Gülər Hüseynova: “Ölkəmizə qadın boksu üzrə ilk medalı qazandırdım”
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın qadın boksçusu Gülər Hüseynova Dakarda keçirilən Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal barədə təəssüratlarını bölüşüb.
İdman.Biz xəbər verir ki, idmançı boks üzrə bu yarışlarda ölkə tarixində medal qazanan ilk qız olub.
Gülər Hüseynova turnirdə üç döyüş keçirərək inamlı çıxışla finala yüksəlib. Həlledici qarşılaşmada isə gərgin mübarizədə Venesuela təmsilçisinə uduzub.
“Şükürlər olsun ki, finala yüksələ bildim. Azərbaycan idmanı üçün tarixi nəticəyə imza ataraq ölkəmizə yeniyetmələrin Olimpiya Oyunlarında qadın boksu üzrə ilk medalı qazandırdım. Finalda rəqibimlə hər ikimiz güclü idik, lakin həmin gün qələbə ona nəsib oldu. Bu yolda mənə dəstək olan ailəmə, şəxsi məşqçim Hüseyn Ağayevə və baş məşqçim İlkin Ağayevə gördükləri bütün işlərə görə dərin minnətdarlığımı bildirirəm”, – deyə boksçu bildirib.
Gənc idmançı yarışın təşkilatçılığını və Seneqal sakinlərinin qonaqpərvərliyini də yüksək qiymətləndirib. O, əldə etdiyi nəticə ilə kifayətlənmək niyyətində olmadığını və gələcəkdə daha böyük uğurlara imza atmağa çalışacağını vurğulayıb.
Qeyd edək ki, Gülər Hüseynova 51 kq çəki dərəcəsində mübarizə aparıb. O, finalda Venesuela təmsilçisi Qrenyellis Qarsiyaya məğlub olaraq Olimpiadanı gümüş medalla başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 12 Noyabr 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















