Icma.az
close
up
RU
Güləş millilərinin məşqçiləri üçün Şamaxıda təlim keçirilib FOTO

Güləş millilərinin məşqçiləri üçün Şamaxıda təlim keçirilib FOTO

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası (AGF) məlumat yayıb.

Bildirilib ki, sentyabrın 19-20-də həyata keçirilən proqram çərçivəsində məşqçilər üçün həm istirahət, həm də peşəkar fəaliyyətin müxtəlif istiqamətlərini əhatə edən tədbirlər keçirilib.

Proqramın ilk günündə iştirakçılar AGF-nin strategiyası və strukturu ilə bağlı baş katib Pərvin Piriyevin təqdimatı ilə tanış olublar. Ardınca Azərbaycan çempionatı üzrə analitik məlumatlar diqqətə çatdırılıb.

Fiziki hazırlıq mövzusunda Azərbaycan İdman Akademiyasında PhD təhsili alan, eyni zamanda Football Science Institute-də magistr təhsilini davam etdirən, Almaniyanın Maynts şəhərində futbol üzrə ümumi fiziki hazırlıq, məşqçilik və idman elmi istiqamətində kursda iştirak etmiş, ABŞ-nin Delaware Universitetində “International Coaching Enrichment Certificate Program” proqramını tamamlamış Hakim İbrahimov tərəfindən təlim keçirilib.

Daha sonra ANDOP Akademiyasında Nutrisiologiya və Dietologiya, Kıbrıs Universitetində Funksional Tibb Dietoloqu, İstanbul Universitetində Qidalanmanın İdarə Olunması, NutriHome Akademiyasında Global Cert və İATELS təsdiqli İdman Qidalanması, üzrə sertifikat proqramından keçmiş dietoloq Məhəmməd Abdullayev idmançıların düzgün qidalanmasıyla bağlı təqdimatla çıxış edib.

Növbəti gün əvvəlcə bir neçə gün öncə dünyasını dəyişmiş qadın güləşi üzrə milli komandanın məşqçisi Həsrət Məmmədyarovun məzarı ziyarət edilib. AGF-nin data bazasının yaradılması, UWW-nin göstəriciləri əsasında rəqib güləşçilərin təhlili və video-analizi mövzusunda Strategiya və Performans şöbəsinin əməkdaşı Murad Cabbarovun təqdimatı baş tutub.

Daha sonra məşqçilər komandalara bölünərək müzakirələr aparıblar. Yunan-Roma güləşi üzrə U-17 milli komandanın böyük məşqçisi Rafiq Hüseynov yığmaya seçim qaydalarından, Məhəmməd Abdullayev isə idmanda düzgün çəkisalma prosesinin təşkilindən danışıblar. Müxtəlif yaş qrupları üzrə ölkə çempionatlarının keçirilmə tarixi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, iki günlük proqramda kollektivdaxili ünsiyyətin və fikir mübadiləsinin inkişafına yönəlmiş komandaqurucu oyunlar da yer verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 Sentyabr 2026 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri