata” və “Otello”, N.Rimski-Korsakovun “Çar gəlini”, F.Əmirovun “Sevil”, E.Şossonun “Gecə” və “Mənim ürəyim, oyan” operalarından fraqmentlər səsləndirilib.

Gülcahan Güləhmədova-Martınovanın yaxın qohumu, fizika-riyaziyyat elmləri doktoru Samirə Qəhrəmanova xatırlayır: “Onun ciddi təəssüfləndiyi yeganə şey o idi ki, zaman keçdikcə qan təzyiqi yüksək olduğu üçün Qəbələyə səfər etmək onun üçün qeyri-mümkün oldu. Beləliklə, onun məhz Qəbələdə “Sarı gəlin” mahnısının süjeti əsasında qısametrajlı film çəkmək arzusu yerinə yetməmiş qaldı. Çünki Gülcahan xanım mahnıda təsvir edilən hadisələrin canlı şahidi idi. O, bütün bunları ekranda təcəssüm etdirmək istəyirdi, amma təəssüf ki, həyatının son illərində xəstəliyi ilə bağlı şiddətli ağrılar ona çox əziyyət verirdi. Gülcahan xanım artıq özünü pis hiss edirdi və belə bir şəraitdə yaradıcılıqla məşğul olmaq onun üçün imkansız idi.

Gülcahan xalam möcüzəvi bir insan olub! O, ətrafdakı insanlara sehrli dəqiqələr və sevinc bəxş edirdi. Onu daim böyük sevgi ilə xatırlayıram. Bu qeyri-adi insanın və gözəl qadının ruhu şad olsun”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see184

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see183

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see155

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see153

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see138

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see134

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see128

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see128

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see128

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see127

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see125

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see124

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see123

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see123

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see122

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see122

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri