Icma.az
close
up
RU
Gülləsiz müharibə başladı: Tramp Rusiyanın neft damarını kəsdi

Gülləsiz müharibə başladı: Tramp Rusiyanın neft damarını kəsdi

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Rusiya ilə açıq hərbi qarşıdurmaya girmədən, Moskvanın əsas həyat damarını nefti hədəfə alıb. Bu, diplomatik bəyanat deyil, birbaşa iqtisadi müharibədir.
Putinlə şəxsi münasibətlərinin “normal” olduğu deyilsə də, Tramp Rusiyaya qarşı yumşalma əvəzinə sanksiya düyməsini son həddə qədər sıxdı. Məqsəd aydındır: Ukraynada sülh masası qurulana qədər Rusiyanı iqtisadi cəhətdən nəfəs almağa qoymamaq.

Neft kəsilir, Rusiya çökür
Bu gün Rusiya neftinin ən böyük alıcıları Çin və Hindistandır. Tramp isə məhz bu iki ölkəni hədəfə alaraq açıq mesaj verir: “Ya rus nefti, ya ABŞ-la ticarət.”
Xəbərdarlıqlar kağız üzərində qalmadı. İlk geri çəkilən Hindistan oldu. Dehli rus neftinin alışını kəskin şəkildə azaltmağa başladı. Bu addım Moskva üçün sadəcə iqtisadi zərbə deyil, strateji şokdur.
Rusiya üçün Hindistan milyardlarla dollar gəlir, sanksiyalardan yayınma, “dost ölkə” statusu demək idi.
İndi isə bu sütun çökməyə başlayıb.

Modi geri addım atdı, Tramp qazandı
Tramp–Modi telefon danışığı əslində ultimatumun diplomatik versiyası idi. Ağ Ev rəhbəri açıq şəkildə Hindistan tərəfə təklif edib ki,  Rusiyadan neft almayacağı  təqdirdə  25%-lik tarif rüsumu 18 %-ə endiriləcək.

Tramp–Modi anlaşması: təzyiq və güzəşt mexanizmi
Trampın Hindistanın baş naziri Narendra Modi ilə son telefon danışığı bu strategiyanın açıq nümunəsidir. ABŞ prezidenti “Truth Social” hesabında verdiyi açıqlamada bildirib ki, Modi  Rusiyadan neft alışını dayandırmağa razılaşdı. Əvəzində Venesueladan daha çox neft almağa hazırdır.
Bundan əlavə, Dehli ABŞ-dan enerji, texnologiya, kənd təsərrüfatı, kömür və digər sahələr üzrə ümumilikdə 500 milyard dollar dəyərində məhsul almağı öhdəsinə götürüb.

Hindistanın geri çəkilməsi Moskva üçün nə deməkdir?
Hindistanın rus neftindən uzaqlaşması Rusiyanın onsuz da sanksiyalar səbəbilə dərinləşən iqtisadi-maliyyə böhranını daha da ağırlaşdırır.  Nəticədə Putin üçün təhlükəli ssenari başlayır.  Hindistanın geri çəkilməsi Rusiyanın neft gəlirlərinin azalması büdcəsini çökdürür, hərbi xərcləri sual altına salır, Ukrayna cəbhəsində uzunmüddətli müharibə imkanlarını zəiflədir, daxildə sosial-iqtisadi narazılığı artırmaqla yanaşı, iqtisadi tənəzzül prosesini sürətləndirir.
Bu baxımdan Dehlinin mövqeyi Moskva üçün təkcə iqtisadi  və ticarət razılaşması deyil, həm də geosiyasi itki anlamına gəlir.
Ən təhlükəlisi isə budur: Moskva “müttəfiqlər də satır” psixoloji mərhələsinə daxil olur.

Gülləsiz müharibə: Trampın əsas hədəfi
Bütün bu proseslər göstərir ki, Tramp administrasiyası Rusiyanı açıq hərbi qarşıdurma ilə deyil, “gülləsiz müharibə” yəni iqtisadi, enerji və diplomatik təzyiqlər vasitəsilə küncə sıxışdırmaq niyyətindədir. Ağ Evdə hesab edirlər ki, birbaşa hərbi eskalasiya nəzarətdən çıxa və gözlənilməz qlobal nəticələrə səbəb ola bilər.

Amma iqtisadi boğma siyasəti Putini masaya məcbur edə bilər. Bu, XXI əsrin müharibəsidir:  Bu savaşda tanklar yox, tankerlər döyüşür.
Bu səbəbdən Tramp üçün ən effektiv yol Rusiyanın maliyyə nəfəsini kəsmək, onu müttəfiqlərindən təcrid etmək və nəticədə Ukrayna məsələsində kompromisə məcbur etməkdir.

Tramp Putini atəş açmadan sıxışdırır
Tramp Rusiyanı güllə atmadan, bir raket buraxmadan, amma son dərəcə ağrılı şəkildə küncə sıxışdırır. Neft axını zəiflədikcə, Kremlin manevr imkanları daralır. Bu artıq sanksiya deyil. Bu, iqtisadi mühasirədir.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Fevral 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri