Gülçöhrə Rao beynəlxalq gözəllik müsabiqəsində UĞUR QAZANDI FOTO/VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən Beynəlxalq Gözəllik müsabiqəsində Azərbaycanı təmsil edən Gülçöhrə Rao böyük nailiyyət əldə edib.
Bizim.Media xəbər verir ki, tanınmış təşkilatçı Dato Riess Tiara tərəfindən təsis edilən “M world and M Universe Grand Pageant” və Malayziya Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində keçirilən bu möhtəşəm tədbirdə azərbaycanlı iştirakçı həm münsiflərin, həm də tamaşaçıların rəğbətini qazanıb.
Müsabiqədə “Mrs International M World 2025” tituluna layiq görülən Gülçöhrə Rao öz kateqoriyasında 1-ci vitse-kraliça (First Runner Up) adına sahib olub.
Bu uğur Azərbaycan qadınının zərifliyini, gücünü və mədəniyyətini beynəlxalq səhnədə bir daha nümayiş etdirib.
Xüsusilə diqqətçəkən məqamlardan biri isə iştirakçının Azərbaycanın milli geyimində səhnəyə çıxışı olub. Milli libasımızın incə naxışları, rəngarəngliyi və zəngin ənənələri beynəlxalq arenada ölkəmizin mədəniyyətini təbliğ edərək böyük maraq doğurub.
Gülçöhrə Rao çıxışında vurğulayıb ki, bu uğuru Azərbaycan qadınlarına və ölkəmizin mədəni irsinə həsr edir:
“Azərbaycanı beynəlxalq arenada təmsil etmək mənim üçün böyük qürurdur. Mən inanıram ki, milli dəyərlərimizi və mədəniyyətimizi dünyaya tanıtmaq hər birimizin borcudur”.
Bu nailiyyət Azərbaycan adına daha bir uğurlu səhifə yazaraq, ölkəmizin dünya səhnəsində tanıdılmasına mühüm töhfə verib.




Sara, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 26 Sentyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















