Icma.az
close
up
RU
Güləş Federasiyası yeni layihəyə başlayıb

Güləş Federasiyası yeni layihəyə başlayıb

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Güləş Federasiyası (AGF) və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) yeni layihəyə start verib.

Futbolpress.az xəbər verir ki, “Güləşlə sağlam yaşa” layihəsi məşhur güləş simalarını təhsil ocaqlarında məktəblilərlə görüşdürür. İlk belə görüş olimpiya və 2 qat dünya çempionu, AGF və MOK-un vitse-prezidenti Fərid Mansurovun iştirakıyla Abşeron-Xızı Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbdə baş tutub.

Tədbirin giriş hissəsində məktəbin direktoru Nuranə Hümbətova çıxış edərək gənc nəslin sağlam, vətənpərvər və fəal yetişməsində idmanın mühüm rol oynadığını vurğulayıb və layihə təşkilatçılarına minnətdarlığını bildirib.

Daha sonra Mansurovun idman yolundan bəhs edən videoçarx nümayiş etdirilib. Ardınca Olimpiya çempionu öz uğur hekayəsini bölüşüb, karyerası boyunca qarşılaşdığı çətinliklər və əldə etdiyi nailiyyətlər barədə danışıb. O, məktəblilərə məqsədyönlü olmağı, daim öz üzərlərində çalışmağı, sağlam həyat tərzi seçməyi tövsiyə edib. F.Mansurov təhsilin, idmanla məşğul olmağın və düzgün qidalanmanın önəmini xüsusi vurğulayıb. Görüş çərçivəsində məktəblilərin iştirakı ilə sual-cavab sessiyası keçirilib. Şagirdlər qonağa müxtəlif suallar ünvanlayıb, onun tövsiyələrini dinləyiblər. Tədbirin maraqlı hissələrindən biri də “Kahoot” platforması üzərindən təşkil olunan intellektual müsabiqə olub. Qaliblər, o cümlədən ən maraqlı sualların müəllifləri AGF tərəfindən hədiyyələrlə təltif edilib. Sonda Oolimpiya çempionunun iştirakı ilə imza mərasimi keçirilib, məktəblilər xatirə avtoqrafları əldə edib və kollektiv xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, layihənin əsas məqsədi məktəblilər arasında sağlam həyat tərzinin təbliği, güləş idman növünə marağın artırılması, milli idman dəyərlərinin təşviqi, həmçinin uşaq və yeniyetmələrin fiziki aktivliyə cəlb edilməsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 İyun 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri